Məhkəmə qərarları › İş №2(060)-5440/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5440/2020

23.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5440/2020 23.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “xxxxxxxx” ASC tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan ünvan 1 ünvanına dair X1yə görə əsassız olaraq hesablanmış 1587,02 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun sahibliyi və istifadəsindədir. O, Qubadlı rayonundan məcburi köçkündür və 2002-ci ildən həmin ünvanda ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. 2002-ci ildən xx.xx.2009-cu ilə kimi həmin ünvanda elektrik sayğacı olmayıb. xx.xx.2009-cu ildə həmin ünvana elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2019-cu ildə isə həmin sayğac dəyişdirilmiş və yenisi ilə əvəz olunmuşdur. Hazırda cavabdeh tərəfindən ona əsassız olaraq 1587.02 manat borc hesablanmışdır. Məcburi köçkün olduğuna görə həmin dövr üçün X1yə görə borclar Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Borc əsassız hesablanmışdır, buna görə də silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Mübahisələndirilən borc məbləği qaçqın borcu olaraq dondurulmuşdur və cavabdeh tərəfindən tələb olunmur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. X3 Təchizatı və Satışı İdarəsinin 50-01/335 saylı xx xxxxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, İddiaçı məxsus yaşayşı sahəsi **********01310 saylı kodla xx.xx.2007-ci il tarixdə abonent qeydiyyatındadır. xx.xx.2016-cı il tarixdə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1587,02 manat borc dondurulmuşdur. Hal-hazırda “xxxxxxxx” ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək enerji təchizatçı təşkilata borcu yoxdur. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı (abonent kodu **********01310) abunə hesabında qaçqın borcunun silinməsi olaraq (xx.xx.2016) 1587,02 manat borc göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enercitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinəəsasən və onlar üçün təyin olunmuş elektrik enercisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enercisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enercitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enercisinə görəödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görəödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enercisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış borc silinməlidir. İşin hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borcun yaranmasına səbəb olan abonentin limitdən artıq sərfiyyatı qeydə alınmamış və cavabdeh təşkilata borcu yoxdur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərəə sasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus (abonent kodu **********01310) abunə hesabından 1587,02 (bir min beş yüz səksən yeddi manat iki qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar