Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5441/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən ünvan 1 İstilik mərkəzi, yataqxana 1 ünvanında yerləşən mənzilə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 441,76 manat məbləğində borcun **********00873 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, ünvan 1 İstilik mərkəzi, yataqxana 1 ünvanında yerləşən mənzilə cavabdeh tərəfindən 441,76 manat debitor borc hesablanmışdır. O istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlıvaxtında ödəmişdir. Həmin borc hazırda ondan qanunsuz olaraq tələb edilir. Belə ki, cavabdeh tərəfindən qeyd olunan mənzilə 2010-cu il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq ondan əsası olmayan və 2000- 2010-cu illərə aid olan borc tələb olunur. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək «xxxxxxxx» ASC tərəfindən ünvan 1 İstilik mərkəzi, yataqxana 1 ünvanında yerləşən mənzilə elektrik enerjisindən istifadəyə görə hesablanmış 441,76 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxxxxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçı xx.xx.2010-cu il tarixdə abonent qeydiyyatına alınıb, xx.xx.2013-cü ildə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi enerji təchizatçı təşkilata 620,46 manat borcu qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır. Bu iddia tələbi onun yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Ona görə də nümayəndə İddiaçı 441,76 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin əssasız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2020-ci il tarixli 3159 saylı arayışdan görünür ki, Xəlilova X1 şəhəri, 18-ci məhəllə, H.Əliyev prospekti, ev 34, İstilik mərkəzi, yataqxana 1 ünvanında yaşayır. İş materiallarında olan abunə haqqında xx.xx.2020-ci il tarixli invoisdən görünür ki, ünvan 1 İstilik mərkəzi, yataqxana 1 ünvanına quraşdırılmış sayğaca əsasən 441,76 manat borc ETAİS-dən gələn xx.xx.2015-ci il tarixə yaranmış borcdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ünvan 1 İstilik mərkəzi, yataqxana 1 ünvanında yerləşən evə elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə qədər hesablanmış 441,76 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 İstilik mərkəzi, yataqxana 1 İddiaçı istifadəsindədir. Sözügedən mənzilə elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdır. İddiaçının 441,76 manat məbləğində borcu xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbetmə müddəti keçdiyinə görə cavabdeh tərəfindən iddiaçıya 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadəyə görə hesablanmış 441,76 manatborcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 İstilik mərkəzi, yataqxana 1 ünvanına (abunə kodu: **********00873) elektirik enerjisindən istifadəyə görə hesablanmış 441,76 (dörd yüz qırx bir manat yetmiş altı qəpik) manat məbləğində borc cavabdeh «xxxxxxxx» ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5441/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5441/2020
22.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver