Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5460/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, keçmiş Kirov rayon XDS İK-nin Kommunal Təsərrüfatı şöbəsi tərəfindən, avqust 1961-ci ildə «Али-заде Гызылхана Фаттах кызы»nın adına verilmiş, hüquqmüəyyənedici sənəd olan «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi» Kartoçkasının 09.05.2004-cü ildə vəfat etmiş, Akt qeydləri kitabında 425 № ilə qeydə alınmış 15.09.2004-cü il tarixli şəhadətnamədə göstərilən mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası Əlizadə Mirzə-Ağa İmaməli oğlu 10.10.1960-cı ildə, anası X7 09.05.2004-cü ildə Bakı şəhərində vəfat etmişlər. Mərhum anasının adına olan «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi» Kartoçkası adlı avqust 1961-ci il tarixli sənəddə mərhum anasının adı kiril əlifbası ilə «Али-заде Гызылхана Фаттах кызы» kimi yazılmışdır. Yanlışlıq qrafika ilə bağlı deyil, anasının adının «Qızılxanım» əvəzinə «Qızılxana» kimi yazılmasıdır. Məhz bu uyğunsuzluq səbəbilə o, anasının adına olan əmlakı sənədləşdirə bilmir. Mərhum anasının adı ayrı-ayrı sənədlərdə müxtəlif formada yazılmışdır. Anasının adındakı uyğunsuzluğun aradan qaldırılması barədə Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş və sənədlərdəki uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mərhum anasının adına ünvan 1 ünvanda əmlak vardır. Həmin əmlakı sənədləşdirmək üçün müraciət etdikdə anasının ölümü haqqında şəhadətnamə ilə əmlakın sənədində göstərilən mərhum anasının adında uyğunsuzluq olması səbəbilə sonrakı sənədləşmədən imtina edilir. Sənədlərdə həqiqətən uyğunsuzluq olması aşkardır və bu məhkəmə qaydasında aradan qaldırıla bilər. Ərizəçi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi Vəkil ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Binəqədi rayon qeydiyyat şöbəsinin verdiyi 15.04.2004-cü il tarixli AZ-İ № 099445 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əlizadə Mirzə-Ağa İmaməli oğlu 10.10.1960-cı il tarixdə vəfat etmişdir. - 15.05.2004-cü il tarixli AZ-İ № 099545 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 09.05.2004-cü il tarixdə vəfat etmişdir. - avqust 1961-ci il tarixli «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi» Kartoçkadan görünür ki, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 87 ünvanındakı mənzilin sahibi maşinist-kompressor vəzifəsində işləyən Əli-zadə Qızılxana Fəttah qızıdır. - İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əlizadə Mirzə-Ağa İmaməli oğlu ilə Xalikova Qızıl-Xanum Fattax qızı arasında 04.10.1957-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 66 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əlizadə soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi atası Əlizadə Mirzə-Ağa İmaməli oğlu, anası Əlizadə Qızıl-Xanum Fattax qızıdır. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 29.01.2021-ci il tarixli məktubundan görünür ki, sonuncuya Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməsi bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış 18.03.2021-ci il tarixli məktubundan görünür ki,sonuncu tərəfindən təqdim edilmiş texniki pasportda torpaq sahəsinə dair məlumat qeyd edilməmişdir. - "xxxx" QSC Yük Daşımaları Departamenti X9 tərəfindən verilmiş 08.07.2021-ci il tarixli, 36 №-li arayışdan görünür ki, X2 vaqon deposunda maşinist kompressor vəzifəsində işləmiş, 812 №-li əmrə əsasən 10.09.1981-ci ildə yaşa görə işdən azad olunmuşdur. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, keçmiş Kirov rayon XDS İK-nin Kommunal Təsərrüfatı şöbəsi tərəfindən, avqust 1961-ci ildə «Али-заде Гызылхана Фаттах кызы»nın adına verilmiş, hüquqmüəyyənedici sənəd olan «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi» Kartoçkasında Ərizəçi mərhum anası X3 adı səhvən “Гызылхана” kimi qeyd olunmuşdur. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi» Kartoçkasında yanlışlıqlar aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun 12.04.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, keçmiş Kirov rayon XDS İK-nin Kommunal Təsərrüfatı şöbəsi tərəfindən, avqust 1961-ci ildə «Али-заде Гызылхана Фаттах кызы»nın adına verilmiş, hüquqmüəyyənedici sənəd olan «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi» X1 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 307, 311, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Keçmiş Kirov rayon XDS İK-nin Kommunal Təsərrüfatı şöbəsi tərəfindən, avqust 1961-ci ildə «Али-заде Гызылхана Фаттах кызы»nın adına verilmiş, hüquqmüəyyənedici sənəd olan «evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi» X1 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5460/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5460/2021
19.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver