Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-547/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 mart 1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X10 onun oğludur. O, 02 mart 1988-ci ildə anadan olmuşdur. X12 anadangəlmə xəstədir. Ruhi xəstəliyə görə Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi- Sosial Ekspert Komissiyasının 12.01.2005-ci il tarixli, TSE-0 seriyalı, AR 898808 saylı arayışına əsasən S.Abdulova müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Oğlu S.Abdulov kənar şəxsin köməyinə daima ehtiyacı vardır. Oğluna o, baxır, qulluğunda durur. O, öz hərəkətlərinin mənasini dərk emir, özünü müstəqil idarə edə bilmir. Göstərilənləri nəzərə alaraq, 02 mart 1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş üzrə materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Xİİİ-JQ № 359304 saylı, 22.06.1988-ci il tarixli “doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X10 02.03.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X2 qeyd edilmişdir. İş materiallarında Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 12.01.2005-ci il tarixli, TSE-0 seriyalı, AR 898808 saylı arayışının surətindən görünür ki, X10 müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-391/08 saylı, 06 fevral 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 10 iyun 1969-cu ildə anadan olan X1 adı “Gültamam” adına dəyişdirilsin və bu barədə qeydiyyatın aparılması Sumqayıt şəhər VVADQ şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 05.04.2022-ci il tarixli, 1076 saylı rəyindən müəyyən edilir ki, fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs-1988-ci il təvəllüdlü X5 “Yüngül dərəcəli Əqli Gerilik (ifadə olunmuş debillik dərəcəsində oliqofreniya) kəskin ifadə olunmuş davranış pozuntuları ilə aşkar olunur. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında malik deyil. Buna görə də X10 öz psixi vəziyyətinə görə faəliyyət qabiliyyəti olmayan şəxs kimi hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 05.04.2022-ci il tarixli, 1076 saylı rəyini nəzərə alaraq, məhkəmə 02.03.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 13/16, mənzil 43-də qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 02.03.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 13/16, mənzil 43-də qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-547/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-547/2022
13.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver