Məhkəmə qərarları › İş №2(060)-5471/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5471/2025

26.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5471/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması, cavabdehin 21.*6.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, *1 aprel 2*25-ci il tarixdə 24 iyun 2*25-ci il tarixə qədər səhhəti ilə əlaqədar olaraq üzrlü səbəbdən işdə olmamış və buna dair xəstəlik tarixçələrini iş yerinə təqdim etmişdir. 2* iyun 2*25-ci il tarixdə isə Həmkarlar Təşkilatının iclasına dəvət almışdır (qeyri rəsmi formada). 21 iyun 2*25-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq işdən qaldığı günlər üçün tələb olunan sənədləri poçt teleqram vasitəsilə məktəbə çatdırsa da məktəb həmkarlar təşkilatının sədri işdən azad olunmağına dair əmri “whatsapp” vasitəsi ilə iddiaçıya göndərmişdir. Cavabdeh direktoru Nümayəndə2 əmri ilə Cavabdeh fortopiano müəllimi vəzifəsində Azərbaycan Respublikasının əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən azad olunmuş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin iddia tələbini qəbul etmir, çünki iddia ərizəsində əks olunanlar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı Xəqani qızı 17.*3.2*25-ci il tarixində keçirilmiş attestasiya imtahanından Attestasiya Vərəqəsindən də göründüyü kimi verilmiş sualları cavablandıra bilməmiş və leyhinə 1, əleyhinə 4 səs toplamaqla attestasiya imtahanından kəsilmiş və qanunla müvafiq qaydada keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 7*-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin əmri ilə xitam verilməli və iddiaçı vəzifədən azad edilməli idi. Lakin işdən azad edilməsin deyə *88*597№-li Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə *1.*4.2*25-ci il tarixdən 15.*4.2*25-ci il tarixədək rəsmi qaydada bülletenə çıxmışdır. Həmin vərəqədən də göründüyü kimi iddiaçı 16.*4.2*25-ci il tarixdən artıq işə başlamalı idi. Lakin aprel ayının 16-dan 22-ə kimi iddiaçı işə gəlməmiş və heç bir məlumat verməmişdir. Bundan əlavə iddiaçı rəsmi formada ikinci dəfə XV22*52*25661№-li Sığortaolunanın Xəstəlik Vərəqəsindən də görünür ki, 22.*5.2*25- 24.*5.2*25-ci il tarixədək, 25.*5.2*25-27.*5.2*25-ci il tarixədək, 28.*5.2*25-*2.*6.2*25-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmişdir. Qeyd edilən sənədə əsasən İddiaçı Xəqani qızı *3.*6.2*25-ci il tarixdən işə başlamalı idi. Bu barədə İddiaçı Xəqani qızına işə gəlməmə ilə bağlı izahatın təqdim olunması haqqında *9 iyun 2*25-ci il tarixli, 7№-li bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, “siz , Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi olaraq, 2*25-ci ilin aprel ayının 16-dan may ayının 22-dək xəstəlik vərəqinizin olduğunu əsas gətirərək işə gəlməmiş, qeyd olunan taxirdən sonra həmin vərəqəni məktəbə təqdim etməmisiniz. Bundan əlavə 2*25-ci il iyun ayının 3 və 4-ü tarixlərində dərs cədvəlinə uyğun olaraq dərs prosesində iştirak etməmisiniz. Həmin günlər ərzində işə gəlməməyiniz barədə məktəb rəhbərliyinə əvvəlcədən hər hansı rəsmi məlumat təqdim olunmamış, işə gəlməməyiniz barədə əsaslandırılmış səbəb göstərilməmişdir. Əmək məcəlləsinin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunanları nəzərə alaraq sizi 2*25-ci il iyun ayının 13-ü tarixi saat 13:**-dək məsələ ilə əlaqədar məktəbə gələrək izahat verməyə dəvət edirik.“ Lakin göndərilmiş bildirişin heç bir nəticəsi olmamışdır. Çünki attestasiya imtahanından kəsildiyi üçün işdən azad ediləcəyini bildiyinə görə işə gəlməməsi səbəbi ilə və saxta yollarla bülletenlər əldə etməyə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 1485*885№-li, 14852*24№-li, 14852225 №-li çıxarışlarda iddiaçının İşlədiyi (təhsil aldığı) müəssisənin adı Qara Qarayev ad 1 saylı uşaq musiqi məktəbi qeyd edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 14853612№-li, 14853642№-li çıxarışlarda iddiaçının İşlədiyi (təhsil aldığı) müəssisənin adı Əhməd Bakıxanov ad 1 nömrəli incəsənət qeyd edilmişdir. Hansı ki, iddiaçının işlədiyi müəssisənin adı çıxarışlarda qeyd edildiyi kimi deyildir. Eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbi Sumqayıt Şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbinin X2 sədri Etibar Sadıqova 14 iyun tarixli 8№-li məktubu ilə İddiaçı Xəqani qızının əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə münasibət bildirməsini xahiş etmişdir. Sumqayıt Şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbinin X2 sədri Etibar Sadıqov 14 iyun tarixli 8№-li məktuba cavab olaraq bildirmişdir ki, Məktubda qeyd olunan məsələ ilə bağlı məktəbdə çalışan həmkarlar ittifaqı komitəsinin üzvü olanlar arasında iclas keçirilmiş və iclasda əldə olunan qərara əsasən Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı Xəqani qızının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir. X1 İdarəsi Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbə, Əhməd Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbinin 21.*6.2*25-ci il tarixli 53№-li əmrinə əsasən Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı 2*25-ci il iyun ayının 21-dən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi,İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır və qəbul edilməməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçının müxtəlif aralıqlarla işə gəlmədiyini, həmin günlərin bəzilərində həqiqətən də rəsmi qaydada bülletenlər təqdim etmiş, lakin digər günlərdə ambulator kitabçalar təqdim etdiyini, lakin o kitabçalarda məktəbin adının belə düzgün yazılmayaraq Qara Qarayev adına 1 saylı Uşaq Musiqi Məktəbi kimi qeyd edildiyini bildirdi. Həmin ambulator kitabçaların iddiaçının bir neçə gün işdə olmamasına əsas vermədiyini, iddiaçının işdə olmaması ilə bağlı ona izahat verməsi üçün dəfələrlə xəbərdarlıq edilməsini, lakin bütün bunların cavabsız qaldığını, iddiaçının işdə olmaması ilə bağlı aktların tərtib olunduğunu, iddiaçının bir müəllim olaraq dərsə gəlməməsinin şagirdlərin dərs proqramının pozulmasına səbəb olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. - İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1. İ.Ş.Bax prelüd fuqa ( fuqa hazır deyildi) əsərini zəif ifa etdi, ifa etdiyi əsəri təhlil etmədi, 2. E dur, cis moll qammasını zəif ifa etdi, 3. D7 quruluşu- zəif ifa etdi, 3. Cis moll Əks 7- cavablamadı, 4. əsərin tonallığının təyin olunması – cavab verə bilmədi, 5. Üzdən oxu nümunəsini çox zəif ifa etdi, Polifoniya nədir? –cavablamadı, 6. YTK nədir? – cavablamadı, 7.tədris metodikasına dair suallar- cavablamadı. Komissiyadakı səsvermənin nəticələrinə görə (1 lehinə, 4 əleyhinə) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. - Cavabdeh 53 saylı, 21 iyun 2*25-ci il tarixli əmrindən görünür ki, Cavabdeh fortepiano müəllimi İddiaçı 21 iyun 2*25-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış *9 iyun 2*25-ci il tarixli, *7 nömrəli “İşəgəlməmə ilə bağlı izahatın təqdim olunması haqqında” bildirişdən görünür ki, İddiaçı 2*25-ci ilin iyun ayının 13-ü saat 13:**-dək məsələ ilə əlaqədar məktəbə izahat verməyə dəvət edilmişdir. - Cavabdeh tərəfindən Cavabdeh ilk X3 sədri Etibar Sadıqova ünvanlanmış 14.*6.2*25-ci il tarixli, *8 nömrəli məktubun surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. - Cavabdeh ilk X3 sədri Etibar Sadıqov tərəfindən Cavabdeh direktoru Nümayəndə2 ünvanlanmış 2* iyun 2*25-ci il tarixli, *1 nömrəli məktubun surətindən görünür ki, 14.*6.2*25-ci il tarixli, *8 nömrəli məktubda qeyd olunan məsələ ilə bağlı məktəbdə çalışan həmkarlar ittifaqı komitəsinin üzvü olanlar arasında iclas keçirilmiş və iclasda əldə olunan qərara əsasən Cavabdeh fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etməmişdir. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12 tərəfindən tərtib edilmiş 16.*4.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 16.*4.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12 tərəfindən tərtib edilmiş 18.*4.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 18.*4.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş 22.*4.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 22.*4.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş 23.*4.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 23.*4.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş 25.*4.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 25.*4.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş 29.*4.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 29.*4.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş 3*.*4.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 3*.*4.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş *2.*5.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı *2.*5.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş *6.*5.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş *7.*5.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı *7.*5.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş 13.*5.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 13.*5.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş 14.*5.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 14.*5.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, məktəbin fortepiano müəllimi X5 tərəfindən tərtib edilmiş 16.*5.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 16.*5.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, məktəbin fortepiano müəllimi X5 tərəfindən tərtib edilmiş 2*.*5.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 2*.*5.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh tədris işləri üzrə direktor müavini X11, X6, məktəbin fortepiano müəllimi X5, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş *3.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı *3.*6.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh tədris işləri üzrə direktor müavini X11, fortepiano şöbəsinin müdiri X4, məktəbin fortepiano müəllimi X6, məktəbin qarmon müəllimi X13 tərəfindən tərtib edilmiş *4.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı *4.*6.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, məktəbin fortepiano müəllimi X6 tərəfindən tərtib edilmiş 1*.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 1*.*6.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, məktəbin fortepiano müəllimi X5 tərəfindən tərtib edilmiş 11.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 11.*6.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12, nəzəriyyə şöbəsinin müdiri X8 tərəfindən tərtib edilmiş 13.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 13.*6.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12 tərəfindən tərtib edilmiş 17.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 17.*6.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh fortepiano şöbəsinin müdiri X4, tədris işləri üzrə direktor müavini X11, məktəbin tar müəllimi X12 tərəfindən tərtib edilmiş 18.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 18.*6.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - Cavabdeh tədris işləri üzrə direktor müavini X11, fortepiano şöbəsinin müdiri X4, məktəbin tar müəllimi X12, məktəbin qarmon müəllimi X13 tərəfindən tərtib edilmiş 2*.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 2*.*6.2*25-ci il tarixində xəbərdarlıq etmədən dərs cədvəlinə əsasən tam iş günü üzrsüz səbəbdən işdə olmamışdır. - XV22*52*25661 saylı sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı 22 may 2*25-ci il tarixdən 24 may 2*25-ci il tarixədək, 25 may 2*25-ci il tarixdən 27 may 2*25ci il tarixədək, 28 may 2*25-ci il tarixindən *2 iyun 2*25-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirərək əmək funksiyasının icrasından azad edilmişdir. - *88*597 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı *1.*4.2*25-ci il tarixdən 15.*4.2*25-ci il tarixədək işdən azad edilmişdir. 16.*4.2*25-ci il tarixindən işə başlamalıdır. - 14852*24 saylı Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 13.*5.2*25-ci il tarixdən essensial hipertenziya xəstəliyi başlamışdır. Eləcə də İddiaçı işlədiyi müəssisənin adı Qara Qarayev adına 1 saylı Uşaq Musiqi Məktəbi kimi qeyd olunmuşdur. - 14852225 saylı Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 19.*5.2*25-ci il tarixdən sistit xəstəliyi başlamışdır. Eləcə də İddiaçı işlədiyi müəssisənin adı Qara Qarayev adına 1 saylı Uşaq Musiqi Məktəbi kimi qeyd olunmuşdur. - 1485*885 saylı Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 16.*4.2*25-ci il tarixdən sadə və selikli-irinli xroniki bronxit xəstəliyi başlamışdır. Eləcə də İddiaçı işlədiyi müəssisənin adı Qara Qarayev adına 1 saylı Uşaq Musiqi Məktəbi kimi qeyd olunmuşdur. - 14853642 saylı Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 1*.*6.2*25-ci il tarixdən essensial hipertenziya xəstəliyi başlamışdır. - 14853612 saylı Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı *3.*6.2*25-ci il tarixdən essensial hipertenziya xəstəliyi başlamışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh fortepiano müəllimi vəzifəsində işləmiş və işəgötürənin 53 saylı, 21 iyun 2*25-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin 21.*6.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 1*-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 1*-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Eyni Məcəllənin 8*-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 7*-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsində təhsilverənlər qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 16.*4.2*25, 18.*4.2*25, 22.*4.2*25, 23.*4.2*25, 25.*4.2*25, 29.*4.2*25, 3*.*4.2*25, *2.*5.2*25, *6.*5.2*25, *7.*5.2*25, 13.*5.2*25, 14.*5.2*25, 16.*5.2*25, 2*.*5.2*25 21.*5.2*25, *3.*6.2*25, *4.*6.2*25, 1*.*6.2*25,11.*6.2*25, 13.*6.2*25,17.*6.2*25, 18.*6.2*25, 2*.*6.2*25-ci il tarixlərində dərs saatlarına uyğun olaraq üzürlü səbəb olmadan bütün iş günü işə getməmişdir. Daha sonra *88*597 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi ilə İddiaçı *1.*4.2*25-ci il tarixdən 15.*4.2*25-ci il tarixədək işdən azad edilmiş, 16.*4.2*25ci il tarixindən işə başlamalı olması qeyd edilmişdir. Lakin iddiaçı daha sonra 14852*24, 14852225, 1485*885, 14853642 və 14853612 saylı Ambulator kitabçadan çıxarışlar təqdim etsə də həmin çıxarışlar iddiaçının işdən azad olması üçün əsas deyil, belə ki, iddiaçı sözügedən müddətlərdə işdə olmaması ilə bağlı stasionar müalicədə olmasını təsdiq edən sənədlər təqdim etməli idi. Eləcə də iş materiallarına əlavə olunmuş attestasiya vərəqəsindən görünür ki, Komissiyadakı səsvermənin nəticələrinə görə (1 lehinə, 4 əleyhinə) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. İddiaçı işdən azad edilərkən xəstəlik səbəbindən iştirak etmədiyini təsdiqləyən hər hansı tibbi sənədi və ya məlumatı işəgötürənə təqdim etməmiş, bu barədə əvvəlcədən xəbərdarlıq etməmişdir. İddiaçı Ambulator kitabçadan çıxarışlar təqdim etsə də həmin sənədlərin işəgötürən üçün hüquqi nəticə doğurmaması ilə yanaşı, işçinin öz üzərinə düşən məlumatvermə və əmək intizamına riayət öhdəliyini də pozduğunu göstərir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 53 saylı, 21 iyun 2*25-ci il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 2*** manat tutulması hissəsi üzrə qeyd edir ki, tələb digər ilkin tələblərlə (əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı və s. tələbi) bağlı olduğundan və onun hüquqi nəticəsini daşımalı olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li *3 noyabr 2**8-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 6* manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Həmçinin, Ali Məhkəmənin Plenumu yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar