Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5472/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına əsassız hesablanmış 1380,35 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 avqust 2021-ci il tarixli 252 nömrəli xüsusi təyinatlı yaşayış sahəsi kirayə müqaviləsi əsasında ünvan 1 iddiaçının və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. X1 etdiyinə görə müəyyənləşdirilmiş ödənişləri həmişə vaxtlı-vaxtında ödəmişdir. Evdəki abonent kodunu dəyişdirmək və yeni abonent müqaviləsi bağlamaq üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, bu evdə yaşayan məcburi köçkün olmuş X2 1380,35 manat silinməmiş işıq borcu qalmışdır, (həmin vaxtadək limiti keçdiyi üçün). Bu borcun Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanına əsasən silinməli olduğunu onlara bildirdikdə “biz onu silə bilmərik, bununçün məhkəmə müraciət etməlisiniz” deyə iddiaçıya bildirilmişdir. Bildirir ki, həmin ünvanda borcun yazıldığı tarixlərdə məcburi köçkün-X3 məskunlaşıb yaşamışdır.Yuxarıda qeyd etdiklərinə görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, əsassız olaraq hesablanmış, iddiaçının həmin dövrdə həmin ünvanda yaşamadığı halda hesablanmış 1380,35 manat məbləğində borc silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etmərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - İş materiallarında olan Abunə haqqında çıxarışdan müəyyən edilir ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən abonent kodu **********01275 olan inzibati bina ünvanına 1380,35 manat borc hesablanmışdır. - 14 avqust 2021-ci il tarixli, 252 saylı xüsusi təyinatlı yaşayış sahəsinin Kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Tağıyev 2, hərbi şəhərciyi, K.Kərimov k, ev 11, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi kirayə haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün iddiaçı və ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir. - "xxxx" ASC-nin “Şimal” Regional Enerji təchizatı və Satışı İdarəsinin 13 sentyabr 2022-ci il tarixli 20-01/427 saylı məktubundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evi **********01275 saylı kodla xx.xx.2021-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2007-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1380,35 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlrə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Mənzilin xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək enerji təchizatı təşkilata 8,70 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən **********01275 saylı abunə koduna hesablanmış borc əsassızdır, çünki həmin borc məcburi köçkün borcuna görə hesablanmışdır. Buna görə də hesablanmış 1380,35 manat borc silinməlidir. Belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən evi **********01275 saylı abunə koduna hesablanmış 1380,35 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən **********01275 saylı abunə koduna hesablanmış 1380,35 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5472/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5472/2022
03.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver