Məhkəmə qərarları › İş №2(060)-5483/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5483/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5483/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə 13 noyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsasız olaraq hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (**********00032) əsassız olaraq hesablanmış 119,90 (biryüz on doqquz manat 90 qəpik) manat, 640,80 (altı yüz qırx manat 80 qəpik) manat və 302,40 (üç yüz iki manat 40 qəpik) manat ümumilikdə 1063,1 (bir min altımış üç manat 10 qəpik) manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşadığı evə qazdan istifadəyə görə sayğac üzrə ödənişlərini vaxtı-vaxtında ödəyir və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. xx.xx.2010-cu il tarixində Cavabdeh əməkdaşları tərəfindən faktiki yaşadığı mənzilin təbii qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərində olan 119,90 (bir yüz on doqquz manat 90 qəpik) manat borcu onun abonent koduna hesablanmışdır. Sonradan xx.xx.2018-ci il tarixdə yaşadığı mənzilə Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı guya sayğacdan kənar xətt aşkar olunduğu müəyyən olunub. Eyni zamanda həmin ilin dekabr ayında da Cavabdeh əməkdaşları tərəfindən yaşadığı mənzilə baxış keçirilmiş guya onun sayğaca müdaxilə etdiyi müəyyən olunub. Ona yazılan əsassız cərimənin subut olunması üçün dəfələrlə Sumqayıt Qaz idarəsinə gedərək yazılan aktların video və foto şəkillərini istəmiş, lakin ona təqdim olunmamış və subut edə bilməmişlər. Ona görə də bu barədə cavabdeh təşkilata öz etirazını bildirmişdir. Cavabdeh təşkilat əsassız olaraq cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İshehlakçı olaraq hüquqlarının pozulmasıdır. Qeyd edir ki, tərəfindən heç bir müdaxilə olunmamışdır. Cavabdeh İB-nin gəldiyi nəticə tamamilə əsassızdır və qanunsuzdur. Bu istelakçı olaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən cərimə kimi tələb olunan və əsassız olaraq hesablanmış cərimə borcunun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, evdə olmayan zaman yaşadığı mənzilə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və aktlar tərtib olunmuşdur. Qeyd edir ki, demək olar ki, yaşadığı mənzildə qazdan istifadə etmir. Belə ki, o, evdən səhər saat 8-də çıxır və axşam saat 8-də evinə qayıdır. Hazırda o, mənzilinə hesablanmış köhnə borcu ödəməyə razıdır, lakin cərimələrin silinməsini xahiş edir. Şəkildəki sayğac onun sayğacıdır. O rezin boru vasitəsilə evinə qaz çəkmişdir. Lakin həmin borudan keçən qaz da sayğac tərəfindən qeydə alınmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş və sayğaca kənar xətt quraşdılırıb. Nəticədə Azəriqaz İB–nin əməkdaşları tərəfindən akt tərtib edilmiş, iddiaçıya 640.80 manat və 302 manat borc olmaqla, ümumilikdə 943.20 manat cərimə yazılıb. İddiaçı tərəfindən silinməsi tələb edilən 119,90 manat borc cərimə deyil, debitor borcdur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, 2019-cu ilin sonlarından başlayaraq mənzillərə baxış zamanı video çəkilişlər aparılmışdır. İddiaçının yaşadığı mənzilə 2018-ci ildə cərimə yzaıldığından ona dair video-görüntünü təqdim edə bilmir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən sayğaca kənar xətt çəkilib və iddiaçı tərəfindən uzun müddət heç bir ödəniş edilməyib. İddiaçı tərəfindən 2022-ci il üçün cəımi 4 manat ödəniş edilib Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, ünvan 3 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 3204 m3 müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdır. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Hilal Bayramovun adına açılmış G-4 markalı 1602AZ**********16 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, ünvan 3 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 3204 m3 müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdır. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında Hilal Bayramovun adına açılmış G-4 markalı 1602AZ**********16 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir. İşdə olan AZ-İ 543063 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 969 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında Hilal Bayramovun adına xx.xx.2021-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə xx.xx.2018-ci il tarixli akt əsasında 640.80 manat, ******* saylı, xx.xx.2018-ci il tarixli akt əsasında 32.40 manat olmaqla, ümumilikdə 943.2 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Qaydaların 5.2-ci bəndinə (mübahisəli akt qəbul edilərkən qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 6.5-ci bəndinə (mübahisəli akt qəbul edilərkən qüvvədə olan redaksiyada) əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, ünvan 1 ünvanına (**********00032) hesablanmış 119,90 (biryüz on doqquz manat 90 qəpik) manat borcun silinməsi hissəsində də iddia tələbi əsaslı deyil. Belə ki, iddiaçıya hesablanmış həmin borc akt əsasında yaranmamış, qazdan istifadə ilə bağlı yaranmış debitor borcdur. İddia tələbinin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlar əsasında yazılmış 946,20 manat (640,8 manat + 305,4 manat) borcun silinməsi hissəsində isə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş fotoşəkilə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli mənzildə qazdan kənar xətt vasitəsilə istifadə edilmişdir. Mənzildə qazdan rezin boru vasitəsilə istifadə edildiyini iddiaçı özü də məhkəmə iclasında etiraf etmişdir. Lakin iş materiallarında olan sənədlərə əsasən müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin hansı müddəti əhatə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında iddiaçının qazdan kənar xətt vasitəsilə istifadə edilməsi müddətinə dair hər hansı sübut olmadığı təqdirdə, vurulmuş ziyanın cavabdeh tərəfindən 150 və ya 180 gün müddətinə hesablanması ağlabatan deyil. Əks yanaşma «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olardı. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hesabatın 30 gün müddəti üçün aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçı tərəfindən vurulmuş ziyan 30 gün müddətinə hesablanmaqla təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan 90 manat (144 m3 (1.2x4x30) + 216m3 (1.2x6x30) +180m3 (1.5x4x30) + 360 m3 (1.5x8x30) = 900m3 x10 qəpik=90 manat) borcun tələb edilməsi, ******* saylı, xx.xx.2018-ci il tarixli akt əsasında iddiaçı tərəfindən vurulmuş ziyan 30 gün müddətinə hesablanmaqla təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan 50,4 manat (144m3 (0.8x6x30) + 360m3 (1.5x8x30=360m3)=504 m3 x 10 qəpik=50.4 manat) borcun, yəni iki akt əsasında 140,40 manat borcun tələb edilməsi əsaslıdır, 802,80 (946,2-140.4) manat borcun tələb edilməsi isə əsaslı deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə (802,80 manat) iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli akt tərtib edilərkən və cavabdehə dəymiş ziyan hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nda qazpaylayıcıya dəymiş ziyanın hesablanma qaydası, müddəti və s. barədə hər hansı müddəa olmamışdır. Lakin həmin Qaydalara xx.xx.2023-cü il tarixli qanunla müvafiq dəyişikliklər edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na 6.5-1-6.5-4-cü bəndlər əlavə edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli və ******* saylı, xx.xx.2018-ci il tarixli aktlar əsasında hesablanmış 802,80 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00032) xx.xx.2018-ci il tarixli, ******* nömrəli və ******* saylı, xx.xx.2018-ci il tarixli aktlar əsasında hesablanmış 802,80 (səkkiz yüz iki manat səksən qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar