Məhkəmə qərarları › İş №2(060)-5492/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5492/2023

06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5492/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, onlar tərəfindən baxış keçirilən zaman sayğacdan k/yuvasının üst hissəsi yararsız hala düşmüşdür. Həmin akt əsasında 3110,10 (üç min yüz on, on qəpik) manat borc hesablanmışdır. Həmin akt əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmçinin aktda ünvan 1 ünvanında guya mənzildə samavar, dörd göz qaz peçi, 2 ədəd radiator, dəmir peç olduğu aktda qeyd olunmuşdur. Hansı ki, əksinə yaşayış evində iki göz qaz peçi, bir ədəd mətbəx üçün su isidici (pitimunutka), iran peçi olmuşdur. Bu faktlar bağlanarkən təhrif olunmuşdur. O bu akta imza etməmiş və ******* saylı akt əsasında yazılmış borcla razı deyildir. Cavabdeh orqanın yuxarı nəzarət edən orqanının cavab məktubu ilə müəyyən edilir ki, cavabdeh orqan belə hərəkət etməklə bir istehlakçı kimi onun hüquqlarını pozmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış borc əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına ******* saylı aktın qanunsuz sayılması və bu akt əsasında hesablanmış 3110.10 (üç min yüz on manat, on qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, bayram axşamı küçədə tonqal yandırmışlar, sayğac isti çəkdiyi üçün deformasiyaya uğramış, ondan sonra işləmiş, iki dəfə smart kart ilə pul ödəmişdir. Sayğac 2017-ci ilindir. Daha sonra gəlmiş və sayğacı dəyişmişlər ki, sayğac deformasiyaya uğramışdır. Sayğacda dəmir ərimiş, lakin işləmişdir. Onlar ailəlikcə tezdən evdən çıxır və axşam evə qayıdırlar. Onlarda sərfiyyat heç 200 manat limiti keçmir. Həyət evidir və evdə kombi yoxdur. Onun evində yalnız iran peçi olmuş, o isə qışda 20 manat aylıq vəsait yazır. Dəyişərkən, ona zəng gəlmiş və işdən gəlmiş, daha sonra isə sayğacı dəyişmişlər. Əgər üzərində örtük olsa idi, sayğac zədələnməzdi. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, iddiaçının mənzilində öncə smart kart tipli sayğac olmuş, daha sonra isə dəyişilmiş və mexaniki tipli sayğac ilə əvəz olunmuşdur. Onlar mənzilə üç aydan bir baxış keçirdirlər. 2023-cü il tarixdə 5 ay ərzində cəmi 19 manat 56 qəpik pul ödənilmişdir. Keçən ilin tək aprel ayında isə 20 manat pul ödənilmişdir. Hesablanmış məbləğ 180 günə vurulmuşdur. Fakt isə ondan ibarətdir ki, abonent tərəfindən sayğaca müdaxilə olunmuş və sayğac yararsız hala düşmüşdür. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 aprel 2023cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək olmamış, yivli birləşmələr korroziyaya uğramış, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmiş, sayğacın çıxış plastmas borusu istilik nəticəsində ərimiş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmamış və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək olmamış, yivli birləşmələr korroziyaya uğramış, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmiş, sayğacın çıxış plastmas borusu istilik nəticəsində ərimiş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmamış və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00010) ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdə ZENNER G4T MEXANİKİ tipli, **********8 nömrəli sayğac quraşdırılmışdır. 04/2023-cü il tarixə 25963 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə qalıq və aktlar əsasında 3110.40 manat vəsait hesablanmışdır. - Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğacın k/yuvasının üst hissəsi naməlum səbəbdən yanaraq yararsız hala düşdüyündən Zülfiyev Zülfi yeni sayğac sifariş vermiş və həmin sayğac quraşdırılmışdır. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə agentliyinin Sumqayıt Filialının İddiaçı ünvanlanmış 03 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, yaşanılan evin qaz sayğacı xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəzlənmiş, qaz xətti üzərindən çıxarılan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi halda rəyə istinad edilərək qaz abonent hesaba 3110.10 manat məbləğində əlavə borc daxil edilmişdir. QİS tərəfindən təqdim edilmiş sənədlərin təhlili abonent hesaba daxil edilmiş qaz sərfiyyatının hesablanmasında mövcud qanunvericiliyin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin, Qİİ tərəfindən qanunvericiliyin bu tələbinə əməl edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Qaydalar”-ın qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 5.2-ci bəndinin tələbinə görə, müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadığından, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək olmamış, yivli birləşmələr korroziyaya uğramış, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmiş, sayğacın çıxış plastmas borusu istilik nəticəsində ərimiş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmamış və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, 25920 kub metr qaz sərfiyyatı üçün 28 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 3110.40 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 3110.10 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 aprel 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 3110.10 manat borc abonentin hesabından (abonent kodu **********00010) silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 51.11 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00010 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 3110 (üç min yüz on) manat 10 (on) qəpik borc silinsin. Cavabdehndən 51 (əlli bir) manat 11 (on bir) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar