Məhkəmə qərarları › İş №2(060)-5495/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5495/2023

04.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5495/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçi "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 6192,89 manat borc və ödənilmiş 82.34 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respııblikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş pretenziyadan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********01876 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi xx.xx.2023-cü il tarixinə 6192,89 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi eiektrik enerjisinin haqqı olan 6192,89 manat borcu bu günə qədər ödəməyərək “Azərişıq'" ASC-yə zərər vurmuşdur. "Azərişıq” ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürüdüyü öhdəlikləri pozur. Yuxarıda göstədiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SX000199051AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16 nömrəli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan 635531 saylı Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hamamın yanı, 35 saylı evə **********01876 saylı abunə kodu verilməklə elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh 7460,89 manat (1551,57 manat inteqrasiya dövrü borcu olmaqla) borcu vardır. İşdə olan xx.xx.2018-ci il tarixli, 096073 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın giriş qaz xəttinin sığacı yanaraq elektrik sayğacını istismara yararsız hala salmışdır. Pfak=0.66 kvt n yük) Psay=0.0 kvt İşdə olan xx.xx.2018-ci il tarixli aktın hesabatı və görüləcək işlər barədə tələblərdən görünür ki, ünvan 1 ünvanında sayğacın sıxacının yandığı halı müəyyən edildiyindən xx.xx.2018-ci il tarixli, 096073 nömrəli akt tərtib edilməsi nəticəsində S.Hüseynliyə 771 kvts cərimə hesablanmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, 063357 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı sayğac qısa qapanma nəticəsində əriyərək sayğacı istismara yararsız hala salmışdır. Pf=1.2 kvt n yük) Ps=0.0 kvt İşdə olan xx.xx.2017-ci il tarixli aktın hesabatı və görüləcək işlər barədə tələblərdən görünür ki, ünvan 1 ünvanında sayğacın qısa qapanma nəticəsində əriməsi halı müəyyən edildiyindən xx.xx.2017-ci il tarixli, 063357 nömrəli akt tərtib edilməsi nəticəsində S.Hüseynliyə 756 kvts cərimə hesablanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 146690 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı abonentin sayğacın giriş xəttini zədələyərək sayğacdan kənar xətdən istifadə etdiyi halı müəyyən edilmişdir. Pkan=0.44 kvt, Psay=0.kvt İşdə olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 1 ünvanında sayğacdan kənar xəttdən istifadə etdiyi halı müəyyən edildiyindən xx.xx.2019-cu il tarixli, 146690 nömrəli akt tərtib edilməsi nəticəsində S.Hüseynliyə 117.32 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 178218 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı abonentin sayğacın giriş xəttini zədələyərək sayğacdan kənar xətdən istifadə etdiyi halı müəyyən edilmişdir. Pkan=0.44 kvt, Psay=0.kvt İşdə olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 1 ünvanında sayğacdan kənar xəttdən istifadə etdiyi halı müəyyən edildiyindən xx.xx.2020-ci il tarixli, 178218 nömrəli akt tərtib edilməsi nəticəsində S.Hüseynliyə 64 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 158178 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı abonentin sayğacın giriş xəttini zədələyərək sayğacdan kənar xətdən istifadə etdiyi halı müəyyən edilmişdir. Pkan=1.2 kvt, Psay=0.kvt İşdə olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 1 ünvanında sayğacdan kənar xəttdən istifadə etdiyi halı müəyyən edildiyindən xx.xx.2019-cu il tarixli, 158178 nömrəli akt tərtib edilməsi nəticəsində S.Hüseynliyə 64 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2021-cu il tarixli, 223466 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın faza sıxacına naqili toxundurmaqla çıxış faza xətti ilə qapayaraq sayğacın sxemdən kənarlaşdırıldığı halı müəyyən edilmişdir. İşdə olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 1 ünvanında sayğacın faza sıxacına naqili toxundurmaqla çıxış faza xətti ilə qapayaraq sayğacın sxemdən kənarlaşdırıldığı halı müəyyən edildiyindən xx.xx.2021-cu il tarixli, 223466 nömrəli akt tərtib edilməsi nəticəsində S.Hüseynliyə 479.59 manat cərimə hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 257479 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın sıxacının yanaraq sayğacın yararsız hala düşdüyü müəyyən edilmişdir. İşdə olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 1 ünvanında sayğacın sıxacının yandığı halı müəyyən edildiyindən xx.xx.2022-ci il tarixli, 257479 nömrəli akt tərtib edilməsi nəticəsində S.Hüseynliyə 2.91 manat cərimə hesablanmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə məxsus mənzildə baxış keçirilmiş, baxış zamanı sayğacda aşkar edilmiş hallarla əlaqədar Azərişıq ASC tərəfindən xx.xx.2018-ci il tarixli, 096073 nömrəli, xx.xx.2017-ci il tarixli, 063357 nömrəli, xx.xx.2019-cu il tarixli, 146690 nömrəli, xx.xx.2020ci il tarixli, 178218 nömrəli, xx.xx.2019-cu il tarixli, 158178 nömrəli, xx.xx.2021-ci il tarixli, 223466 nömrəli, xx.xx.2022-ci il tarixli, 257479 nömrəli aktlar tərtib olunmuş və həmin aktlar əsasında iddiaçıya borc hesablanmış, qalan məbləğ isə cavabdehin elektrik enerjisindən istifadəsi ilə əlaqədar yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görəelektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır (8.4). Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin qaydaların 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Həmin Qaydaların 8.32-ci bəndinə (mübahisəli aktlar tərtib olunan zaman qüvvədə olan) əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli, 096073 nömrəli, xx.xx.2017-ci il tarixli, 063357 nömrəli, xx.xx.2019-cu il tarixli, 146690 nömrəli, xx.xx.2020-ci il tarixli, 178218 nömrəli, xx.xx.2019-cu il tarixli, 158178 nömrəli, xx.xx.2021-cu il tarixli, 223466 nömrəli, xx.xx.2022-ci il tarixli, 257479 nömrəli aktlar “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda həmin aktlar üzrə yazılmış borclar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, 096073 nömrəli, xx.xx.2017-ci il tarixli, 063357 nömrəli, xx.xx.2019-cu il tarixli, 146690 nömrəli, xx.xx.2020ci il tarixli, 178218 nömrəli, xx.xx.2019-cu il tarixli, 158178 nömrəli, xx.xx.2021-cu il tarixli, 223466 nömrəli, xx.xx.2022-ci il tarixli, 257479 nömrəli aktlar qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib edildiyindən, o cümlədən cavabdeh tərəfindən məhkəməyə həmin aktlarda qeyd edilmiş pozuntuların onun tərəfindən törədilmədiyini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən həmin aktlara əsasən hesablanmış və sərfiyyatla əlaqədar yaranmış 6192.89 manat borc cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 82.34 manat dövlət rusumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh (abunə kodu: **********01876) istifadə etdiyi elektrik enerjisinə görə 6192,89 (altı min yüz doxsan iki manat səksən doqquz qəpik) manat borc və 82,34 (səksən iki manat otuz dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar