Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-550/2024 22.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən JN-2183B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin digər şəxslərlə (Ərizəçi, X5, X14 oğlu) bərabər həmçinin “X8”-na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi Sumqayıt şəhəri, Sarıqaya bağ massivi, 394 ünvanı ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Sumqayıt 2 saylı Ərazi idarəsinə müraciət etmişdir. Həmin qurum ona imtina məktubu vermişdir. İmtina məktbunu isə belə əsaslandırmışlar: JN-2183B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsində adı göstərilən ikinci mülkiyyətçinin adı ilə müraciətə əlavə edilən sənədlərdə göstərilən ad arasında uyğunsuzluq aşkar edilmişdir. Qeyd olunan sənəddəki şəxs onun mərhum arvadı “X15” qızıdır. Ərizəçi onunla nikaha girəndən sonra o onun soyadını “Siraczadə” soyadını qəbul etmişdir. O, xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçi onun qanuni vərəsəsi təyin olunmuşdur. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən JN-2183B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsində “Həsənova Nəzakət” ilə “X8”-nın eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mərhum həyat yoldaşının atasının adı ərizədə yazılmamışdır.Onun mərhum həyat yoldaşı da müəllimə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Sumqayıt 2 saylı Ərazi idarəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 izahatında bildirdi ki, ərizəçini tanıyır. Belə ki, 1983-cü il tarixdə o Təhsil şöbəsində şöbə müdiri vəzifəsində işləmişdir. Ərizəçi də Şəhər Partiya Komitəsində şöbə müdiri vəzifəsində işləmişdir. Daha sonra isə qonşu olmuşlar. Belə ki, ərizəçi 32-ci binada, o isə 35-ci binada yaşamışdır. Eyni zamanda təhsil şöbəsinin metodik kabinetində direktor işləmişdir. Ərizəçinin mərhum həyat yoldaşının tam adı X2r. 37 nömrəli mətkəbdə ingilis dili müəlliməsi işləmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid X13 izahatında bildirdi ki, Davud müəllimi İcra Hakimiyyətində işlədiyi zamandan tanıyır. Yoldaşı ilə uzaq qohumluqları vardır. Yoldaşı iki il olar ki, rəhmətə getmişdir. Gediş-gəlişləri də olmuşdur. Mülki iş materiallarında olan: JN № 2183B Kod № 30900002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, şəhadətnamə Ərizəçi və onun ailə üzvlərinə Həsənova Nəzakət, X5 və X14 oğluna verilmişdir. Ona görə ki, Sumqayıt şəhəri, İK bağ sahələrinin verilməsi üzrə qərar qəbul edən komissiyasının xx.xx.1995-ci il tarixli, 16 nömrəli qərarı və xx.xx.1995-ci il tarixli, 3369 nömrəli icra müqaviləsi ilə qərarın (sərəncamın) tarixi və nömrəsi 0.08 hektar ölçülü, Sarı-qaya bağlar zonasında yerləşən fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və 394 nömrəli bağ sahəsi onun kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüxsədən ibarət tərtib edilmiş və 2194 nömrə ilə kitabda qeydə alınmışdır. Reyestrdə 2V-1375 nömrə ilə qeyd edilmiş, 13 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X1 vərəsələri – Ərizəçi, X5, X14 oğlu və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Sumqayıt TİB tərəfindən xx.xx.1992-ci il tarixdə X3 verilmiş 3880 qeydəalma nömrəsi ilə 14 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.41 kv/m, yaşayış sahəsi 39.6 kv/m, yardımçı sahəsi 29.84 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi 14C/2146 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İ-ЖГ seriyalı, 482879 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 arasında 13 may 1978-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1978-ci ilin may ayının 13cü günündə 405 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Siraczadə soyadı verilmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli, AZ- İİ seriyalı, 204019 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 avqust 2021-ci il tarixdə Sumqayıt şəhərində beyin ödemi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 08-ci ayının 26-cı günündə 1629 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3850/2023 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişin məzmunundan görünür ki, Sumqayıt şəhəri, Sarıqaya bağ massivi, 394 ünvanı ərazisində yerləşən üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, JN-2183B (Kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində adı göstərilən ikinci mülkiyyətçinin adı ilə müraciətə əlavə edilən sənədlərdə göstərilən ad arasında uyğunsuzluqlar aşkar edilmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün müayinə baxışı keçirilən zaman torpaq sahəsinin 238.kv.m hissəsinin 10 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasında imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi, ərizəçinin mərhum yoldaşının adı ona məxsus sənədlərdə “X8” kimi olmasına baxmayaraq, JN-2183B Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Həsənova Nəzakət” kimi qeyd olunmuş və maraqlı tərəf “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində adı göstərilən 2-ci mülkiyyətçinin adı ilə müraciətə əlavə edilən sənədlərdə göstərilən ad arasında uyğunsuzluq aşkar edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən aktda ərizəçinin mərhum yoldaşının ata adı göstərilmədiyindən, həmin akt hüquqmüəyyənedici sənəd olduğundan, yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin sənədlərin eyni şəxsə məxsus olmasının məhkəmədən kənar həllinin mümkün olmadığı işin araşdırılan hallarına əsasən öz təsdiqini tapdığından ərizə təmin edilməli, JN-2183B Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum yoldaşı X4 məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-2183B Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-550/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-550/2024
22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver