Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5511/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçinın maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 29 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, AR Sumqayıt şəhər İcra Hakimiyyətinin 619 №-li, 19.10.2012-ci il tarixli əmrindən çıxarışda ailə tərkibi hissəsində qeyd olunan "X11"na aid məlumatların AZE ******** seriyalı, 30.03.2018-ci il tarixli şəxsiyyət vəsiqəsindəki "Ərizəçi"na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onun doğumu ilə əlaqədar olaraq verilən Vİİİ-JQ 443295 №li, 11.06.1982-ci il tarixli doğum şəhadətnaməsinin ad və soyad qrafasında ad soyadı Ərizəçi kimi yazılmışdır. Onun doğum haqqında şəhadətnaməsi əsasında ona AZE ******** seriyalı, 30.03.2018-ci il tarixli şəxsiyyət vəsiqəsi verilmişdir. Bu günə kimi də hamı onu Seymur kimi tanımışdır. Belə ki, Sumqayıt Superfosfat zavodunun 29.07.1992-ci il tarixli, 773 nömrəli məktubuna və birlik müdriyyəti, həmkarlar komitəsi və MMK-nın birgə iclasının 20.07.1992-ci il tarixli 12 №-li protokolu əsasında anası X4 5 nəfərdən ibarət ailə üzvlərinə görə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 12/13 saylı evin 29 saylı mənzili verilmişdir. Həmin protokol əsasında AR Sumqayıt şəhər İcra Hakimiyyətinin 619 №-li, 19.10.1992-ci il tarixli əmrindən çıxarışda ailə üzvlərinin siyahısında onun adı texniki səhv olaraq X2 yazılmışdır. Əvvəllər bu səhvə o qədər də ciddi yanaşmamışdır. Lakin həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən mənzilin mülkiyyət hüququnun tanınması mümkün olmamışdır. Müraciətinə **********59 nömrəli, 08.06.2021-ci il tarixli məktubu ilə imtina vermişlər. Həmin imtina məktubuna əsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinin 619 nömrəli, 19.10.1992-ci il tarixli əmrindən çıxarışında onun adının səhv qeyd olunması mənzilin mülkiyyət hüququnun tanınmasında zərurət yaratmışdır və bununla bağlı məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08.06.2021-ci il tarixli **********59 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13 ünvanda yerləşən 29 nömrəli mənzil üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 09.04.2021-ci ıl tarixli, ********** qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 1 ünvanda yerləşən 29 nömrəli mənzil sahəsinin 5 nəfər ailə tərkibi ilə birlikdə X4 verilməsi barədə Sumqayıt şəhər mənzil bölüşdürmə, qeydiyyata alınması və mənzil tikiti kooperativlərində mənzil bölüşdürülməsi komissiyasının 15.09.1992-ci il tarixli 84 nömrəli protokolunun təsdiq olunması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 619 nömrəli, 19.10.1992-ci il tarixli əmrindən arxiv çıxarışında qeyd olunan ailə tərkibi ilə mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə arayışda (2 №-li forma) qeyd olunan ailə tərkibində uyğunsuzluq olduğu müəyyən olunmuşdur, belə ki, protokoldan çıxarışda qeyd olunan X6 adı 2 №-li formada qeyd olunmamış, əvəzində Ərizəçi qeyd olunmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq, sözügedən yaşayış sahəsi ailə tərkibinə təqdim edilən anda 5 nəfər ailə üzvlərinin siyahısını dəqiqləşdirərək məlumat verməsi barədə Sumqayıt şəhər icra Hakimiyyətinə **********39 nömrəli, 03.05.2021-ci il tarixli sorğu göndərilmişdir. Lakin bu günədək Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sorğuya münasibət bildirilməmişdir. Odur ki, Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 619 nömrəli, 19.10.1992-ci il tarixli əmrindən arxiv çıxarışında ailə tərkibində qeyd olunan X6 əslində Ərizəçi olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Vİİİ-JQ seriyalı 443295 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X7r. İş materiallarında olan Sumqayıt şəhər mənzil bölüşdürmə, qeydiyyata alınması və mənzil tikiti kooperativlərində mənzil bölüşdürülməsi komissiyasının 15.09.1992-ci il tarixli 84 nömrəli protokolunun təsdiq olunması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 619 nömrəli, 19.10.1992-ci il tarixli əmrindən arxiv çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr, 12/13 saylı evin 29 saylı mənzili X8 və onun ailə üzvləri X12, X14, X9 və X6 istifadəsinə verilmişdir. İşdə olan 28.07.2021-ci il tarixli 780 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, Ərizəçi bacısı X13 və oğlu X3 ibarət tərkibdə ailə üzvləri var. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13.07.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi, X13, X10 və Quliyeva Şəfiqə Hümbət qızı ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X7r. Ərizəçinin anası X4 Sumqayıt şəhər mənzil bölüşdürmə, qeydiyyata alınması və mənzil tikiti kooperativlərində mənzil bölüşdürülməsi komissiyasının 15.09.1992-ci il tarixli 84 nömrəli protokolunun təsdiq olunması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 619 nömrəli, 19.10.1992-ci il tarixli əmri ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, 29 saylı mənzil verilmişdir. Həmin əmrdən çıxarışda ərizəçinin adı səhvən “X11” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 619 nömrəli, 19.10.1992-ci il tarixli əmrindən çıxarışın Ərizəçi məxsus olması faktı ərizəçinin izahatı və işdə olan digər sənədlərlə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 619 nömrəli, 19.10.1992-ci il tarixli əmrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 619 nömrəli, 19.10.1992-ci il tarixli əmrindən çıxarışın Ərizəçi (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi) məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5511/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5511/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver