Məhkəmə qərarları › İş №2(060)-552/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-552/2023

13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-552/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya abonent elektrik enerjisindən sayğacdan kənar istifadə edir. Ona görə də xx.xx.2022-ci il tarixli 262317 saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona 603.39 manat məbləğində cərimə hesablanmışdır. Həmin aktı əsassız hesab edir. Belə ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh "xxxx" ASC-nin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Bu istehlakçı olaraq onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Borcun silinməsi üçün dəfələrlə cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin bildirilmişdir ki, məhkəməyə müraciət etmək lazımdır. Hesab edir ki, həmin aktın əsasında əsassız olaraq hesablanmış 603.39 manat məbləğində borc silinməlidir. Akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Hesab edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmalı idi. Lakin cavabdeh "xxxx" ASC-nin əməkdaşları onun iştirakını təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 262317 saylı akt əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına dair əsassız olaraq hesablanmış 603.39 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi S.Əhmədov məhkəməyə iddia ərizəsinə etiraz təqdim edib etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Rəşad oğlu iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərişıq ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 262317 saylı aktın əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına dair əsassız olaraq hesablanmış 603.39 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 06 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, mənzilə məxsus elektrik sayğacı dövrəyə sayğacdan kənar qoşulmuşdur. Abonent elektrik enerjisindən sayğacdan kənar istifadə edir. Pkənar=0.3 kvt. Kənar xətt qoşulmuş mis naqilin diametri 0.4 mm-dir. Aliminim kabel aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 06 iyul 2023-cü il tarixli, AKT R№ 262317 saylı akt əsasında 578.79 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Akt əsasında hesablanmış 578.79 manat məbləğindən 76.49 manat ödəniş etmişdir. İddiaçının hal-hazırda 502.30 manat məbləğində borcu vardır. Buda onu göstərir ki, iddiaçı elektrik enerjisindən qanunsuz istifadə edir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı Azərişıq ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 262317 nömrəli aktın əasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına dair əsassız olaraq hesablanmış 603.39 manat məbləğində borcun silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 19 yanvar 2023-cü il tarixdə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı həyat yoldaşıdır. Hazırda xaricdədir. Mənzildə işıq sönmüş, zəng eləmiş, cavabdeh təşkilatdan gəlmiş, işığı qoşmamışdılar. Sonra başqa bir şəxsdən xahiş eləmiş, işığı birləşdirmişlər. Səhərisi gün cababdehin əməkdaşları gəlib baxıb getmişlər.İddiaçı həyat yoldaşıdır. 6 aydır ki, özü burda yoxdur. Mənzildə işıq sönmüş, dəfələrlə İşıq İdarəsinə zəng vurmuşdur ki, gəlib işığa baxsınlar, lakin çağırışa gələn olmamışdır. Sonra o balansa pul köçürmək istəyəndə pul oturmamışdır. İşıq İdarəsinə mütaciət etmiş, ona bildirmişlər ki, “Sizə cərimə yazılıb”. O isə cərimə ilə razılaşmamış və etirazını bildirmiş,ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirilmişdir. İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, balansa pul yüklədikdə götürməmiş və onda məlumatları olmuşdur. İşıq sönmüş, İşıq İdarəsinə müraciət etmiş, işə getmiş, işdən qayıtdıqda isə işığın yanmadığını görmüşdür. 15-20 gün sonra balansa pul yükləmiş, həmin məbləğ isə balansa oturmamışdır. Keçən məhkəmə iclasında özləri tərəfindən qoşulmasının etiraf edilməsi ilə bağlı ifadələrə fikir olaraq bildirmişdir ki, ola bilsin ki, həyəcanlı olmuşdur. Heç nədən xəbəri olmamışdır. Müraciət etdikdə bildirmişlər ki, gün ərzində gəlib düzəldəcəklər. Məhkəmə İddiaçı nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: AZ-İ № 157673 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə X2 arasında bağlanmış nikah Sumqayıt şəhəri Nikah evində 22 aprel 2005-ci il tarixdə akt qeydləri kitabında 388 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada isə (Babayeva)Rüstəmova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri haqqında ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs olmaqla İddiaçı adına ünvan 2 ünvanında olan daşınmaz əmlak növündə mənzil xüsusi mülkiyyət hüququ əsasında **********70-05101-093066 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, 262317 saylı tərtib olunmuş aktdan görünür ki, abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, mənzilə məxsus elektrik sayğacı dövrəyə sayğacdan kənar qoşulmuşdur. Abonent elektrik enerjisindən sayğacdan kənar istifadə edir. Pkənar=0.3 kvt. Kənar xətt qoşulmuş mis naqilin diametri 0.4 mm-dir. EEİQ-na uyğun olaraq kənar xətt ləğv edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə Babayev.R adına (abunə nömrəsi **********01054) xx.xx.2000-ci ildən hesab açılmışdır. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 312191 nömrəli protokoldan görünür ki, ünvan 4 ünvanda abonə kodu **********01054 olmaqla quraşdırılan sayğac P**********0-dır. 262317 nömrəli akta əsasən kənar xətt ləğv olunmuş, sxem isə bərpa olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. (MM-560.3.2) Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək onun müraciətinə əsasən kənar şəxsin köməyindən istifadə edərək işıq xəttinin qoşulmasını etiraf etməsi, sonrakı iclaslarda verdiyi izahatları müdafiə etməyərək ziddiyyətli ifadələr verməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbinə etiraz və mülahizə təqdim olunaraq kənar xəttin qoşulması, müəssisənin əməkdaşları tərəfindən kənar xəttin ayrılması, bu barədə komissiya üzvləri tərəfindən protokollaşdırılaraq aktlaşdırılması iddia tələbinə dair verilmiş etiraz ilə kənar xəttin olması (iddiaçının nümayəndəsinin etirafı) təsdiq olunduğu üçün məhkəmə tərəfindən iddia tələbinin əsaslı olmaması qənaətinə gəlməsinə şərait yaratmışdır. Ona görə də İddiaçı məxsus ünvanda sayğacankənar xəttin aşkar olunması təsdiq olunduğu üçün iddiaçı tərəfindən dəymiş ziyanın tələb edilməsi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar