Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5535/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi və Cavabdeh1 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Cavabdeh2ndə notariat ofisində notarius X3 şahidliyi ilə xx.xx.2020-ci ildə ölmüş X6ndan irs qalmış (yaşayış(ev,mənzil, otaq), qeyri-yaşayış və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın iddiaçılara çatası hissəsindən gəlini Cavabdeh1 xeyrinə xx.xx.2021-ci il tarixində imtina etdikləri elektron çıxarışın ləğv edilərək onların varislik hüquqlarının yenidən onlara qaytarılması üçün qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır, Şəhid anasıdır. Oğlu X4 müharibəsində Şəhid olmuşdur. Ailəli olub, 2 övladı yadigar olaraq qalmışdır. Şəhidin ikinci övladı Şəhid olduqdan sonra doğulmuşdur. İİ Qarabağ döyüşlərində qəhrəmanlıq göstərərək, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Qarabağ ordeni”,“Qubadlının azad olunması”, “Füzulinin azad olunması”, “Cəsur döyüşçü”., “Xocavəndin azad olunması”, “Cəbrayılın azad olunması”, “Vətən uğrunda” orden və medalları ilə təltif olunmuşdur. Sağlığında isə Hərbinin 100 illiyi medalı ilə təltif olunmuşdur. Qeyd edir ki, oğlu hərbiçi Kəşfiyyatçı olmuşdur. Bildirir ki, şəhidin varisləri olaraq şəhidin anası, şəhidin atası, Şəhidin arvadı və iki övladı hesab olunurlar. Şəhid ailələrinə olunan bütün yardım və köməkliklər yalnız onun varislərinə olunur. Bu səbəbdən də Şəhid ailələrinə verilən 11000 manatın gəlini Cavabdeh1 Rəfail qızına verilməsi üçün iddiaçılar öz hissə paylarından imtina etmişdir. Bunun üçün də Sumqayıt şəhərində yerləşən ASAN xidmət mərkəzinə gedərək öz hissə paylarından imtina vermək əvəzinə bilmədən ümumi varislikdən imtina vermişdir. Həmin vaxtı özlərində olmamış və nəyə imza atdıqlarını oxumadan imza atmışlar. Hazırda Şəhid varislərinə olunan bütün köməkliklərdən məhrum olunmuşlar. Bütün hər bir köməkliklər gəlini üçün olunur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2021-ci ildə Asan Xidmət Mərkəzinə gedərək Şəhid olmuş övladı X7 irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarının ona çatası hissəsindən gəlini Cavabdeh1 xeyrinə imtina etmişdir. Həmin vaxt övlad itkisi ilə əlaqədar özündə olmamış, həmin ərizəni oxumadan imza etmişdir. İmza edərkən şəhid varislərinə olunan bütün köməkliklərdən məhrum olunacaqları barədə məlumatları olmamışdır. Hazırda Şəhid ailələri üçün olan heç bir imtiyaz və güzəştlərdən istifadə edə bilmirlər. Məhkəmə tərəfindən ona ünvanlanan suala cavab verərək bildirdi ki, indiyə qədər cavabdehin xeyrinə edilmiş imtiyazları deyil, bundan sonra Şəhid ailəsi kimi imtiyaz və güzəştlərdən istifadə edə bilməsi üçün varislik hüququnun ona geri qaytarılmasını, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etdi. İddiaçı1 izahatında qeyd etdiklərini təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi. xx.xx.2022-ci il tarixində Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olan X8 vərəsələri olaraq iki azyaşlı övladının tanınmasını və onların yeganə qanuni nümayəndəsi kimi hüquqlarının idarə edilməsinin ona tapşırılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar öz iddia tələblərində xx.xx.2021-ci il tarixində notarial qaydada verdiyi imtina ərizəsinin ləğv edilməsini xahiş etmişdir. Bu tələbini də oxumadan imzalaması ilə əsaslandırmışdır. Qeyd edir ki, notarial qaydada təsdiq edilmiş imtina ərizəsi 3 (üç) sətirdən ibarət bir mətndir. Yəni onun oxunması o qədər də çətin deyildir. Həmçinin, elə həmin o 3 (üç) sətirdə iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin izah ediliyi qeyd olunmuşdur və bu da iddiaçının imzası ilə təsdiq edilmişdir. Bununla yanaşı, iddiaçı həmin vaxt özündə olmadığını qeyd edir. Qeyd edir ki, əri, iddiaçıların övladı X11 xx.xx.2020-ci il tarixində şəhid olmuşdur. İmtina ərizəsi ərinin şəhid olmasından 2 ay 15 gün sonra verilmişdir. Bu da onu göstərir ki, iddiaçının qeyd etdiyi kimi tələsik verilmiş bir qərar olmamışdır. Düşünmək və özlərini topluyub addım atmaq üçün yetərli müddət keçmişdir. İddiaçının da ərizəsində qeyd etdiyi kimi biri atasının Şəhid olmasından sonra doğulmuş 2 azyaşlı onun himayəsindədir. Və cavabdehə görə atalarının onlara qoyduğu ən önəmli miras onun adıdır. Maddi olaraq isə, iddiaçının qeyd etdiyi kimi hər hansı bir miras payı bölüşdürülüb cavabdehə verilməmişdir. Halbuki, qeyd olunduğu kimi cavabdeh də, azyaşlı övladları da atalarının mirasçısı olmuşdur. Atalarından miras olaraq onlara keçən yalnız onun şəhid olması səbəbi ilə dövlət tərəfindən edilən yardımlar olmuşdur. İddiaçıların özlərinin yaşamağa evləri, əmlakları olan insanlardan daha çox dövlət tərəfindən ataları üçün verilən maddi dəstəklər 2 azyaşlı övladının haqqıdır. Və bu gün də onlar cavabdehin himayəsində olduğu üçün cavabdeh onların adına edilən bu maddi dəstəkləri qəbul etmişəvə onların adına idarə edir. Şəhid olan övladlarının yadigarı olaraq gördükləri və iddia ərizəsində elə qələmə verdikləri nəvələrinə dövlət tərəfindən edilən maddi dəstəkdən pay almağa iddiaçıların ehtiyaclarının olduğunu düşünməməklə birlikdə, bunu hansı səbəbdən istədiklərini də bilmir. Və düşünür ki, 2 azyaşlı uşağı təkbaşına böyütməyə məhkum olmuş bir andan, onun uşaqları üçün nəzərdə tutulan maddi dəstəyi də bölməyi tələb etmək o uşaqların gələcəyini düşünən nənə və babanın səmimiyyətinə yaraşan bir hal deyil. Bir daha edir ki, ərinin vəfatı ilə əlaqədar cavabdehə və övladlarıma heç bir miras payı verilməmişdir, elə bir tələbimdə olmamışdır. İddiaçıların tələb etdikləri dövlət tərəfindən edilən maddi pul vəsaiti və sair nemətlərə dairdir. Yuxarıda insani olaraq uyğun olmadığını bildirdiyi iddia tələbinin indi də, qanunvericilik baxımından da əsassız olduğunu qeyd edir. iddiaçıların iddiası əsassızdır və qanuna ziddir. Eyni zamanda bu iddianın hüquqi əsası olsaydı belə iddia müddətləri də aşılmışdır və vərəsəliyin qəbulu və imtinası üçün nəzərdə tutulan müddətlər içərisində bu tələb bəlkə irəli sürülə bilərdi. Ancaq görüldüyü kimi bu tələb 1 il 7 ay sonra irəli sürülmüşdür ki, qeyd etdiyi kimi vərəsəliklə bağlı münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulan müddətlərin həddi aşılmışdır. iddiaçıların imtina ərizəsi də əsas götürülərək bu müddətdə şəhid olan ərinə görə dövlət tərəfindən onun vərəsələrinə verilən maddi və sair nemətlər cavabdeh tərəfindən əsaslı şəkildə və qanuna uyğun olaraq qəbul edilmişdir və bunlar artıq hüquqla qorunan qazanılmış haqlardır. Hesab edir ki, əsaslandırdığı kimi belə bir iddianın təmin edilməsinin hüquqi əsasları mövcud deyildir. Lakin təmin edilsə belə bunun iddiaçıların iddia etdiyi kimi bu günə qədər qazanılmış haqqlar üzərində heç bir təsirinin olması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasında və digər normativ hüquqi aktlarda qanunların, qərarların geriyə şamil edilməsinin əsasları müəyyənləşdirilmişdir və əgər şəxsin əleyhinədirsə geriyə şamil edilməsi mümkün deyildir. Bir daha qeyd edir ki, iddiaçıların bu imtina tələbi ilə nə istədikləri və niyə istədikləri cavabdehə aydın deyildir, bu müddətdə əldə edilənlərlə bağlı haqq iddia etmək istədiklərini düşndüyü üçün də bunu qeyd etmişdir. Cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixində hərbi əməliyyatlar nəticəsində törədilmiş zədələnmələr nəticəsində döyüş meydanında Şəhid olmuşdur. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı2 xx.xx.2020-ci ildə ölmüş X7 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarındab ibarət) mirasın ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı1 xx.xx.2020-ci ildə ölmüş X7 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarındab ibarət) mirasın ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və Cavabdeh1 arasında 3 saylı Bakı “ASAN Xidmət” X10 bağlanmış xx.xx.2017-ci il tarixli, 3218 saylı nikah qeydi vardır. - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Ələsgərli Ayxan və xx.xx.2021-ci il təvəllüdlü Ələsgərli Ayaz adlı uşaqların atası X9r. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Mülki Məcəllənin 1264-cü maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Mülki Məcəllənin 1267-ci maddəsin əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mülki Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X11 Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2022-ci il tarixdə Şəhid olmuşdur. X2 1-ci növbə 5 vərəsəsi qalmışdır: atası İddiaçı2, anası İddiaçı1, arvadı Cavabdeh1 və övladları X14 və X15. X5 olduqdan sonra onun valideynləri, yəni iddiaçılar 1 saylı Sumqayıt regional Cavabdeh2ndə Notariat Ofisində xx.xx.2021-ci il tarixində ərizə verərək xx.xx.2020-ci ildə ölmüş X7 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarındab ibarət) mirasın onlara çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişlər. Hazırda iddiaçılar həmin ərizələr əsasında verilmiş elektron mıxarışların ləğv edilərək onların varislik hüquqlarının yenidən onlara geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçılar onların payına düşən irsin gəlini və ona münasibətdə nəvələrinə qalması barədə razılığa gəlmiş və bunu notariat orqanına könüllü surətdə gedərək, iradə ifadələrini sərbəst bildirərək təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən verilmiş, notariat orqanında təsdiq edilmiş həmin ərizələr tərəflərin iradə ifadəsinin təzahürüdür, həmin ərizənin ləğv edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Cavabdeh2ndə notariat ofisində notarius X3 şahidliyi ilə xx.xx.2020-ci ildə ölmüş X6ndan irs qalmış (yaşayış(ev,mənzil, otaq), qeyri-yaşayış və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın iddiaçılara çatası hissəsindən gəlini Cavabdeh1 xeyrinə xx.xx.2021-ci il tarixində imtina etdikləri elektron çıxarışın ləğv edilərək onların varislik hüquqlarının yenidən onlara qaytarılması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Cavabdeh2ndə notariat ofisində notarius X3 şahidliyi ilə xx.xx.2020-ci il tarixdə Şəhid olmuş X6ndan irs qalmış (yaşayış(ev,mənzil, otaq), qeyri-yaşayış və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın iddiaçılara çatası hissəsindən gəlini Cavabdeh1 xeyrinə xx.xx.2021-ci il tarixində imtina etdikləri elektron çıxarışın ləğv edilərək onların varislik hüquqlarının yenidən onlara qaytarılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5535/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5535/2022
10.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver