Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5543/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsə payının tam olmaqla müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X2 ölümündən sonra ondan miras qalmış daşınar əmlak "xxxx" minik markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə özünün qanun üzrə vərəsə payının tam olmaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 21.02.2016-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikah münasibətlərindən 05.01.2017-ci il təvəllüdlü X16 anadan olmuşdur. X3 12.10.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bundan sonra Cavabdeh mənzili tərk etmiş, uşaq onun və həyat yoldaşı Maraqlı şəxs2 himayəsində qalmışdır. 26.11.2019-cu il tarixdə uşağı vəkillərin iştirakı ilə cavabdehin dilindən iltizam alınmaqla sağ və salamat ona təhvil vermişlər. X2 ölümündən sonra ondan miras əmlak olaraq daşınar əmlak "xxxx" minik markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qalmışdır. Oğlu Yaşar həmin avtomobili nikahdan öncə, Azərbaycan Lizinq Şirkəti Məhdud Məsuliyətli Cəmiyyəti ilə aralarında bağlanmış, onların, yəni onun və həyat yoldaşının birgə nikah dövründə aldıqları VAZ 07 markalı **-BT- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satışından əldə olunmuş 4500 manat pul vəsaiti hesabına ilkin ödəniş olaraq 4024 manat ödəniş etməklə 14/794 №-li 24.07.2014-cü il tarixli daxili lizinq müqaviləsi əsasında ayda 414 manat olmaqla, 36 ay müddətinə 16 % dərəcəsi ilə kreditə aldığından və ödənişlər ailənin ümumi büdcəsi (yəni onun və həyat yoldaşının pensiyası) hesabına ödənildiyindən Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik və mülkiyyət payından İddiaçı xeyrinə imtina etmişdir. Eyni zamanda onun həyat yoldaşı Maraqlı şəxs2 öz payından İddiaçı xeyrinə imtina etmişdir. Oğlu Yaşarın ölümü ona və həyat yoldaşına çox pis təsir etdiyindən və mənəvi sarsıldıqlarından X3ndan miras qalmış "xxxx" minik markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə İddiaçı vərəsəliyi qəbul etsə də, qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması üçün gec müraciət etmişdir. Daha sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət edərkən Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusu Cəmalləddin Rüstəmov Cavabdeh mərhum oğlundan miras qalmış avtomobilə ½ hissə paya mülkiyyət hüququ olduğundan, ½ hissənin cavabdehə, yerdə qalan ½ hissə paya isə vərəsə paylarının müəyyən edilməsi barədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verəcəyini bildirmişdir. Eyni zamanda Cavabdeh avtomobili birgə nikah dövründə alqı-satqı yolu ilə əldə etməməsinə, vərəsəlik və mülkiyyət hüququndan imtina etməsinə baxmayaraq, ½ hissədə mülkiyyət hüququnu və uşağının payını tələb etdiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Ona görə də o, narazı qalaraq vərəsəlik şəhadətnaməsinin verilməsinin dayandırılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin notariusu X6 03.11.2020-ci il tarixli, 3277 №-li məktubu ilə yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Hazırda mübahisənin məhkəmədənkənar həlli qeyri-mümkündür. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X13 iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ərizə və teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmiş, ona və oğluna düşən miras payının təyin olunmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs2, məhkəmə iclasında ona çatası miras payından iddiaçının xeyrinə imtina etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər 4 saylı Notariat Ofisiin notariusu Cəmalləddin Rüstəmov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamədən görünür ki, 05.04.1973-cü il təvəllüdlü X5 atası İddiaçı, anası Maraqlı şəxs2dır. - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 17.10.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 048357 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12.10.2019-cu il tarixdə yuxarı ətrafın bədxassəli yenitörəməsi nəticəsində Bakı şəhərində ölmüşdür. - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə Eminova Esmira Nazmin qızı arasında 21.02.2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 418 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Abduləzimova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, 05.01.2017-ci il təvəllüdlü X10 atası X12, anası Cavabdehdır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı 07.01.2020-ci il tarixli arayışından görünür ki, X7, X11 və Maraqlı şəxs2 Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 2 saylı evin, 45 saylı mənzilində pasport qeydiyyatındadır. - X12 "xxxx" minik markalı avtomobili əldə etmək məqsədilə Azərbaycan Lizinq Şirkəti MMC ilə 14/794 №-li, 24.07.2014-cü il tarixli X15 bağlamış, lizinq müqaviləsinin ümumi məbləği 18.933 manat kimi müəyyən edilmişdir. - 24.07.2014-cü il tarixli təhvil-təslim aktından aydın olur ki, X12 və Azərbaycan Lizinq Şirkəti MMC sonuncunun mülkiyyətində olan "xxxx" minik markalı avtomobilin təhviltəslimini aparmışlar. - İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, lizinq alan X12 lizinq obyektinin dəyəri olan 14.800 manat pulu illik 16%-lə, 36 ay müddətinə, ayda 414 manat ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 03.11.2020-ci il tarixli, 3277 №-li məktubundan görünür ki, İddiaçı yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində imzalanmış **********729 saylı ərizədən görünür ki, İddiaçı mərhum X3ndan miras qalmış əmlakı qəbul edir. Miras qalmış əmlak: qeydiyyat nişanı **-CZ-*** olan nəqliyyat vasitəsindən ibarətdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində imzalanmış **********545 saylı ərizədən görünür ki, Maraqlı şəxs2 mərhum X3ndan miras qalmış əmlakdan qanunla ona çatası paydan İddiaçı xeyrinə almaqdan imtina etmiş və qəbul etmək niyyəti yoxdur. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində imzalanmış **********724 saylı ərizədən görünür ki, Cavabdeh mərhum əri X4 miras qalmış əmlakdan qanunla ona çatası paydan İddiaçı xeyrinə almaqdan imtina etmiş və qəbul etmək niyyəti yoxdur. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində imzalanmış **********730 saylı ərizədən görünür ki, X16 mərhum atası X4 miras qalmış əmlakı qəbul edir. Miras qalmış əmlak: qeydiyyat nişanı **-CZ-*** olan nəqliyyat vasitəsindən ibarətdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində imzalanmış **********326 saylı ərizədən görünür ki, Cavabdeh mərhum əri X12 ilə birgə nikah dövründə əldə etdikləri əmlakdan ½ hissədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində imzalanmış **********422 saylı ərizədən görünür ki, İddiaçı mərhum X3ndan miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. Məhkəməyə müraciət etdiyinə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini dayandırılmasını xahiş etmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X5 adına 17.08.2017-ci ildə "xxxx" minik markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. - Ödəniş qəbzlərindən görünür ki, 24.07.2014-cü il tarixindən 21.02.2016-cı il tarixinədək İddiaçı adından Azərbaycan Lizinq Şirkəti MMC-nin hesabına 11.623 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının oğlu, miras qoyan - X1 Esmira Nazmin qızı ilə 21.02.2016-cı ildə rəsmi nikaha girmiş, həmin izdivacdan 2017-ci il təvəllüdlü Murad adlı övladları dünyaya gəlmiş, 12.10.2019-cu ildə Yaşar vəfat etmişdir. Yaşar Abduləzimov 24.07.2014-cü il tarixli daxili lizinq müqaviləsi ilə, 3020 manat ilkin ödəniş etməklə, 36 ay müddətinə, 16%-lə (ayda 414 man.), 14.800 manat dəyərində "xxxx" markalı, buraxılış ili 2014-cü il olan avtomobil əldə etmiş, nikahadək 19 ay, nikah vaxtı 17 ay ödəniş etməklə, yekunda 18.933 manat müqabilində 17.08.2017-ci ildə həmin avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almışdır. Maraqlı şəxs2 və Cavabdeh miras əmlakdan qanunla onlara çatası paydan İddiaçı xeyrinə imtina etmişlər. Bununla yanaşı Cavabdeh notariat ofisinə nikah dövründə əldə olunmuş əmlakın ½ hissəsinə mülkiyyət hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə ilə müraciət etmişdir. Miras əmlakının dəyərinin 11.623 (61.4%) manatı miras qoyanın nikahından əvvəl, qalan 38.6% hissəsi isə nikah dövründə ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AR MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasənn mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan Məcəllənin 1159.1-ci və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Bu Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, miras əmlakının 38.6%-i ər-arvadın birgə mülkiyyəti olduğundan, onun yarısı, yəni 19.3%-i (100/19,3 pay) Cavabdeh çatası əmlak hissəsidir. Əmlakın 80.7%-i mirasın kütləsinə daxildir. İddiaçı, Maraqlı şəxs2, X16 miras qoyan- X8 birinci növ vərəsələridir. Onların hər birinə miras əmlakının 20.175%-i çatası paydır. Məhkəmə onlara çatası payından Maraqlı şəxs2 və Cavabdeh İddiaçı xeyrinə imtinalarını nəzərə alaraq hesab edir ki, sonuncunun 60.525% (100/60,525 pay), X10 isə 20.175% (100/20,175 pay) miras payı müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı qanun üzrə vərəsə payı miras əmlakının 60.525% (100/60,525 pay) hissədə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı, miras əmlakı, "xxxx" markalı, 50CZ967 dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində miras payı 100/60,525 (60.525%) hissədə müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5543/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5543/2021
02.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver