Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5548/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin tərtib etdiyi akta əsasən 540 (beş yüz qırx) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı 1992-ci il tarixdən etibarən həyat yoldaşı X1 mülkiyyətindədir. Qeyd etmişdir ki, həyat yoldaşı 2018-ci ildə dünyasını dəyişmişdir. O və ailə üzvləri həmin mənzildə yaşayırlar. Şikayətləri "xxxx" Açıq Səhmdar Cəmiyyətindəndir. Belə ki, onlar daima bütün kommunal aylıq xərclərini vaxtlı-vaxtında ödəmişdirlər. Bu zamana kimi heç bir problemləri olmamışdır. Mənzilin işıq sayğacı kartla işləyir. İyun ayının 16-sı kartda problem olduğundan işıqları sönmüşdür. Kart blok olduğundan aktiv eləmək mümkün olmamışdır. İşıq İdarəsindən isə bildirmişlər ki, problem 1 günə aradan qalxacaqdır. İyun ayının 16-sı işıqsız qalmışlar. Həmin zamanda o, müalicə almaq üçün xəstəxanaya getmişdir. İyun ayının 17-si onun iştirakı olmadan gəlib əraziyə baxıb və guya onun qanunsuz işıq istifadə etməyi barədə qənaətə gələrək getmişlər. Daha sonra "xxxx" ASC-nin nümayəndəsi mənzilə gələrək ondan məlumat alaraq bildirmişdir ki, qanunsuz işıq xəttindən istifadə etmisiniz? O isə bildirmişdir ki, xeyr buyurub baxa bilərsiniz. O heç dünən evdə olmamış və xəstəxanada müalicədə olduğunu nümayəndənin nəzərinə çatdırmışdır. Nümayəndə isə məsələnin idarədə araşdırılacağını bildirmişdir. Əgər qanunsuz işıq xəttindən istifadə etmək aşkar olunsa akt tərtib ediləcəkdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin nümayəndəsi tərtib edilən aktı gətirib mənzilə onlara təqdim etmişdir. Həmçinin bildirmişdir ki, guya onlar 1 gün qeyri-qanuni yollarla işıq istifadə etmişlər və onun əsasında İşıq İdarəsi akt tərtib edərək 540 manat cərimə olunmuşlar. "xxxx" ASC-nin tərtib etdiyi akt və cərimə qanuna ziddir. O heç bir ayrı xəttdən istifadə etməmiş və qeyri-qanuni heç bir hərəkətə yol verməmişdir. Heç bir qanunda göstərilməmişdir ki, vətəndaşın işıq təchizatına görə 1 günə 540 manat cərimə tərtib edilə bilər. Aktı qanunsuz hesab etdiyindən məhkəməyə rəsmi şəkildə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən əsassız hesablanmış borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 20 iyul 2023-cü il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus, mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğac dövriyyədən kənarlaşdırılaraq elektrik verilişi birbaşa qoşulması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”-nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 20 iyul 2023-cü il tarixli, Rİ 303239 saylı akt tərtib edilərək 547.37 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Abonentin hal-hazırda "xxxx" ASC-yə 572.18 manat debitor borcu vardır. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, cəriməni əsassız hesab edir. O ünvanda tək yaşayır. Onun xəbəri olmadan, xəstəxanada olduğu müddətdən sonra evə gələrkən nəzarətçi gəlmiş və bildirmişdir ki, akt tərtib olunmuşdur. Nəzarətçiyə demişdir ki, buyurub baxa bilərlər. O isə baxmış və demişdir ki, hər şey qaydasındadır. Onun xəbəri olmamışdır. İşıqdan isə çox istifadə etmir. Otuz iki ildir ki, həmin ünvanda yaşayır. İndiyə kimi belə bir hal baş verməmişdir. Sayğac blokda olan zaman, bütün vətəndaşların sayğaclarını dəyişmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda sayğaca baxış keçirilmiş, baxış keçirilən zaman sayğacın dövriyyədən kənarlaşdırılması halı aşkar edildiyi üçün 547.37 manat məbləğində cərimə hesablanmışdır. Yalnız akt vardır, video-çəkiliş isə yoxdur. Belə olan halda sayğacın dəyişdirilməsi kimi qeyd edilməli idi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Abunə haqqında saldodan müəyyən edilir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Ev(Bina):0680, mənzil:1129-a enerji sərfiyyatına görə 03 iyul 2015-ci il tarixinə orta sərfiyyat əsasında inteqrasiya dövr borcu, ümumilikdə 454 (dörd yüz əlli dörd) manat 76 (yetmiş altı) qəpik borcu qalmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 303239 nömrəli, 20 iyul 2023-cü il tarixli aktdan görünür ki, EEİQ-na uyğun olaraq mənzilə məxsus olan hesabat sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac dövriyyədən kənarlaşdırılaraq elektrik verlişi birbaşa qoşulmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblər barədə məlumatından görünür ki, 547.37 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvan 1 (abunə kodu: **********01129) ünvanına 20 iyul 2023-cü il tarixdə akt tərtib edilərək 547.37 manat məbləğində cərimə hesablanmışdır.İddiaçı tərəfindən iddia tələbi irəli sürərək, 540 manat akt əsasında hesablanmış borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindənyol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin tərtib etdiyi akta əsasən əsassız hesablanmış 540 (beş yüz qırx) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən tələb edilən 540 manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 (abunə kodu: **********01129) ünvanına əsassız olaraq hesablanmış 540 (beş yüz qırx) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektronməhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5548/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5548/2023
01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver