Məhkəmə qərarları › İş №2(060)-5553/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5553/2024

15.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5553/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ******* saylı xx.xx.2023-cü il tarix akt əsasında "xxxx" ASC tərəfindən iddiaçının ünvanına itirilmiş qazın həcmi üçün hesablanmış 777,60 manat, əvvəlki borca görə hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Corat bağları ərazisi 2195 ünvanda yerləşən torpaq sahəsini xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin ev xx.xx.2023-cü il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. Həmin evi alandan sonra bir müddət evdə təmir işləri aparılmış, köçərkən qaz sayğacına kartı yükləmək istəyəndə sayğaca kartı yükləmək mümkün olmamışdır. Buna görə də iddiaçı qaz idarəsinə müraciət etmişdir və həmin idarədən gəlib sayğac dəyişdirilmişdir. Sayğac dəyşidirilərkən plombu üstündə olmuş, yalnız sayğacın giriş fıltir setkasının dağıldığı qeyd edilmişdir. Sonrada isə sayğac laboratoriyaya göndərilmiş və tərtib edilmiş aktda sayğacın giriş hissəsindəki dəmir süzgənc kənar təsir nəticəsində zədələnib, klapanı sındırılıb, membranı hərəkətə gətirən qolların iş prinsipinə mane tödrədilib, LSD ekranında informasiya əks olunmur kimi qeydlər aparılmışdır. Sonradan sayğacın labaratoriya yoxlanışı sayğacın içərisində baş vermiş nöqsanlara görə iddiaçıya əsassız olaraq cərimə yazılmışdır. Sayğacın plombu üzərində olduğundan iddiaçı heç bir müdaxilə etməmişdir. Sayğaca heç bir müdaxilə etməmişdir. Çünki sayğacın plombu üzərində olmuş və sayğacın zədələnməsi iddiaçının təqsiri səbəbindən yaranmamışdır. Həmin akt iddiaçının ailə üzvülərinin heç birinə təqdim edilməmiş, lakin imza etməkdən imtina edildiyi yazılmışdır. Həmçinin akt evin köhnə sakini X2 adına qeyd edilmiş və əsassız olaraq iddiaşıya 1326 manat cərimə yazılmışdır. Həmin evi mən xx.xx.2023-cü il tarixdə almış, həmin qaz sayğacına yazılmış borcun ona heç bir aidiyyəti yoxdur, əvvəlki mülkiyyətçinin borcunu iddiaçıya hesablamışlar.Bununla bağlı o Cavabdeh İB-nə rəsmi qaydada müraciət etmişdir. Müraciətə cavabda da qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən həmin ünvana 216,00 manat borc hesablanmışdır. Həmin vaxt evin sakini iddiaçı olmamışdır. Hazırda cavabdeh təşkilatla abonet müqaviləsi bağlamaq istəsə də həmin borca görə onunla müqvailə bağlanmır. İddiaçıya bildirilir ki, borc ödənildikdən sonra abonent müqaviləsini onun adına keçirmək mümkün olacaqdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək qeyd olunan ünvanda sayğacın İsmayılov Filmanın adına olduğunu xx.xx.2021ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlara əsasən, sayğaca müdaxilə halı olduğunu və sayğacın istismara yarasız kimi qiymətləndirilərək tərtib olunan rəy əsasında itirilmiş qazın dəyəri hesablandığını bildirdi. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2021-ci ildə D/Y-na gətirilmiş G-4 markalı 1202AQ**********5 №-li sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. - xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, ASQ-nin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 2160 m3 müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacın giriş hissəsindəki dəmir süzgəc kənar təsir nəticəsində zədələndiyi, klapanı sındırıldığı, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədildiyi, LCD ekranında informasiyanın əks olunmadığı müəyyən edilmişdir Elementin dövrüyədən çıxarılmış və element dövrüyəyə qoşulmuşdur. xx.xx.2022-ci il tarixə elektron göstərici 02574 olmuşdur. Daxilində impuls ötürən naqilər kəsilmişdir. Sayğac mənfiyə işləyir və sayğac istismara yararsızdır. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, ASQ-nin maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6480 m3 müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri Corat bağları ərazisi 2195 ünvanda yerləşən torpaq sahəsini X1 almışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri Corat bağları ərazisi 2195 ünvanda yerləşən əmlak xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən- Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda Cavabdeh əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraraq tələb edilir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri Corat bağları ərazisi 2195 ünvanı üzrə (abonent kodu **********00950 olan) akt üzrə hesablanmış cərimə borcu silinməlidir, həmçinin Cavabdeh İB-nə izah edilir ki, Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilərək abonentin təqsiri müəyyən edildiyi halda, abonentə hazırki fakta görə yenidən borc hesablana bilər. Məhkəmə qeyd edir ki, silinməli borc 777,6 manat + 216 manat = 993,6 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri Corat bağları ərazisi 2195 ünvanı üzrə (abonent kodu **********00950 olan) Cavabdeh Sumqayıt Qaz İstehsalat sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanan 216 manat və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanan 777,60 manat cərimə borcu silinsin. İddianın verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar