Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5558/2023 24.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mirası qəbuletmə müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı mirası qəbuletmə müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisinə müraciət edərək oğlu X3 miras qalmış Xızı rayonu, Giləzi qəsəbəsində ümumi mülkiyyətdə olan 0.25 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 304.8 kv.metr daşınmaz əmlak üzərində onun payına münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisi ərizənin təmin olunmasından imtina etmiş və ona ünvanladığı xx.xx.2023-cü il tarixli, 1824 nömrəli məktubunda qeyd etmişdir ki, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisinə mərhum oğulları – X3 (ölüm haqqında şəhadətnamə: AZ-İ 806253; xx.xx.2016, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi; FİN: 52YY2XK; d/t: xx.xx.1989) qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməsinin alınması üçün müraciətə cavab olaraq bildirir ki, mirası qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən 3 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, oğlundan miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin xx.xx.2023-cü il tarixində 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum oğlu X3 miras qalmış Xızı rayonu, Giləzi qəsəbəsində ümumi mülkiyyətdə olan 0.25 ha topraq sahəsi və onun üzərində inşa edilmiş 304.8 kv metr daşınmaz əmlak üzərində onun payına münasibətdə mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, oğlunun özünün mülkiyyətində olmuşdur. O vaxt torpaq alanda ailə üzvlərinin adlarını yazmışdır. 3 oğlu, yoldaşı və özü, yəni digər şəxslər ailəsidir. Torpaq sahəsini ev tikmək üçün almışdır. Oğlu 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı özü xəstədir. Məhkəməyə çətin şəraitdə gəlmişdir. Açıq əməliyyat keçirmişdir. Oğlundan sonra səhhəti pisləşmişdir. Ailə üzvləri arasında isə heç bir mübahisə yoxdur. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhəri “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 mart 2019-cu il tarixli, AZ-İ seriyalı, 992210 nömrəli ölüm haqqında şəhadətnamənin təkrar verilmiş əslindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 07-ci ayının 15-ci günündə 834 nömrə ilə qeyd edilmişdir. Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 59 nömrəli, 04 mart 2019-cu il tarixli arayışdan görünür ki, X7 30 dekabr 1989-cu ildə Şabran Rayon Zarat kəndində anadan olmuşdur. Bu barədə 14 fevral 1990-cı il tarixdə Siyəzən rayon Zarat İN 05 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı, anası isə X2r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı olmaqla Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi növündə daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında hüquq sahibləri İddiaçı, X7, X8, X4, X1 ümumi birgə payda xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirmişlər. Daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 02 avqust 2023-cü il tarixli, 1824 nömrəli İddiaçı ünvanlanmış müraciətə cavabdan görünür ki, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisinə mərhum oğulları – X3 (ölüm haqqında şəhadətnamə: AZ-İ 806253; xx.xx.2016, 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi; FİN: 52YY2XK; d/t: xx.xx.1989) qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməsinin alınması üçün müraciətə cavab olaraq bildirilmişdir ki, mirası qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X7 07 iyul 2016-cı ildə vəfat etmiş, iddiaçı mərhum oğlu X5 vəfatından sonra ondan miras qalmış Xızı rayonu, Giləzi qəsəbəsində ümumi mülkiyyətdə olan 0.25 ha topraq sahəsi və onun üzərində inşa edilmiş 304.8 kv metr daşınmaz əmlakın qəbulu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, imtina məktubu alaraq mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğundan (iddiaçının xəstəliyi, oğlunun ölümündən sonra psixoloji sarsıntılar keçirməsi və sair hallar), ötürülmüş müddət bərpa edilməldir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. İddiaçının məhkəmə iclasında gətirdiyi dəlillər (xəstə olması, oğlunun vəfatından sonra digər hallar) üzürlü hallar hesab edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 miras qalmış Xızı rayonu, Giləzi qəsəbəsində ümumi mülkiyyətdə olan 0.25 ha topraq sahəsi və onun üzərində inşa edilmiş 304.8 kv metr daşınmaz əmlak üzərində miras əmlakın İddiaçı tərəfindən onun payına münasibətdə qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X3 miras qalmış, Xızı rayonu, Giləzi qəsəbəsində ümumi mülkiyyətdə olan 0.25 ha topraq sahəsi və onun üzərində inşa edilmiş 304.8 kv metr daşınmaz əmlaka dair miras əmlakı İddiaçı tərəfindən onun payına münasibətdə qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5558/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5558/2023
24.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver