Məhkəmə qərarları › İş №2(060)-5560/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5560/2022

12.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5560/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstahsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsinə və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus evin qaz hesabat sayğacına görə tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akt qanunsuz və əsassız olduğu üçün etibarsız hesab edilməli, akta əsasən hesablanmış borcun və sayğacın dəyişdirilməsinə görə tələb edilən məbləğin ondan tələb edilməsi qanunsuz hesab edilməli və 3 ilə yaxındır ki, ona dəymiş mənəvi zərər 1500 manat miqdarında ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdeh X2 tərəfindən ona məxsus **********00380 saylı abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı təbii X4nın pozulması haqqında tərtib olunmuş akt əsasında dəymiş zərərə görə 172 manat, sayğacın dəyərinə görə 64.67 manat hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən evə cavabdeh orqanın nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Bildirmək istərdi ki, xx.xx.2019-cu ilin iyul ayında yaşadığı binanın pilləkən meydançasında cavabdeh tərəf olan X2 tərəfindən binanın hər sakini üçün smart kart tipli qaz sayğacları quraşdırılmışdır. Binaya yeni qaz sayğacları quraşdırılması və köhnələrin çıxarılması zamanı aparılan qaynaq işləri ərəfəsində təhlükəsizlik qaydaları kobud şəkildə pozulmuş və partlayış baş vermişdir. Bundan əlavə, cavabdeh qurumun əməkdaşları tərəfindən sayğaclar quraşdırılan zaman köhnə sayğac cihazları çıxarılaraq, quruma məxsus avtomaşına çox səliqəsiz şəkildə yüklənərək aparılmışdır. Bu hala o, və digər bina sakinləri şahid olmuşdur. Qaz partlayışından sonra, hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmasına başlanmış və sayğacların quraşdırılması işi dayandırılmışdır. Sayğacların aparılmasından 3 ay müddət keçdikdən sonra - yəni noyabr ayında cavabdeh qurumun əməkdaşları yenidən yaşadığı binaya gələrək ona və digər mənzil sahiblərinə təbii X4nın pozulmasına dair tərtib edilmiş 29 oktyabr 2019-cu il tarixli aktlar təqdim etmişdir. Cavabdehin tərtib etdiyi sənədlərdən belə çıxır ki, guya o, qaz sayğacına müdaxilə etdiyinə görə 172 manat 80 qəpik məbləğində cərimə olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən onun evinə külli miqdarda borcun hesablanması qeyri-qanuni və əsassızdır. Ona və digər bina sakinlərinə təqdim edilmiş həmin aktlarda qeyd edilmişdir ki, guya köhnə sayğacların müayinəsi zamanı onlarda kənar müdaxilə aşkar edilmişdir. Lakin aktlardan məlum olur ki, aktlar sayğacın plombunun qırılması, qapağının qırılması və sair səbəblərdən tərtib edilmişdir. Nəzərə almaq lazımdır ki, plombun və sayğacın hansısa hissəsinin olmaması sayğaca müdaxilə edildiyini və bu müdaxilənin məhz mənzil sahibi tərəfindən edildiyini sübut etmir. Nəzərə almaq lazımdır ki, aktlarda aşkar olunmuş pozuntular plombun qırılması, qapağın qırılması və sair formada əsaslandırılmışdır. Bu halların hamısı gözlə görünən və müəyyən edilə bilən hallardır. Bu halların müayinə edilməsi və akt tərtib edilməsi üçün lobaratoriya müayinəsinə heç bir ehtiyac belə yox idi. Məlumdur ki, cavabdeh qurumun əməkdaşları hər ay iki dəfə sayğac cihazlarına baxış keçirir. Bu yoxlamalar zamanı cavabdeh tərəf sayğaclara müdaxilənin olmasını dərhal müşahidə edə bilərdi və buna uyğun tədbir görə bilərdi. Lakin, bu günə kimi, cavabdeh tərəfindən sayğacların baxışı və yoxlanışı zamanı bu cür qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Bundan başqa, köhnə sayğac yenisi ilə əvəzlənən zaman da ona vizual baxış keçirilmişdir. Əgər sayğaclarda plombun olmaması halı aşkar edilsə idi, bu ciddi müdaxilə hesab edilməli idi və plombun zədələnməsi və sair durumlarda yerində Akt tərtib edilməli idi. Lakin, bu hallardan heç biri baş verməmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, cavabdeh tərəfindən ona və digər bina sakinlərinə qarşı əsassız şəkildə aktlar tərtib edilmişdir. Bütün bunlardan əlavə bunu da qeyd etmək istərdi ki, özünün 45 illik istehsalat təcrübəsi (elektrik enerjisi sahəsində) vardır və sayğaca müdaxilənin necə olduğunu, nə ilə nəticələndiyini çox gözəl başa düşür. Bütün bunlara görə də hesab edir ki, ona qarşı qaldırılan iddialar tamamilə əsassızdır. Qaz sayğacları mənzillərin daxilində deyil, binanın pilləkən meydançalarında quraşdırılmışdır. Aktlarda qeyd edilən bu məbləğlər şişirdilmişdir və bu məbləğlər ona məxsus mənzilin qaz sərfıyyatının bir neçə illlik dəyərinə bərabərdir. Hesablanan məbləğlərin nəyə əsasən hesablandığı ümumiyyətlə aydın deyildir və izahı verilməmişdir. Bu hal hesablanmanın aparılması zamanı qərəzli davranıldığını sübut edir. Cavabdeh tərəfindən yol verilmiş pozuntulardan biri də aktın tərtib olunması zamanı heç bir hal şahidi iştirak etməməsidir. Hətta cavabdeh hal şahidlərinin iştrakını təmin etməyə maraq belə göstərməmişdir ve bunuda bildirmək istəyir ki, yeni quraşdırılmış sayğac cihazına verilmiş aktda belə qanun pozuntusuna yol verilmişdir ( azərqaz əmıkdaşlari tərəfindən ) yəni aktda istehlakçinin nümayəndəsi əvəzindən imza atmışlar . Bu hal aktın qanuniliyini şübhə altına alır və onun etibarsız hesab edilməsi üçün kifayyətdir. Qeyd edildiyi kimi sayğaclar söküldükdən sonra ona məlum olmayan istiqamətdə aparılmışdır. Ona bildirilir ki, sayğaclar guya laborotoriyada müayinə edilmiş və müayinənin nəticələrinə uyğun akt tərtib edilmişdir. Kobud pozuntulardan biri də aktın yerində və dərhal tərtib edilməməsidir. Bu hal aktın qanuniliyini şübhə altına alır və onun etibarsız hesab edilməsi üçün kifayyətdir. Fərz edilsə ki, sayğaca edilən müdaxilələr gözlə görünən və aşkar edilən deyildi və laborotoriya müayinəsinə ehtiyac vardır, hətta bu halda belə cavabdeh pozuntulara yol vermişdir. Belə ki, mənzil sahiblərinin heç biri laborotoriyaya dəvət edilməmiş, aparılan araşdırmada iştrakları təmin edilməmişdir. Bu isə verilmiş rəyin doğruluğunu və həqiqiliyini şübhə altına alır. Bu formada tərtib edilmiş akt etibarsızdır. Həmçinin sayğac müdaxiləli olsada belə, həmin müdaxilənin məhz o, bina sakinləri tərəflərindən törədildiyi təsdiq edilmir. Cavabdeh orqanın əməkdaşlarının qərəzli olaraq sayğaca müdaxilə edərək, sonradan sayğaca guya onlar sakinlərin müdaxilə etdiyini əsas gətirərək akt yazdıqlarını da ehtimal etmək olar. Belə ki, qeyd edildiyi kimi, cavabdeh orqanın həddindən artıq yüksək məbləğdə borc hesablaması onun qərəzli olmasını təsdiq edir. Qərəzli, qanun pozuntularına yol verilmək ilə tərtib edilmiş və əsaslandırılmamış akt etibarsız hesab edilməli və bu akta əsasən hesablanmış məbləğlər silinməlidir. Bütün bunlarla bağlı o, 2019-cu il 18 noyabr tarixində Dövlət Neft şirkətinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsinə 21 noyabr 2019-cu il tarixində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cavab verilmişdir. Ona verilən cavabda işinin araşdırılacağı və tam araşdırıldıqdan sonra nəticənin bir nüsxəsinin ona bir nüsxəsinin isə “Azəriqaz” İstehsalat Birliyinə verilməsi söylənildi. Bu hadisənin üzərindən 3 il keçməsinə baxmayaraq onun işinə baxılmasına dair heç bir sənəd ona təqdim olunmamışdır. onun işinə hələ də baxılmamış və hesabındakı borc hələ də qalmaqda davam edir. Bütün bu işlərlə bağlı 3 ilə yaxındır ki əsəbi gərginlik yaşayır. Bununla yanaşı əbəs yerə hazırladığı ərizələr, bütün bu ərizələrin yenə də nəticəsiz qalması mənəvi cəhətdən yorğunluğuna səbəb olmuşdur. Buna görə də ona mənəvi zərərin də dəydiyini hesab edir. Həmçinin onun barəsində tərtib edilmiş aktların ona verilən surətlərinin heç birində onun imzası yoxdur və buradakı imzalarla onun imzası ziddiyyət təşkil edir. Aktlar onun tərəfindən deyil, kənar şəxslər tərəfindən imzalanmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh X2 tərəfindən ona məxsus **********00380 saylı abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı təbii X4nın pozulması haqqında tərtib olunmuş akt əsasında dəymiş zərərə görə 172 manat, sayğacın dəyərinə görə 64.67 manat hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli aktda sayğacın baxış zamanı məlum olmuşdur ki, sayğacın plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar olunmamışdır. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə xx.xx.2019-cu il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək xx.xx.2019-cu il tarixli aktla dəyişilmiş qaz sayğacın dəyəri kimi 64,67 manat, akt əsasında 172 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə2 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında 29 yanvar 2018-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında X4na dair müqavilə bağlamışlar. İş materiallarında olan “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən Fizuli Hacızadəyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-2.5 markalı 00203368 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1728 m3 İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, M.İbrahimov və T.Əhmədovun iştirakları ilə tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” № ******* saylı, xx.xx.2019-cu il tarixli “akt”ın surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 128/34, mənzil 38-ə aid sayğac xx.xx.2019-cu il tarixdə Dövlət Yoxlamasına gətirilmiş Metrologiya Departamentinin rəyinə görə G-2.5 markalı ********* nömrəli məişət qaz sayğacın plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Azəriqaz” İB-nin 25 oktyabr 2019-cu il tarixli MSK 29/1710- 02225-2 saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********30991710X02225 saylı, 31 iyul 2019-cu il tarixli məktubuna əsasən 20 avqust 2019-cu il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına gətirilmiş əhalinin mexanika tipli qaz sayğaclarına Metrologiya Departamenti tərəfindən G-2.5 markalı ********* nömrəli məişət qaz sayğacın plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar olunmuşdur. “X4"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 172 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Bundan əlavə “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən Fizuli Hacızadəyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-2.5 markalı 00203368 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, sayğacın dəyəri kimi iddiaçının ünvanına hesablanmış 64,67 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X4”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 34/128, mənzil 38-ə (**********00380 saylı abonent kodu) müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 172 (bir yüz yetmiş iki) manat məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 34/128, mənzil 38-ə (**********00380 saylı abonent kodu) müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 172 (bir yüz yetmiş iki) manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar