Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5565/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X3 Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X7 Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi”nədair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 cavabdeh Qara Qarayev adına 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Vüqar Hacıyevin tarixi nömrəli əmri ilə Qara Qarayev adına 1 saylı Uşaq Musiqi Məktəbinin fortopiano müəllimi vəzifəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 7*ci maddəsində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. 2*24-2*25-ci tədris ilinin əvvəlində direktor əvəzi Gülnar Babayevanın hazırladığı Attestasiyası və Sertifikasiyası ilə bağlı məlumat vərəqəsini imzalamamış, eyni zamanda ona rəsmi xəbərdarlıq edilməmiş və SİMA tətbiqində my culture.gov domenində reqstrasiya olunmamışdır. 13 mart 2*25-ci il və 19 mart 2*25-ci il tarixlərində Qara Qarayev adına Uşaq Musiqi Məktəbində işçilər Attestasiyaya çağırış üçün sms və digər tətbiqlər vasitəsilə bildirişlər gəlsə də, ona heç bir məlumat verilməmişdir. 12 may 2*25-ci il tarixdə iştirakla bağlı bildiriş gəlsə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən (XV 1**52*25593) attestasiyada üzürlü olaraq iştirak edə bilməmişdir. *4.*6.2*25-ci il tarixində bildiriş alsa da, Nazirlər Kabinetinin qərarına əsasən bir dəfə iştirak etməmək hüququndan istifadə edərək iştirakdan imtina etmişdir (forma 27 təqdim etmişdir). 13 iyun 2*25-ci ildə 81 №-li əmrdə göstərilir ki, 27 may tarixində növbəti attestasiya iclasına dəvət olunub, əslində həmin tarixə heç bir rəsmi məlumat verilməmişdir. İddiaçı ona verilmiş 81 №-li 1* may 2*25-ci il tarixli intizam tənbeli əsassızdır. Əmrin sonunda direktorun adının yazılmaması ƏM 82-ci maddəsinin birinci hissəsinə ziddir. 23 iyun 2*25-ci il tarixində növbəti attestasiya imtahanında xəstəlik vərəqi olduğu üçün eyni zamanda 23.*6.2*25-ci il tarixində işdə iştirak etməmişdir (XV 23*62*25981). 24.*6.2*25-ci il tarixində rəsmi bildirişlə sinif jurnalının məktəb rəhbərliyinə təqdim edilməməsi ilə bağlı izahat vermək üçün vatsap tətbiqi vasitəsilə məktəbə dəvət olunmuşdur. Əmək qabiliyyətini müvəqqəti itirdiyini, eyni zamanda göndərilən bildirişin rəsmi göndərilmədiyini və 24.*5.2*25-ci il tarix ilə göndərilməsinə etiraz edərək iclasa getməmişdir. 3*.*6.2*25-ci il tarixində iş vaxtında işdə olmuş və ona heç bir rəsmi məlumat verilməmişdir. *1.*7.2*25-ci il tarixində məktəb həmkarlar təşkilatının sədri Famil Həsənov vatsap üzərindən onun şəxsi istifadəsində olan nömrəyə bildiriş yazaraq *2.*7.2*25-ci il tarixli, 14:**-da olan iclasda onun ƏM 7* ç maddəsi ilə işdən çıxarılmasına baxılacağını və iştirak etməsinin heç nəyi dəyişməyəcəyini bildirmişdir. *2.*7.2*25-ci il saat 14:** tarixli iclasa getmiş və iclasda iştirak edərək səs qeydi apardığını elan etmiş, eyni zamanda hər hansı bir təxribatın olunmaması üçün öncədən polisə müraciət etdiyini bildirmişdir. İclasın göndərildiyini, iştirak edənlərin kimliyini və rəyasət heyətinin üzvlərinin kimlərdən ibarət olduğunu tələb etsə də, Famil Həsənov direktorun razılığı ilə iclasın onsuz da qərarında israrlı olduqlarını bildirmişdir. Rəyasət heyətin sayarkən 4 nəfərin olduğunu (onlardan 3-ü inzibati vəzifə daşıyır) bildirdi. Buna haqlı etirazını bildirsə də qeyd etdi ki, beşinci adam digər inzibati vəzifə tutan İradə Bədəlovanı siyahıya əlavə edəcəkdir. Qanunsuzluğuna etiraz etdikdə dedi ki, 4 nəfərin birini çıxaracaq, sonunda da 4 nəfərin iştirakı ilə qərar verilməsini və protokolu təqdim etməyi xahiş etsə də dedi ki, iclas pozulmuş və o gedəndən sonra iclas keçiriləcəkdir. Daha sonra təxribata əl ataraq polis çağırılmış və iclas pozulmuşdur. Təqribən saat 17:25 radələrində məktəbi tərk etmiş və həyəcanla çoxlu dərman tabletkaları qəbul edərək özünə qəsd və alçaldıcı münasibətə etiraz etmişdir. Ardınca məlum olmuşdur ki, huşunu itirmiş, yazdan adamları vasitəsilə dəvət olunan təcili tibbi yardım həkimləri Sumqayıt təcili tibbi yardım xəstəxanasına yerləşdirdilər. *2.*7.2*25-ci il tarixdə məktəbdə iclasla əlaqədar olaraq dayandığı zaman ona iclasdan çıxmış İradə Bədəlova attestasiya imtahanında (*3.*7.2*25, 1*:2*) iştirak üçün bildiriş təqdim etmişdir. Xəstəxanada olarkən ona SİMA tətbiqi vasitəsilə bildiriş gəlmiş və onunla bağlanmış əmək müqaviləsinə *3.*7.2*25 12:*2 tarixində xitam verildiyi bildirilmişdir. Hansı ki, o, poçt vasitəsi ilə təcili xəbarnaməli teleqram ilə onunla bağlanmış əmək müqaviləsinə xitam olunmasının səbəbini soruşsa da ona bildirilmişdir ki, *2.*7.2*25-ci il tarixli iclasdan sonra onlara bildiriş vermədən, dəvət etmədən yeni iclasa çağıraraq (zaman baxımından mümkünsüzdür) protokol edilmiş və onun barəsində xitam verilməsinə razılıq ifadə olunmuşdur. Göstərilənlərə əsasən, cavabdehin *3.*7.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbini müdafi edərək, bildirmişdir ki, çalışdığı müddətdə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə rəhbərliyin qanundan kənar tələblərinə də boyun əyməmişdir. 2*22-ci il tarixdən kollektivə rəhbər təyin olunan Hacıyev Vüqar fəaliyyətinin ilk günündən qanunsuzluqla məşğul olmuşdur. Belə ki, müəllimlər arasında dərs bölgüsünü edərkən peşəkarlıq, sosial kriteriyalara və s. arxa planda qalmış, şəxsi münasibətlər ön plana keçmişdir. Əmək müqaviləsi bağlamadan, işçilərlə fəaliyyət dairəsi müəyyənləşdirilmədən kor təbii şəkildə idarə olunan məktəbin sürücüsüz hərəkət edən avtomobil kimi qəzaya uğraması labüddür. Bunun nəticəsində bir ildən sonra məktəbdə kompleks yoxlama aparılmış və Hacıyev Vüqar layiqincə cəzalandırılmışdır. Mədəniyyət Nazirliyinin müşaviri Valehov Cəsarət çıxışı zamanı bildirmişdir ki, bu sadəcə dataları müəyyən etmək məqsədi daşıyır. Onun işdən çıxarılması isə Azərbaycan Respublikasının Prezidentinin sosial siyasəti ziddiyət təşkil edir. Sinif jurnallarının olmaması onun yox, Mədəniyyət Nazirliyinin problemidir. Attestasiyada iştirak etməməyi qanuni əsaslarla tənzimlənmişdir. İzahat yazmamağı xəstəlik tarixçəsinin olmaması ilə əlaqədardır. Hacıyev Vüqar xəstəxanada ola-ola onu işdən azad etmişdir. İş günü başa çatmadan, izahat almadan, yazılmamış protokol ilə onun işinə xitam vermişdir. Həmçinin tədris prosesinin pozulması ilə əlaqədar olaraq tərtib olunan aktlarda texniki işçilərin, yəni xadimələrin olması nə dərəcədə doğrudur. Ümumiyyətlə tədris prosesinin pozulması anlayışı nə deməkdir. Bu o zaman olur ki, müəllim məktəbdə olmur və şagir boş qalır. Valideyn iştirak edir və akt tərtibində tərəf kimi iştirak edir. Bunların heç biri baş verməmişsə, tədris prosesinin pozulması anlayışından söhbət gedə bilməz. Onunla bağlı tərtib edilmiş aktların çoxu əmək müqaviləsinə xitam verilməsindən 6 ay əvvələ yox, daha öncəki tarixlərə aid olduğundan bu aktların heç biri aktiv deyil və aidiyyatı yoxdur. Aktların bəziləri natamam, yəni imzasız olmuşdur. İmza atanlar isə texniki heyətin işçiləri olmuşdur. Dərs jurnalları gələnə kimi müəllimlər dəftər formasında qeydiyyat aparmışdır. Oktyabr, noyabr aylarında onlara jurnal verilməli olan zaman, cədvəlləri jurnala yazırdılar. 2 ildir ki, məktəbə Nazirlik jurnal göndərmir. Məktəbin müəllimləri köhnə jurnalların vərəqlərinin surətini çıxardaraq jurnal tutmuşlar. Lakin o, həmin formada jurnal tutmamışdır. Tələb edir ki, jurnal ona verilməlidir. Öncələr həmin jurnalları müəllimələrə üç manatdan satırdılar. Müraciət etdikdən sonra 2 il müddətində ödənişsiz jurnal göndərmişlər. Lakin sonradan yenidən dayandırılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirmişdir ki, cavabdeh təşkilat Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki qurumdur. Nazirliyin nəzarəti altında fəaliyyət göstərir. İşdən çıxmamışdan öncə may ayında sonuncu xəbərdarlıq, şiddətli töhmət almışdır. Bu da attestasiyada iştirak ilə bağlı olmuşdur. Bu ilin əvvəlindən Nazirliyin tabeliyində olan bütün məktəblərdə işçilərin attestasiyası aparılmışdır. Bu da bir neçə mərhələdə aparılmışdır. Xanım dörd dəfə dəvət olunmuşdur. Hətta yazılı bildiriş də göndərilmişdir. İddiaçı myculture.gov vasitəsi ilə də bildirişi almaqdan imtina etmiş, qeydiyyatdan keçməmişdir. İşçilər attestasiyadan yayınmaq üçün özəl müəssilərdən şəhadətnamələr almışlar. İşçi də attestasiyada üzrsüz səbəbən iştirak etmədiyi üçün ona töhmət verilmişdir. Onu da mübahisələndirməmişdir. İşçi sinif jurnallarını və dərs planlarını təqdim etməmişdir. İki işçidə belə problem aşkarlanmış və onlar da işdən çıxarılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin direktoru X5 ilə İddiaçı arasında bağlanılmış *5 yanvar 2*17-ci il tarixli əmək müqaviləsinə (müddətsiz) əsasən İddiaçı Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir.
7. İş materiallarında olan Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin 12.*5.2*25-ci il tarixli, 83 nömrəli əmrindən görünür ki, Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçıyə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin verilməsi əmr edilmişdir.
8. Həmin əmrdən görünür ki, İddiaçı “SİMA imza” proqramında və “my.culture.az” saytında qeydiyyatdan keçməkdən imtina etdiyi üçün 13.*3.2*25-ci il tarixinı təyin olunmuş attestasiya komissiyasının iclasına gəlməsi ilə bağlı sms bildiriş almamışdır və 13.*3.2*25ci il tarixinə təyin olunmuş attestasiya komissiyasının iclasına gəlməli olduğu halda, attestasiyada iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə attestasiya komissiyasına və Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinə məlumat verməmişdir. Attestasiya komissiyasının 13.*3.2*25-ci il tarixinə təyin olunmuş iclasına gəlmədiyi nəzərə alınaraq, İddiaçı tutulmuş qrafik əsasında 12.*5.2*25-ci il tarixində, saat 14:**-a təyin edilmiş attestasiya komissiyasının iclasına dəvət edilsə də, attestasiya komissiyasının iclasına təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə attestasiya komissiyasına və Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinə məlumat verməmişdir. Attestasiya komissiyasının iclaslarına gəlməməsinin səbəbləri barədə yazılı izahat verilməsi üçün İddiaçı təklif edilsə də, o bundan imtina etmişdir. Beləliklə, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1*-cu maddəsinin “b” bəndinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2*22-ci il 19 aprel tarixli 113-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin X8”nın 2.2.5-ci yarımbəndinə və onunla bağlanmış əmək müqaviləsinə əsasən əmək intizamına və müəssisəX8na əməl etməli olduğu halda, 13.*3.2*25-ci il tarixli və 12.*5.2*25-ci il tarixinə saat 14:**-a təyin olunmuş attestasiya komissiyasının iclaslarında üzrsüz səbəblərdən iştirak etməmişdir.
9. İş materiallarında olan Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbinin fortepiano şöbəsinin müdiri Əliyeva Esmira, ümumi fənlər şöbəsinin müdiri Bədəlova İradə, xalq çalğı alətləri şöbəsinin müdiri Həsənov Famil tərəfindən tərtib olunmuş 29.*5.2*25-ci il tarixli aktdan görünür ki, 27.*5.2*25-ci il tarixində keçiriləcək attestasiya ilə bağlı sms bildirişi məktəbin Ümumi fənn şöbəsinin müdiri X6 məxsus (*51) 96* 58 83 nömrəli “Whatsap” hesabından müəllim İddiaçı məxsus (*55) 618 *3 59 nömrəli “Whatsap” hesabına göndərilmişdir. İddiaçı buna cavab olaraq özünün Mədəniyyət Nazirliyinə imtahana gəlməyəcəyi ilə bağlı məlumat verdiyini bildirmişdir. 1*. İş materiallarında olan Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Vüqar Hacıyev, şöbə müdiri Bədəlova İradə, xor şöbəsinin müdiri Gülnar Babayeva tərəfindən tərtib olunmuş *6.*6.2*24-cü il tarixli aktdan görünür ki, *6.*6.2*24-cü il tarixində F-no şöbəsinin müəllimi İddiaçı yoxlama zamanı öz dərs otağında olmamışdır.
11. İş materiallarında olan Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbinin fortepiano şöbəsinin müdiri Əliyeva Esmira, ümumi fənlər şöbəsinin müdiri Bədəlova İradə, xalq çalğı alətləri şöbəsinin müdiri Həsənov Famil tərəfindən tərtib olunmuş 13.*6.2*25-ci il tarixli aktdan görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 2*25-ci ilin iyun ayının 4-ü tarixində saat 11:4*-da Bakı Xoreoqrafiya Akademiyasının binasında keçirilən attestasiyada iştirak etməməsi ilə bağlı 2*25-ci il iyun ayının 13-ü tarixində saat 13:**-dək məktəbə gələrək izahat verməsi üçün dəvət olunsa da, İddiaçı göstərilən vaxtda məktəbə gəlməmişdir.
12. İş materiallarında olan fortepiano şöbəsinin müdiri Əliyeva Esmira, ümumi fənlər şöbəsinin müdiri Bədəlova İradə, X.Ç.A. şöbəsinin müdiri Həsənov Famil tərəfindən tərtib olunmuş 23.*6.2*25-ci il tarixli aktdan görünür ki, müəllim İddiaçı üzürsüz səbəbdən 23.*6.2*25-ci il tarixdə işdə olmamışdır.
13. İş materiallarında olan Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbinin fortepiano şöbəsinin müdiri Əliyeva Esmira, ümumi fənlər şöbəsinin müdiri Bədəlova İradə, xalq çalğı alətləri şöbəsinin müdiri Həsənov Famil tərəfindən tərtib olunmuş 25.*6.2*25-ci il tarixli aktdan görünür ki, İddiaçı 25.*6.2*25-ci il tarixində, saat 11:**-da sinif jurnalını təhvil vermək üçün məktəbə dəvət olunmuşdur, lakin İddiaçı məktəbə gəlməmişdir.
14. İş materiallarında olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin ilk X2 ünvanlanmış *1 iyul 2*25-ci il tarixli, 11 nömrəli müraciətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə münasibət bildirilməsi xahiş edilmişdir.
15. İş materiallarında olan Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin ilk X1 *2.*7.2*25-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məktubda qeyd olunan məsəilə ilə bağlı məktəbdə çalışan həmkarlar ittifaqı üzvü olnlar arasında iclas keçirilmiş və iclasda əldə olunan qərara əsasən Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini etiraz edilmədiyi bildirilmişdir.
16. İş materiallarında olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin *3.*7.2*25-ci il tarixli, 113 nömrəli əmrindən görünür ki, Sumqayıt şəhər, Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 2*25-ci il iyul ayının 3-dən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
17. Həmin əmrdən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının *8.11.2*18-ci il tarixli 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi”nin 6.5-ci bəndinə əsasən müəllimlər attestasiyadan keçirilə bilər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2**1-ci ili 23 may tarixli 97 nömrəli qərarına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının *8.11.2*18-ci il tarixli 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi”nin 6.5-ci bəndinə uyğun olaraq məktəb direktoru tərəfindən attestasiyanın keçirilməsi haqqında əmr verilmişdir. Attestasiyanın keçirilməsi ilə bağlı İddiaçı 12.*5.2*25-ci il tarixində saat 14:**-a təyin olunmuş attestasiya komissiyasının iclasına dəvət edilməsi barədə bildiriş göndərilmişdir. Lakin İddiaçı Attestasiya komissiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə attestasiya komissiyasına və Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinə məlumat verməmişdir. Daha sonra Attestasiyanın keçirilməsi ilə bağlı İddiaçı 27.*5.2*25-ci il tarixində saat 17:5*-ə təyin olunmuş attestasiya komissiyasının iclasına dəvət edilməsi barədə bildiriş göndərilmişdir. Beləliklə, İddiaçı Attestasiya komissiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə attestasiya komissiyasına və Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinə məlumat verməmişdir. Attestasiya komissiyasının iclaslarına gəlməməsinin səbəbləri barədə yazılı izahat verilməsi İddiaçı təklif edilsə də, o, bundan imtina etmişdir. Bundan əlavə, attestasiyanın keçirilməsi ilə bağlı yenidən İddiaçı *3.*7.2*25-ci il tarixində saat 1*:2*-ə təyin olunmuş attestasiya komissiyasının iclasına dəvət edilməsi barədə bildiriş göndərilmişdir. Lakin İddiaçı Attestasiya komissiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə attestasiya komissiyasına və Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinə məlumat verməmişdir. Beləliklə, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1*cu maddəsinin, “b” bəndinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2*22-ci il 19 aprel tarixli 113-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin X8”nın 2.5.2-ci yarımbəndinə və onunla bağlanmış əmək müqaviləsinə əsasən əmək intizamına və müəssisəX8na əml etməli olduğu halda, 12.*5.2*25-ci il, 27.*5.2*25-ci il, *4.*6.2*25-ci il və *3.*7.2*25-ci il tarixinə təyin olunmuş attestasiya komissiyasının iclaslarında üzrsüz səbəblərdən iştirak etməmişdir. Qeyd olunanları, habelə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1*-cu maddəsinin “b” bəndi ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” və yuxarıda qeyd olunmuş hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməyərək attestasiya komissiyasının iclasında üzrsüz səbəblərlə iştirak etməməklə əmək intizamını pozduğunun nəzərə alaraq, cari ilin may ayında İddiaçı barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi elan edilib. İddiaçı sinif jurnallarını gündəlik dərs planlarını hər ay təqdim etməli olduğu halda təqdim etməmişdir. Təqdim etmədikləri aylar aktlaşdırılmışdır. Humanizm prinsiplərinə əsaslanaraq, tədris ilinin sonunda yenidən sinif jurnalını, gündəlik dərs planlarını təqdim etməsi bildirilmiş, lakin heç bir cavab alınmamışdır.
18. İş materiallarında olan TQS № *27 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı *3.*7.2*25-ci il tarixdə “dərman zəhərlənməsi” ilə əlaqədar həkimə müraciət etmişdir. 19 İş materiallarında olan 21.*7.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-*1295 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 5* manat mediasiya xərci və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 2*. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləmiş və işəgötürənin *3.*7.2*25-ci il tarixli, 113 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır.
22. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
24. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisəX8nı pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
25. Əmək Məcəlləsinin 1*-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisəX8na əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
27. Həmin Məcəllənin 1*-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisəX8na əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.
28. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 3*. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
32. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
33. Eyni Məcəllənin 8*-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 7*-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.
34. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının:
35. 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır;
36. 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır;
37. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil;
38. 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır;
39. 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 4*. 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir;
41. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
42. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsində təhsilverənlər qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər.
43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1*-cu maddəsinin, “b” bəndinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2*22-ci il 19 aprel tarixli 113-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin X8”nın 2.5.2-ci yarımbəndinə və onunla bağlanmış əmək müqaviləsinə əsasən əmək intizamına və müəssisəX8na əməl etməli olduğu halda, 12.*5.2*25-ci il, 27.*5.2*25-ci il, *4.*6.2*25-ci il və *3.*7.2*25-ci il tarixinə təyin olunmuş attestasiya komissiyasının iclaslarında iştirak etməmişdir.
44. Göründüyü kimi iddiaçı attestasiya komissiyasının iclaslarında dəfələrlə üzrsüz səbəbdən iştirak etməmişdir. Attestasiya tədris prosesinin keyfiyyətinə nəzarət məqsədi daşıdığından, işçinin bu iclaslarda iştirakı onun vəzifə öhdəliklərindən biridir.
45. İddiaçı qeyd olunan tarixlərdə iclaslarda iştirak etməməklə əmək vəzifələrini pozmuşdur.
46. İddiaçı X7 *3.*7.2*25-ci il tarixə təyin olunmuş attestasiya komissiyasının iclasında iştirak etməməsinin əsası kimi məhkəməyə *3.*7.2*25-ci il tarixli ambulator kitabçadan çıxarış təqdim etmişdir.
47. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı işdən azad edilərkən xəstəlik səbəbindən iştirak etmədiyini təsdiqləyən hər hansı tibbi sənədi və ya məlumatı işəgötürənə təqdim etməmiş, bu barədə əvvəlcədən xəbərdarlıq etməmişdir. Tibbi arayışın yalnız məhkəmə mərhələsində təqdim olunması, həmin sənədin işəgötürən üçün hüquqi nəticə doğurmaması ilə yanaşı, işçinin öz üzərinə düşən məlumatvermə və əmək intizamına riayət öhdəliyini də pozduğunu göstərir.
48. Bundan başqa, İddiaçı sinif jurnallarını gündəlik dərs planlarını hər ay təqdim etməli olduğu halda təqdim etməmişdir.
49. Bununla əlaqədar məhkəmə qeyd edir ki, sinif jurnalı məktəbdə təhsil prosesinin hüquqi və pedaqoji əsas sənədi olub, dərslərdə şagirdlərin davamiyyəti, qiymətləndirilməsi və tədris proqramının icrasını əks etdirir. 5*. Məhkəmə qeyd edir ki, iddiaçı X3 jurnal təqdim etməməsi təhsil prosesinin təşkili və hesabatlılığında ciddi pozuntu yaratmış, məktəbin sənədləşmə fəaliyyətini və nəzarət imkanlarını məhdudlaşdırmışdır. Bu hal əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
51. Göründüyü kimi iddiaçı X7 attestasiya komissiyasının iclaslarında üzrsüz səbəbdən iştirak etməməklə əmək intizamını pozmuşdur. Bununla əlaqədar iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan başqa, İddiaçı sinif jurnallarını gündəlik dərs planlarını hər ay təqdim etməli olduğu halda, təqdim etməmişdir. Təqdim etmədikləri aylar aktlaşdırılmışdır.
52. Beləliklə, iddiaçının əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddənin «ç» bəndində göstərilən halların olması məhkəmə baxışı zamanı tədqiq olunan cavabdeh tərəfin təqdim etdiyi sənədlər ilə də öz təsdiqini tapmışdır.
53. Məhkəmə iddiaçının “6* və daha yuxarı yaşda olan şəxslərin attestasiyada iştirakının könüllü olması” ilə bağlı izahatına münasibətdə qeyd edir ki, bu arqument hüquqi əsasdan məhrumdur. Belə ki, qüvvədə olan normativ hüquqi aktlarda 6* yaşdan yuxarı işçilərin attestasiyada iştirakından azad edilməsi və ya onların attestasiyada iştirakının könüllü olması barədə istisna müəyyən edilməmişdir. Əksinə, attestasiyanın keçirilməsi müvafiq sahədə kadrların bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədinə xidmət edir və bütün işçilərə eyni qaydada tətbiq edilir. Bu səbəbdən, iddiaçının yaş amili ilə bağlı göstərdiyi əsaslar iddianın təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz.
54. Həmçinin, məhkəmə qeyd edir ki, əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2*11-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir.
55. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa, işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan suiistifadə etməsinə şərait yaratmamalıdır.
56. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi *3.*7.2*25-ci il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.
57. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 2.*** manat tutulması hissəsi üzrə qeyd edir ki, tələb digər ilkin tələblərlə (əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı və s. tələbi) bağlı olduğundan və onun hüquqi nəticəsini daşımalı olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz.
58. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li *3 noyabr 2**8-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
59. Həmçinin, Ali Məhkəmənin Plenumu yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 6*. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X3 Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddiası təmin edilməməlidir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
66. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı X3 Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva