Məhkəmə qərarları › İş №2(060)-5599/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5599/2022

12.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5599/2022 12.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «yenidən elektrik enerjisi ilə təchiz olunma» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «yenidən elektrik enerjisi ilə təchiz olunma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Sumqayıt şəhəri, Stansiya Sumqayıt Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən, tikintisi 1990-ci il olan 2 Saylı Maye-Qaz doldurma məntəqəsinin (tikili sahəsi 78.8 kv.m və 583 kv.m torpaq sahəsi) vaxtilə mövcud olmuş, mövcud gücə malik 3 fazlı elektrik enerjisi ilə yenidən təchizatının və köhnə abonet kodunun iddiaçının adına keçirilməsini cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı yaşayış ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2an Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi tərəflərin ünvanı Bakı şəhəri olmaqla, iddiaçı tərəfindən aidiyyat qaydaları pozulmaqa Sumqayıt Şəhər Məhkəməsinə müaraciət edilmişdir. MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 36, 152-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «yenidən elektrik enerjisi ilə təchiz olunma» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar