Məhkəmə qərarları › İş №2(060)-56/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-56/2024

16.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-56/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mühafizə zonasında inşa olunmuş qeyriqanuni tikintinin sökülməsi tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" ASC) dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 50-ci məhəllədən keçən "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 10-11 saylı dayaqlararası aşırımının kənar məftillərindən 14 metr məsafədə xəttin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən qeyri-qanuni tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən heç bir qanuni sənəd olmadan özbaşına "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 10- 11 saylı dayaqlararası aşırımının tam altında, xəttin mühafizə zonasinda (14 metr məsafədə) qeyri-qanuni ev tikmək məqsədilə tikinti işləri aparılmışdır. Sumqayıt şəhəri və şəhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik veriliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zolağının pozulması, onların altında yaşayış binalarının tikilməsi halları aiddir. Bütün bunlar xətlərin istismarını və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması zamanı bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. Cavabdeh Sumqayıt şəhəri 50-ci məhəllədən keçən 110 kV-luq Görədil HX- nin 10-11 saylı dayaqlararası aşırımının tam altında xəttin mühafizə zonasında (14 metr) qeyri-qanuni tikinti işləri aparmışdır. xx.xx.2022-ci il tarixində tərəflərindən həmin əraziyə baxış keçirilərkən tikinti işlərinin dayandırılması barədə şifahi xəbərdarlıq edilməklə bərabər, yazılı xəbərdarlıq və akt tərtib edilmişdir (21 saylı, xx.xx.2022 il tarixli akt və xəbərdarlıq), akt tərtib edilən zaman həmin şəxs adını bildirməkdən və imza atmaqdan imtina etmişdir. Lakin buna baxmayaraq, vətəndaş tikinti işlərini davam etdirmişdir.Azərbaycan Respublikası Prezidentinin Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2014-cü il 24 noyabr 375 nömrəli Fərmanının 4.2-ci bəndində Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Fərmanın tələbinə uyğun olaraq, tərəflərindən AR FHN Tikintidə X4 Agentliyinə 16/01-20/525№-li, Sumqayıt ŞİH-nə 16/01-20/526 №-li, Sumqayıt şəhər Polis İdarəsinə 16/01-20/529 №-li, Sumqayıt şəhər Bələdiyyəsinə 16/01-20/527 Nə-li, Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsinə 16/01-20/528 №-li xx.xx.2022-ci il tarixli məktublarla müraciətlər edilmişdir. Cavabdeh Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 322 saylı və Sumqayıt şəhər İH-nin xx.xx.2022-ci il tarixli, 1036 saylı məktubları ilə qeyri-qanuni tikintinin dayandırılması barədə xəbərdarlıq edilmiş, həmçinin xx.xx.2022-ci il tarixli, 215 saylı məktubla AR FHN-nin Tikintidə X4 Agentliyinə məktublarla müraciət etdikləri bildirilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli 329- 5202-1222 saylı məktubla 04 iyul 2022-ci tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar göndərilmişdir. Qərarda qeyd edilən torpaq sahəsinin xəttin mühafizə zonasında (kənar məftillərdən 14 m məsafədə) deyil, 20 metr məsafədə olması qeyd edilmişdir."xxxx" MMC tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” xx.xx.2022-ci il tarixli 16/01-20/870 saylı məktubla Sumqayıt şəhər Prokuroruna ərizə ilə müraciət olunmuşdur. Sumqayıt ŞPİ-nin 5- ci Polis bölməsinin tədqiqatçısı, polis kapitanı X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qərarın ləğv edilməsi xahiş edilmişdir.Lakin bütün bu müraciətlərə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Məsələnin hüquqi müstəvidə həll edilməsi üçün məhkəməyə müraciət etmək zəruriyyətindədirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: 20 iyun 2022-ci il tarixli aktdan görünür ki, 110 kv.metr Görədil HX, 10-11 saylı dayaqlararası hissəsində xəttin mühafizə zonasında tikinti işləri aparan, adını deməkdən imtina edən vətəndaş tərəfindən yüksək gərginlikli elektrik verilişi hava xəttinin mühafizə zonasında qeyri-qanuni tikinti işləri aparmışdır. Vətəndaşa EVHX mühafizə zonasında qeyri-qanuni tikinti işləri apardığı barədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarın tələblərini pozmasına görə cinayət məsulliyəti yaradır. Vətəndaş Cavabdeh AR Cinayət Məcəlləsinin 222-2 maddəsinə müvafiq icazə alınmadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparmağa görə əməlində cinayət tərkibini yaradır, müvafiq orqanlar tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Eyni zamanda AR Mülki Məcəlləsinin 180.4 maddəsinin tələbinə uyğun olaraq tikilmiş bina və qurğular müvafiq İcra Hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə bilər. Eyni zamanda tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması barədə vətəndaş Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubunun surətindən görünür ki, Sumqayıt şəhəri 50-ci məhəllədə yerləşən yarımtikili evin, mənzilin sakini- adını bildirməkdən imtina edən vətəndaş "xxxx" ASC-nin "xxxx" MMC-nin işçiləri tərəfindən xəbərdarlıq edilmişdir ki, inşa etdiyi tikili (yarımtikili) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarına əsasən yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasına düşdüyü üçün qanunsuzdur. Qanunsuz zəbt edilmiş ərazi qısa müddətdə boşaldılmalıdır.Əks təqdirdə barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli qərarın tələblərini pozmasına görə cinayət məsulliyəti yaradır. Vətəndaş Cinayət Məcəlləsinin 222-2 maddəsinə müvafiq icazə alınmadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri apatmağa görə əməlində cinayət tərkibini yaradır. Müvafiq orqanlar tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən "xxxx" ASC "xxxx" MMC-nə ünvanlanan müraciətə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə müraciətdə qeyd olunmuş ərazidə vətəndaş Cavabdeh tərəfindən şəhərin 50-ci məhəlləsi ərazisində özbaşına, heç bir icazəverici sənədlər olmadan qeyri-qanuni olaraq fərdi yaşayış evlərinin tikintisinin aparılması barədə Supnqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 67 nömrəli, 20 fevarl 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə, o cümlədən 232, 233, 234 nömrəli, 24 iyul 2020-ci il tarixli məktublarla Sumqayıt şəhər Polis idarəsinə, Sumqayıt Bələdiyyəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və 93 nömrəli, 24 fevral 2021-ci il tarixli məktubla Sumqayıt Bələdiyyəsinə yazılı məlumatlar göndərilmişdir. Cavabdeh qohumu Abid adlı şəxs tərəfindən tam sənədləşdirmə işləri aparılmadan qeyri-qanuni tikinti işləri barədə öz səlahiyyətləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 215 nömrəli, 23 may 2022-ci il tarixli məktubla yazılı müraciət olunmuşdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən "xxxx" ASC "xxxx" MMC-nə ünvanlanan müraciətə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə müraciətdə qeyd olunmuş ərazidə vətəndaş Cavabdeh tərəfindən şəhərin 50-ci məhəlləsi ərazisində özbaşına, heç bir icazəverici sənədlər olmadan qeyri-qanuni olaraq fərdi yaşayış evinin tikintisinin aparılması barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 67 nömrəli, 20 fevarl 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə, o .cümlədən 232, 233, 234 nömrəli, 24 iyul 2020-ci il tarixli məktublarla Sumqayıt şəhər Polis İdarəsinə, Sumqayıt Bələdiyyəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və 93 nömrəli, 24 fevral 1121-ci il tarixli məktubla Sumqayıt Bələdiyyəsinə yazılı məlumatlar göndərilmişdir. Zərbəliyeya Reyhan Cümşüd qızının qohumu Abid adlı səxs tərəfindən tam sənədləşdirmə işləri aparılmadan qeyri-qanuni tikinti işləri barədə öz səlahiyyətləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 215 nömrəli, 23 may2022-ci il tarixli məktubla yazılı müraciət olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4670 saylı ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunan tikilinin Sumqayıt şəhəri, 76-cı məhəllədən keçən, "xxxx" MMC-nin balansında olan 110 kv-luq 5-ci X8 Xəttindən 12 metr məsafədə yerləşdiyini nəzərə alaraq həmin tikilinin 8 metr hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı və «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddələrinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: - dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; - dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; - yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; - meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; - təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; - dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; - dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; - dövlət ehtiyat fondu torpaqları. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Belə xüsusi hüquqi rejimi mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” haqqında xx.xx.2005-ci il tarixli 103 saylı Qərarına əsasən mühafizə zonalarında bina tikilməsi qadağandır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında özbaşına olaraq yarımtikili inşa etmişdir, bu iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırmaqla yanaşı, cavabdehin bilavasitə özünü, ailə üzvlərini potensial təhlükə altına qoyur və iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri 50-ci məhəllədən keçən "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HXnin 10-11 saylı dayaqlararası aşırımının kənar məftillərindən 12 metr məsafədə yerləşdiyi nəzə alınaraq, həmin tikilinin 8 metr hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni tikinti sökülməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat cavabdeh X6 alınaraq X1 müxbir hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri 50-ci məhəllədən keçən "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 10-11 saylı dayaqlararası aşırımının kənar məftillərindən mühafizə zonasında, vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında olan 8 metr hissəsi sökülsün. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar