Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5614/2025 09.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçın iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən abonent kodu **********00260 olan mənzilə Cavabdeh tərəfindən əsassız hesablanmış 464,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Süleymanov Elman, uzun illərdir ünvan 1 ünvanında yaşayır. Evlərinə xidmət göstərən qaz sayğacının bütün texniki məlumatları rəsmi sənədlərdə qeyd olunmu, hesab nömrəsi P**********3553, abonent kodu **********00260. sayğac nömrəsi isə **********1-dir. Bu sayğac sonuncu sayğac olmaqla Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində quraşdırılıb. Lakin, həmin ildən bir neçə ay sonra, 05 noyabr 2019-cu ildə Metrologiya Departamenti tərəfindən sayğac laborator müayinəyə götürülüb. Bu müayinənin nəticəsi kimi Cavabdeh tərəfindən MSK-29/1710- 02573-1 nömrəli akt tərtib edilib. Həmin aktda guya onun sayğacın plastik qapağını zədələdiyi qeyd olunmuşdur. 18 noyabr 2019-cu il tarixində “X4 dair Tələbnamə” tərtib edilmiş və bu tələbnamədə guya iddiaçının “4644 m3” həcmində ziyan vurduğu göstərilmişdir. Cavabdeh bu hesablamaya əsasən ona 464,40 manat cərimə borcu yazmış, lakin iddiaçının bundan məlumatı olmamışdır. İddiaçının ödədiyi pullardan tutmalar aparıldıqdan sonra iddiaçı həmin tutmaların nə məqsədlə aparılması ilə maraqlandıqda ona məlum olmuşdur ki, 2019-cu ildən cərimə hesablanmışdır. Cavabdeh bundan başqa 18 noyabr 2019-cu ildə ******* nömrəli akt tərtib edilib və həmin aktda da guya iddiaçının sayğaca müdaxilə etdiyi qeyd olunmuşdur. Bu aktdan da iddiaçının məlumatı olmamış və iddiaçı aktın tərtibində iştirak etməmişdir. İddiaçının sayğaca hər hansı müdaxilə etməyi barədə hər hansı bir sübut yoxdur. Heç bir müstəqil ekspertiza aparılmayıb, iddiaçının iştirakı təmin olunmayıb və ona izahat almaq üçün müraciət edilməyib. Sadəcə cavabdeh qurumun əməkdaşları birtərəfli qaydada akt tərtib ediblər. İddiaçı heç vaxt sayğaca müdaxilə etməmiş, həmin sayğac evin çöl hissəsindədir və həmin ərazidən hər gün yüzlərlə insan keçir, sayğacı qorumaq iddiaçının vəzifəsi deyildir, bu səbəbdən də belə hesab edir ki, hesablanmış cərimə silinməlidir. İddiaçı dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış borcun aylıq ödənişlərdən tutulmasının dayandırılması, tutulmuş məbləğin qaytarılması və xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X2 tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış, Cavabdeh İB-nin Sumqayıt RQİİ-də X1 adına qeydiyyata alınmış təbii qaz sayğacına (abonent kodu:**********00260) baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi aşkarlanmışdır. Müdaxilə faktı barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 4644 m3 təbii qaz sərfi – 464,40 manat dəymiş ziyan məbləği hesablanmışdır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının qalıq borcu 350,8 manat qalmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi aşkarlanmışdır. - Cavabdeh İB Sumqayıt QİS tərəfindən xx.xx.2019-cu ildə təsdiq edilmiş X4 dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilmişdir. - Cavabdeh İB qaz sayğacının yoxlanılması barədə aktdan görünür ki, zavod nömrəsi ******* olan sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilmişdir. - Abonent saldosundan görünür ki, abonent kodu **********00260 olan ünvan 1 ünvanına 2019-cu il tarixinə 464,4 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sayğaca heç bir kənar müdaxilə olunmamışdır, ünvan 1 ünvanına qaz sərfiyyatına görə hesablanmış 464,4 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Məhkəmə qeyd edir ki, silinməli borc 464,4 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 464,4 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış borcun aylıq ödənişlərdən tutulmasının dayandırılması, tutulmuş məbləğin qaytarılması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddianın sözügedən hissəsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq akt üzrə hesablanmış 464,4 manat qaz borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanına (abonent kodu **********00260) akt üzrə hesablanmış 464,4 manat borc silinsin. Dövlət rüsumu kimi ödənilməli olan 30 manat Cavabdeh İB-dən alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-5614/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5614/2025
09.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver