Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5626/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1991-ci il tarixli, 20/64 saylı qərarın və ona dair aktın Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsindəki arayışda göstərilən “Asiya” adlı şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizənin “Xahiş edirəm” hissəsində qeyd edilən “Asiya”-nın “X7” kimi oxunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 1919-cu il tarixdə nənəsi X7 ilə nikaha daxil olmuşdur. Onların 1941-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur ki, həmin şəxs atasıdır. X4 1944-cü il tarixdə ölmüş, Sabunçu rayonu, Balaxanı qəbiristanlığında dəfn edilmişdir. X1 26 dekabr 1989-cu il tarixdə ölmüşdür. X5 isə xx.xx.2009-cu il tarixdə ölmüşdür. Qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsi, ev 40 fərdi yaşayış evinin ½ hissəsi paylı mülkiyyət əsasında ərizəçiyə məxsusdur. ünvan 1 ünvana dair X1na (qərarda X3) xx.xx.1991-ci il tarixli, 20/60 saylı qərar əsasında 582,1 kvm torpaq sahəsi ayrılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 1919-cu il tarixdən 1944-cü il tarixədək nənəsi X7 ilə nikah münasibətlərində olma faktı və X2 xx.xx.1944-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müracitə 12 iyun 2023- cü il tarixli cavabda göstərilmişdir ki, təqdim edilən sənədlərdə hüquq sahibinin adı “Asyaxanım” göstərilsə də, Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində göstərilən arayışda “Asiya” qeyd edilmişdir. Hazırda digər sənədlərdə hüquq sahibinin adı olan “Asyaxanım”-la, Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində göstərilən arayışda “Asiya” adlı şəxsin eyni olması faktı sənədləşmə məqsədi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - AZ-İ № 369671 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2004-cü ağciyər ödəmi xəstəliyi səbəbindən ölmüşdür. -AZ-İİİ № 827735 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi X5, anası X11r. - №: xx/xx-2019, 06 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X8 6.12.1989-cu ildə xroniki ağ ciyər üək çatışmazlığı səbəbindən ölmüşdür. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi X2 1919-cu il tarixdən 1944-cü il tarixədək nənəsi X7 ilə nikah münasibətlərində olması və X2 xx.xx.1944-cü il tarixdə Bakı şəhərində ölməsi faktları müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinə dair texniki pasportla faktiki torpaq sahəsi arasında ciddi konfiqurasiya fərqi var. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir və sahənin yaxınlığında neft quyuları mövcuddur. Eyni zamanda, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və digər payçının torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etməsi ilə bağlı ərizəsi mövcuddur. Həmçinin torpaq sahəsinə digər payçı tərəfindən texniki baxış keçirilməsinə tam şərait yaradılmamışdır. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.07258 ha qeyd olunsa da, faktiki torpaq sahəsi 0.0693 ha təşkil edir. Qeyd olunanlarla yanaşı, təqdim edilən sənədlərdə hüquq sahibinin adı “Asyaxanım” göstərilsə də, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışda “Asiya” qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 1919-cu il tarixdə nənəsi X7 ilə nikaha daxil olmuşdur. Onların 1941-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur ki, həmin şəxs atasıdır. X4 1944-cü il tarixdə ölmüş, Sabunçu rayonu, Balaxanı qəbiristanlığında dəfn edilmişdir. X1 26 dekabr 1989-cu il tarixdə ölmüşdür. X5 isə xx.xx.2009-cu il tarixdə ölmüşdür. Qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsi, ev 40 fərdi yaşayış evinin ½ hissəsi paylı mülkiyyət əsasında ərizəçiyə məxsusdur. ünvan 1 ünvana dair X1na (qərarda X3) xx.xx.1991-ci il tarixli, 20/60 saylı qərar əsasında 582,1 kvm torpaq sahəsi ayrılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 1919-cu il tarixdən 1944cü il tarixədək nənəsi X7 ilə nikah münasibətlərində olma faktı və X2 xx.xx.1944-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müracitə 12 iyun 2023- cü il tarixli cavabda göstərilmişdir ki, təqdim edilən sənədlərdə hüquq sahibinin adı “Asyaxanım” göstərilsə də, Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində göstərilən arayışda “Asiya” qeyd edilmişdir. Hazırda digər sənədlərdə hüquq sahibinin adı olan “Asyaxanım”-la, Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində göstərilən arayışda “Asiya” adlı şəxsin eyni olması faktı sənədləşmə məqsədi üçün lazımdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1191-ci il tarixli, 20/64 saylı qərar və ona dair akt Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsindəki arayışda göstərilən X7 adlı şəxsə məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixli, 20/64 saylı qərar və ona dair aktın Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin arayışında göstərilən X8 adlı şəxsə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5626/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5626/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver