Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5628/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiMaraqlı şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 2007-ci ildən xx.xx.2020-ci il tarixədək yataq xəstəsi olan anası X3 qulluq etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ərizəçi ərizə ilə DSMF X10 Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Belə ki, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhər 6 nömrəli məktəbdə mexaniki işçi, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək N saylı hərbi hissədə qapıçı, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək gözətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə aşbaz vəzifəsində işləmişdir. Bundan başqa, 2007-ci il tarixdən 2020-ci il tarixədək 13 il müddətinə yataq xəstəsi olan mərhum anası X3 qulluq etmişdir. Buna baxmayaraq DSMF X10 Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktub ilə müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasına əsasən ümumi stajı 22 il 8 ay 12 gün təşkil etmişdir. Eyni zamanda pensiya kapitalı 18030.70 manat olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda mərhum X3 qulluq etdiyi dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. O, imtina cavabı ilə razı olmadığından aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2- 1(118)-2655/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)- 277/2023 nömrəli qərarı ilə təmin edilərək iddia tələbi rədd edilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, onun mərhum anasına qulluq etmə faktının təsdiq edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, 2007-ci ildən yataq xəstəsi olan anası X3 vəfat etdiyi günə qədər (xx.xx.2020-ci il tarixədək) ünvan 1 ünvanında qulluq etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair 2(060)-5628/2023 nömrəli iş üzrə ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəMaraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, 2(060)-5628/2023 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim etmişdirlər. Ərizəçi xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi 2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yataq xəstəsi olan anası X3 qulluq etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.4-cü bəndində qeyd edilir ki, Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, sözügedən məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qulluq aktına əsasən, ərizəçi yataq xəstəsi olmuş anasına 2007-ci il tarixdən vəfat etdiyi xx.xx.2020-ci il tarixədək qulluq etmişdir. Göründüyü kimi, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi təsdiq etmək istədiyi dövrlərlə bağlı sənədləri mövcuddur və qanunvericilik normalarının tələblərinə əsasən bu halda həmin dövrlərin hüquqi əhəmiyyətli fakt kimi tanınması mümkünsüzdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti əmək pensiyasının təyin edilməsi zamanı: 1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən nəzərə alınır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamə və “Əlilliyin qiymətləndirilməsi” Qaydasının yuxarıda qeyd edilmiş müddəalarının təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, yalnız orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərin qulluqetmə müddəti sosial sığorta stajı kimi nəzərə alına bilər. Lakin iş materiallarına nəzər yetirdikdə görünür ki, ərizəçinin mərhum anası X2 orqanizm funksiyalarının 81-100 faiz pozulmasına və ya 18 yaşınadək əlilliyinin müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və ya hər hansı bir sənəd mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 03 saylı Plenum Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, həm qanunun, həm də Ali Məhkəmənin Plenumunun sözügedən qərarına əsasən ərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır və Ərizəçi anası T.Nurəhmədovaya qulluq etməsinin məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, anası xəstə olduğu üçün ona baxmışdır. Başqa övladları da vardır. Lakin anasına o baxmışdır. Anası onunla birlikdə yaşamışdır. Onu gətirmiş və baxmış və ona görə işləməmişdir. Anasının daha sonra orqan olan ödünü klinikada götürmüşlər. Onun isə bu əməliyyatdan sonra ayağı, qolu tutmamışdır. Hətta ayaqyoluna belə gedə bilməmişdir. Ərizəçi hərbi baxçada işləmiş, daha sonra anasına baxmaq üçün işdən çıxmışdır. Xırdalan şəhərində çörək zavodunda yeddi il işləmişdir. Ondan sonra kağız almaq üçün getmiş, lakin ona demişlər ki, sistemə düşməmişdir. Həmin zaman anasının vəziyyəti yüngül olduğu üçün ona qulluq edə bilmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, etirazda göstərdikləri halları müdafiə edirlər. Qanunvericilikdə sığorta stajı kimi on səkkiz yaşına çatana kimi əlilliyi müəyyən edilmiş şəxslərə qulluq, xəstəyə qulluq sığorta stajı kimi nəzərə alına bilər. Müəyyən olunur ki, qarşı tərəfin anasının əlilliyi ilə bağlı hər hansı sənəd yoxdur. Xəstəyə qulluq etmə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi müəyyən oluna bilməz. Xəstəlik ayrıdır. Əlillik isə ayrıdır. Belə ki, şəxsin əlil olması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı olmalıdır. Ərizəçinin anasının isə əlilliyi yoxdur. Belə ki, o sadəcə xəstə olmuşdur. Əlilliyin baş vermə anı və xəstəyə qulluq etmə dövrü məhkməyə qaydasında müəyyən oluna bilməz. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, verilmiş ərizə təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 06 may 2022-ci il tarixli, **********1 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X7 "ASAN xidmət"mərkəzindən daxil olmuş ərizəyə və ona əlave edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası layin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilmesi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və elaca de müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 22 il 8 ay 12 gün təşkil etmişdir. Eyni zamanda 2006-cı il tarixinədək 21 il 5 ay 11 gün sığorta stajına uyğun fərdi həsabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17409.11 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 621.59 manat olmaqla ümumilikdə 18030.70 manat təşkil etmişdir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesabedilməmişdir. Eyni zamanda bildirilmişdir ki, mərhum X3 qulluq etdiyi dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Həmin maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Ötən dövr üçün hesablanan ümumi məbləğ növbəti aylarda bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Sumqayıt filialına müraciət etməyi tövsiyə olunmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-277/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2655/2022 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia təmin edilməməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2655/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2007-ci ildən xx.xx.2020-ci il tarixədək xəstə anası X3 qulluq etdiyi dövrün sosial sığorta stajı hesab edilməklə, iddiaçıya 01 mart 2022-ci il tarixdən 5 uşaq anası kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). İşdə olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbə icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən 2007-ci ildən yataq xəstəsi olmuş X3 vəfat etdiyi günə qədər (xx.xx.2020-ci il, Qobustan rayon qeydiyyat şöbəsindən xx.xx.2021-ci il tarixdə verilmiş 80 nömrəli arayış) ünvan 2vanında yaşamış və ünvan 2vanında qeydiyyatda olan və yaşayan qızı xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi ona baxaraq qulluq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Gənclik küçəsi, ev 7 ünvanında yaşayan ərizəçinin ailə üzvləri sırasına – Hacıyeva Cəmilə, Hacıyeva Ramilə, Hacıyeva Vüsalə, Hacıyeva Bəsti və Hacıyeva Səbuhi aiddir. İş materiallarında olan AЗ № 701455 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuş, ata qrafasında X1, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan Qobustan rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan ərizəçiyə məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1964-cü il təvəllüdlüdür. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Belə ki, MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.4-cü bəndində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 03 saylı Plenum Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4-cü bəndində Sosial sığorta stajının hesablanması zamanı qulluq etmə zamanı qulluq edilən şəxslər ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da məlum olur ki, Ərizəçi anası X3 2007-ci ildən xx.xx.2020-ci ilədək qulluq etməsi barədə verilmiş ərizə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə Ərizəçi 2007-ci ildən xx.xx.2020-ci ilədək eyni ünvanda yaşamasını və anası X3 baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir. Ərizə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçi xx.xx.2020-ci ildə vəfat etmiş anası X3 2007-ci ildən xx.xx.2020-ci ilədək qulluq etmə hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova