Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5643/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 14/41 ünvanında yerlşən 10 saylı mənzillə bağlı verilmiş texniki pasportun və xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin X13 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun əri X15 12 iyun 2014-cü ildə rəhmətə getmişdir. Bununla bağlı o, Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə müraciət edərək ərindən qalmış miras əmlaka ünvan 2 10 saylı mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin notariusu B . M.Əhmədli tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli, 307 saylı məktubda X8 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün təqdim etdiyi sənədlərdə mərhumun ata adında uyğunsuzluq olduğundan ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmaması bildirilmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan sonra o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 1 ünvanında yerləşən 10 saylı mənzillə bağlı mərhum əri X10 adına verilmiş qeydiyyat vəsiqəsində ərinin ata adının Hüsü kimi qeyd edilməsini xahiş etmişdir. Qeyd olunan quru tərəfindən müraciətinə cavab olaraq göndərilmiş 30 iyun 2022-ci il tarixli, **********40 saylı məktubda göstərilmişdir ki, "Müraciətə əlaqədar olaraq bildirir ki, sözügedən mənzil üzərində X11 mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan Sumqayıt Şəhər ZDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 fevral 1973-cü il tarixli 10/68 nömrəli orderdə mülkiyyətçinin adı "X16" kimi qeyd olunmuşdur. Odur ki, 30 avqust 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin ölüm haqqında şəhadətnamədə qeyd olunan şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün, məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunur". Hal-hazırda ünvan 2 10 saylı mənzillə bağlı verilmiş qeydiyyat vəsiqəsinin əri X13 məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 14/41 ünvanında yerlşən 10 saylı mənzillə bağlı verilmiş texniki pasportun və xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin X13 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət, xəstə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Ə.M.Əmirəliyev məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdə keçirdib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan XXV-JQ № 722359 saylı, Sovet Sosialist Respublikaları X1 surətindən görünür ki, ərizəçinin ərinin soyadı, adı, ata adı- X6 qeyd edilmişdir. İş materiallarında olan İ-İE № 510366 saylı, xx.xx.1967-ci il tarixli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 ilə X4 arasında olan nikah xx.xx.1967-ci ildə bağlanmış və sonuncuya Səlimova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 686057 saylı, xx.xx.2014-cü il tarixli “Ölüm haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarxli məktubundan görünür ki, təqdim etdikləri sənədlərdə mərhumun ata adında uyğunsuzluq olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan X2 özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 14/41, mənzil 10-nun sahibi X14r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 ünvanladığı məktubdan görünür ki, ünvan 2 10 saylı mənzil üzərində X11 mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan Sumqayıt Şəhər ZDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 fevral 1973-cü il tarixli 10/68 nömrəli orderdə mülkiyyətçinin adı “X16” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai Dırliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, 30 avqust 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin ölüm haqqında şəhadətnamədə qeyd olunan şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunur. Eyni zamanda bildirir ki, müraciətdə vərəsəlik hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 14/41-də yerləşən 10 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X11 adına qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, 6 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli ətraflı arayışından görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14-də yerləşən 10 saylı mənzil 10/68 №-li orderə əsasən xx.xx.1973-cü il tarixdə X10 adınadır və xx.xx.2014cü ildə vəfat edib. Mənzildə Ərizəçi ünvanda qeydiyyatda təkdir. İş materiallarında olan xx.xx.1973-cü il tarixli 10/68 saylı “Order”in surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41/14-də yerləşən 10 saylı mənzil 10/68 №-li orderə əsasən xx.xx.1973-cü il tarixdə X11 adına qeydə alınmışdır. İş materiallarında olan AZE seriyalı, № 00639680 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ərinin adı “X15” kimi qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 14/41 ünvanında yerlşən 10 saylı mənzillə bağlı verilmiş texniki pasportun və xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsində X7 qeyd olunmuş adın, soyadın, atasının adının X10 eyni şəxsə aid olması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 14/41 ünvanında yerlşən 10 saylı mənzillə bağlı verilmiş texniki pasportun və xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsində X7 qeyd olunmuş adın, soyadın, atasının adının X10 eyni şəxsə aid olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 14/41 ünvanında yerlşən 10 saylı mənzillə bağlı verilmiş texniki pasportun və xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsində X7 qeyd olunmuş adın, soyadın, atasının adının X10 eyni şəxsə aid olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5643/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5643/2022
06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver