Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5648/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 31 avqust 1995-ci il tarixli, 3/3 saylı orderin və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-48-DA-10F/2-253-2025 saylı arxiv çıxarışının (xx.xx.1995-ci il tarixli 33 saylı protokoldan çıxarışının) AZE ******** saylı şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1963-cü ildə anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuş, bu barədə xx.xx.1963-cü il tarixdə Masallı rayonu Çaxırlı kənd ərazi nümayəndəliyində 57 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Sumqayıt şəhəri 47-ci məhəllə 14 ünvanında yerləşən 4 saylı mənzil Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin verdiyi 313 saylı xx.xx.1995-ci il tarixli orderə və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli 3-48- DA-10F/2-253-2025 saylı arxiv çıxarışına (xx.xx.1995-ci il tarixli 33 saylı protokoldan çıxarış) əsasən ona məxsusdur. O, bu mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestridən çıxarış və texniki pasportun verilməsi üçün xx.xx.2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, İdarə isə 3-21-3-31/2-2376/2025 saylı xx.xx.2025-ci il tarixli məktubla ərizənin icrasından imtina etmişdir. İmtinanın səbəbi onunla izah edilmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması zamanı mənzildə məcburi köçkünlərin yaşadığı, mübahisəli halın olduğu müəyyən olunmuş və yaşayış sahəsinə müayinə baxışı keçirmək mümkün olmamışdır. Həmçinin təqdim edilmiş sənədlərin araşdırılması zamanı onun adında uyğunsuzluq olduğu aşkar olunmuşdur, çünki şəxsiyyət vəsiqəsində adı “Qadir” kimi qeyd edilsə də, Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli 3-48-DA-10F/2-253-2025 saylı arxiv çıxarışında “Qədir” kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuşdur. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuş, bu barədə xx.xx.1963-cü il tarixdə Masallı rayonu Çaxırlı kənd ərazi nümayəndəliyində 57 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-31/2-2376/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması zamanı ünvan 3 ünvanında yerləşən 4 saylı mənzildə məcburi köçkünlərin yaşadığı, mübahiəsli halın olduğu müəyyən olunmuş və yaşayış sahəsinə müayinə baxışı keçirilməsinə şərait yaradılmamışdır. Bundan əlavə təqdim edilmiş sənədlərin araşdırılması zamanı ərizəçinin adında uyğunsuzluq olduğu aşkar olunmuşdur. Belə ki, şəxsiyyət vəsiqəsində ad “Qadir” kimi qeyd edilsə də, Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2025-ci il tarixli 3-48-DA-10F/2-259-2025 nömrəli arxiv çıxarışında “Qədir” kimi qeyd olunmuşdur. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - xx.xx.1995-ci il tarixli orderin surətindən görünür ki, X1 və 5 nəfərdən ibarət ailə üzvünə ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-48-DA-10F/2-253-2025 saylı arxiv çıxarışının (xx.xx.1995-ci il tarixli 33 saylı protokoldan çıxarışının) surətindən görünür ki, X1 və 5 nəfərdən ibarət ailə üzvünə ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil verilmişdir. Beləliklə, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil xx.xx.1995-ci tarixdə 3/3 nömrəli order əsasında ərizəçiyə və 5 nəfər ailə üzvünə verilmişdir. Ərizəyə qoşma olunan xx.xx.2025-ci il tarixli bildirişdən də göründüyü kimi xx.xx.2025-ci il tarixdə mənzilə çıxarış əldə etməkdən ötrü xx.xx.1995-ci ildə ərizəçiyə verilmiş 3/3 nömrəli order əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3- 31/2-2376/2025 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.1995-ci il tarixli 3/3 saylı orderdə, habelə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-48- DA-10F/2-253-2025 saylı arxiv çıxarışında (xx.xx.1995-ci il tarixli 33 saylı protokoldan çıxarışda) ərizəçinin adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1995-ci il tarixli, 3/3 saylı orderdən və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-48-DA-10F/2-253-2025 saylı arxiv çıxarışından (xx.xx.1995-ci il tarixli 33 saylı protokoldan çıxarışdan) ibarət hüquq müəyyənedici sənədlərin məhz Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixli, 3/3 saylı orderdən və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-48-DA-10F/2-253-2025 saylı arxiv çıxarışından (xx.xx.1995-ci il tarixli 33 saylı protokoldan çıxarışdan) ibarət hüquq müəyyənedici sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-5648/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5648/2025
04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver