Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5650/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı, 0.2294 ha bağ sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş 2 saylı Sumqayıt ərazi idarəsinin 02.03.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 1968 nömrəli 0.2294 ha bağ torpaq sahəsi 20 oktyabr 2012-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş, əmlak üzərində sonralar üç dəfə özgəninkiləşmə əməliyyatı aparılmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi bağ sahəsi Cavabdeh2 adına özgəninkiləşdirildikdən sonra əmlak üzərində sonralar üç dəfə özgəninkiləşdirmə əməliyyatı aparılmasına baxmayaraq, iddiaçı həmin şəxsləri iddia ərizəsində cavabdeh qismində göstərməmiş, məhz kimin adına olan çıxarışın etibarsız hesab edilməsini iddia tələbində dəqiq göstərməmişdir Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5650/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5650/2021
18.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver