Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5650/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2007-ci il tarixdə X4 ilə nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların xx.xx.2008-ci il təvəllüdlü X6 adlı övladı anadan olmuşdur. Qeyd edir ki, övladları uşaq autizmi, kanner sindiromu F84.0 xəstəliyindən əziyyət çəkir. Həmçinin övladı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanları məhdud uşaq kimi əlilliyi qiymətləndirilmişdir. Bundan başqa övladı uzun müddətdir ki, ‘‘uşaq autizmi” diaqnozu ilə Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Dəfələrlə müayinələrdə olmuş, stasionar müalicələr də almışdır. Hər zaman başqasının köməyinə ehtiyacı vardır. Belə ki, o özünü heç bir şəkildə sərbəst idarə edə bilmir. Öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Övladı uzun illərdir müayinə və müalicədədir. Hal-hazırda da müalicələri davam edir. Övladları anadan olduğu andan etibarən nzarətlərindədir, 14 yaşı tamam olduğundan müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı övladının imzası gərəkli olur, o isə bunu edə bilmir. Belə ki, onun xəstəliyi ilə əlaqədar olaraq ciddi davranış pozuntuları mövcuddur, onun sağlamlıq imkanları məhduddur.Onun fəaliyyət qabiliyyəti olmayan sayılmasının müəyyən etdirilməsinə zərurət vardır. Bu faktı məhkəmədən kənar qaydada həll etmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nmüyaəndəsi X7 ərizənin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə verdiklərini qeyd etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 atası Ərizəçi, anası X2r. - Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 uşaq autizmi, kanner sindromu, orta dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatdadır, sağlamlıq imkanlarından məhdud uşaqdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 2731 saylı rəydən görünür ki, X5 uşaq autizmi, kanner sindromu, orta dərəcəli əqli gerilik aşkar olunur. X5 aşkar edilən orta dərəcəli əqli gerilik ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 müəyyən edilən orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx.xx.2007-ci il tarixdə X4 ilə nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların xx.xx.2008-ci il təvəllüdlü X6 adlı övladı anadan olmuşdur. Qeyd edir ki, övladları uşaq autizmi, kanner sindiromu F84.0 xəstəliyindən əziyyət çəkir. Həmçinin övladı sonuncu dəfə xx.xx.2020ci il tarixdə sağlamlıq imkanları məhdud uşaq kimi əlilliyi qiymətləndirilmişdir. Bundan başqa övladı uzun müddətdir ki, ‘‘uşaq autizmi” diaqnozu ilə Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Başqasının köməyinə ehtiyacı vardır. Özünü idarə edə bilmir. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2731 saylı rəydən göründüyü kimi X5 orta dərəcəli əqli gerilik aşkar olunur. X5 aşkar edilən orta dərəcəli əqli gerilik ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X1 müəyyən edilən orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Ərizəçi ərizəni müdafiə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən-7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2008-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5650/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5650/2023
03.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver