Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5651/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı Sumqayıt şəhəri, X15ndə yerləşən 4192 saylı evə hesablanmış 838,55 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhəri, X15ndə yerləşən 4192 saylı evində yaşayır. Sumqayıt şəhəri, X15ndə yerləşən 4192 saylı evi xüsusi mülkiyyət hüququ ilə atası X3 məxsusdur. Atası 07 fevral 2019-cu ildə vəfat etmişdir. O, həmin əmlakı faktiki olaraq qəbul etmişdir və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onun cavabdeh təşkilata borcu yoxdur. Borc-qeyri müəyyən olaraq hesablanmışdır. Odur ki, qeyd olunan borcun əsassız hesablandığından silinməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirdi ki, Saray 1, ev 414-də "xxxx" ASC-nin abonent bazasında abonent kimi 01.01.2005-ci il tarixdən X1 adına bağlanmış müqavilə (№ ********) ilə “su təchizatı xidmətlərindən” istifadə olunur. Hal-hazırda 18.08.2021-ci il tarixə həmin ünvanın “su təchizatı xidmətlərindən” istifadəyə görə 864,85 manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. Qeyd olunan ünvanda 01.01.2005-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə və 15 sot torpaq sahəsinə uyğun olaraq hesabat aparılmışdır. Qeyd olunan ünvanda 07.09.2009-cu il tarixdə su sayğacı quraşdırılmışdır. 2014-cü il tarixində abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 4 nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. 01.01.2017-ci il tarixdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv olunmuşdur. CavabdehSC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri tam etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçınının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Doğum haqqında şəhadətnamədən görünür ki, 30.08.1972-ci il təvəllüdlü İddiaçı atası X4r. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, X15ndə yerləşən 4192 saylı mənzilin mülkiyyətçisi X4r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 01.06.2021-ci ildə qeydiyyata alınmışdır. - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi 18.02.2019-cu il tarixli 001640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07.02.2019-cu il tarixdə ölmüşdür. - Abonent kartından görünür ki, 864,85 manat borc hesablanmışdır. - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “X15” üzrə 1 saylı Məhəllə Komitəsinin verdiyi 96 №-li, 20.08.2021-ci il tarixli arayışından görünür ki,Tağıyeva Xəyalə Kərimi qızı Sumqayıt şəhəri, X15ndə yerləşən 4192 №-li bağda 2002-ci ildən ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Ailə üzvləri: 20.08.2002-ci il təvəllüdlü X6; 29.02.2004-cü il təvəllüdlü X9; 15.10.2005-ci il təvəllüdlü X7r. - Cavabdehin nümayəndəsi X8 tərəfindən məhkəməyə təqdim edilən arayışdan görünür ki, Saray 1, ev 414-də (abonent kodu:**********000) 01.01.2005-ci il tarixdə X1 adına kod açılaraq 4 nəfər ailə tərkibinə və 15 sot torpaq sahəsinə uyğun olaraq sayğac göstəricilərinə uyğun olaraq hesabat aparılmışdır. 2011-ci il tarixdə 1 nəfərə 60 m2=21,60 manat; 2012-ci il tarixdə 1 nəfərə 60 m2=21,60 manat; 2013-cü il tarixdə 1 nəfərə 60 m2=21,60 manat; 2014-cü il tarixdə 1 nəfərə 60 m2=21,60 manat; 2015-ci il tarixdə 1 nəfərə 60 m2=21,60 manat; 2016-cı il tarixdə 1 nəfərə 60 m2=26,50 manat. Cəmi: 134,50 manat. Abonent tərəfindən 2011-2016-cı illər ərzində su sərfiyyatına görə hər hansı ödəniş edilməmiş, yalnız məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit üzrə məbləğ borcdan çıxılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, X15ndə yerləşən 4192 saylı evə 01.01.2005-ci ildən hazıradək 864,85 manat su sərfiyyatına görə borc hesablanmışdır. Həmin borcun 622,44 manatı 2016-cı ilədək, qalan 242,41 manatı isə ondan sonrakı dövrə aiddir. 2011-2016-cı illər ərzində su sərfiyyatına görə hər hansı ödəniş edilməmiş, yalnız məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit üzrə məbləğ borcdan çıxılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X10”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, istifadə edilən suyun dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda iddiaçının 2016-cı ildən əvvələ yaranmış sudan istifadəyə görə edilməli olan 622,44 manat ödənişin tələb etmə müddəti keçdiyindən tələb qüvvəsini itirmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan yuxarı olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, X15ndə yerləşən 4192 saylı evə aid **********000 abonent koduna hesablanmış 622,44 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5651/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5651/2021
16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver