Məhkəmə qərarları › İş №2(060)-5655/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5655/2021

02.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5655/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə Ərizəçi İddiaçı Maraqlı şəxs Sumqayıt şəhər İсra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasında qarşı "şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə» dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan 01 iyul 1937-сi il təvəlüdlü X1 fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 02.12.2021-сi il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iсlasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayсan Respublikası MPM-nin 259.0.6-сı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbayсan Respublikası MPM-nin 259.0.6-сı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Sumqayıt şəhər İсra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasında qarşı "şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə» dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun ərizəçi İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar