Məhkəmə qərarları › İş №2(060)-5656/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-5656/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5656/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərər və börcun ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, 25 oktyabr 2022-ci il tarixdə, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 aprel 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 309,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 292,31 manat dəbbə pulu, 570 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 1696,51 manat borc və ödənilmiş dövlət rüsumu 37,37 manat İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2021ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800591 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. 30 avqust 2021-ci il tarixdə X3, X9 və İddiaçı MMC arasında MAS-3366 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 30 avqust 2021-ci il tarixdə X9, Cavabdeh və İddiaçı MMC arasında MAS-3366 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 aprel 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 570 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 04 mart 2022-ci il tarixdə 440 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 aprel 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 309,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 292,31 manat dəbbə pulu, ümumilikdə 1126,51 manat gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, qarşı tərəfin heç bir səbəb olmadan gəlməməsini nəzərə alaraq qiyabi qətnamə çıxarılmasını xahiş etdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli MAS-3366 №-li X4 görünür ki, X1 ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800591 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - xx.xx.2021-ci il tarixli, MAS-3366 saylı X7 3 saylı Əlavədən görünür ki, X3 illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. - 30 avqust 2021-ci il tarixli, MAS-3366 saylı Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, bu müqavilə X3, X9 və İddiaçı MMC arasında bağlanmış və 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 30 avqust 2021-ci il tarixli, MAS-3366 saylı Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, bu müqavilə X9, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış və 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli, 2238№-li maliyyə arayışından görünür ki, Cavabdeh 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 aprel 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 309,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 292,31 manat dəbbə pulu, ümumilikdə 1126,51 manat gecikmə borcu yaranmışdır. - Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMC -nin qanuni təmsilçisi X5r. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki məcəllənin 522.1-ci maddəsinə əsasən Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin məcəllənin 522.2-ci maddəsinə əsasən Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş borclu qeyd olunan avtomobili lizinqə almaq istədiyini bildirmiş və buna dair öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1696,51 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 37,37 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 aprel 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 309,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 292,31 manat dəbbə pulu, 570 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 1696,51 manat borc və ödənilmiş dövlət rüsumu 37,37 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 05 mart 2021-ci il tarixli MAS-3366 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 aprel 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 309,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 292,31 manat dəbbə pulu, 570 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 1696,51 manat borc və ödənilmiş dövlət rüsumu 37,37 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar