Məhkəmə qərarları › İş №2(060)-5657/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5657/2023

05.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5657/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan 7 saylı mənzilə qanunsuz və əsassız olaraq xx.xx.2023-cü il tarixli, 293068 nömrəli akt əsasında yazılmış 261,67 manat borcun **********00315 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qəıəmşah oğlu ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili AN-İ № 0120448, 27 iyun 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X3 almışdır. xx.xx.2007-ci il tarixdə isə “MH” seriyalı, ******* nömrəli çıxarışla sözügedən mənzil iddiaçının qeydiyyata alınmışdır. Həmin vaxtdan indiyədək öz ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin ünvana sayğac xx.xx.2015-ci il tarixdə quraşdırılmışdır və iddiaçı tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus olan 7 saylı mənzilin sayğacına baxış keçirilərək xx.xx.2023-cü il tarixli, 293068 nömrəli Akt tərtib olunmuş və həmin akt əsasında 261,67 manat borc hesablanmışdır. Həmin aktda yazılmışdır ki, sayğaca baxış keçirilən zaman abonentə məxsus elektrik hesablama sayğacı axan yükü qeyd etmir. İddia ərizəsinə əlavə edilən Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, vizual baxış zamanı çıxarılan sayğacın yararsızlıq səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir və xx.xx.2023-cü il tarixdə yeni sayğac qoyulmuşdur. Qeyd edilən bu hallar cavabdeh təşkilat tərəfindən ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilə akt əsasında hesablanmış 261,67 manat borcun əsassız olduğunu birbaşa sübut edir. Əlavə olaraq, sayğaca hər ay cavabdeh təşkilatın əməkdaşı tərəfindən baxış keçirilmişdir, sayğaca tərəfindən müdaxilə edilməmişdir. Bundan başqa, akt iddiaçının iştirakı olmadan tərtib olunmuş, borcun mövcudluğu iddiaçıya sonradan məlum olmuşdur. Sayğac binanın blokunda yerləşir, sayğacın işlək vəziyyətdə olmasına iddiaçı məsuliyyət daşımır. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə aid mexaniki sayğac smart tipli sayğacla dəyişdirilmişdir və smart karta pul yüklədikcə akt əsasında yazılmış 261,67 manat borca görə pulun yarısı kartdan çıxılır. Göründüyü kimi sayğacın işlək vəziyyətdə saxlanması istehlakçının vəzifəsi deyil və bu səbəbə görə də mən məsuliyyət daşıya bilmir. Mövcud qanunvericiliyin tələblərindən də görünür ki, cavadeh heç bir əsası olmadan mənim üzərimə istifadə etmədiyim elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi öhdəliyini qoymuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuç qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 etiraz təqdim etmişdir. Etiraz onla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. EEİQ-nın 8.15ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus abunə kodu **********00315 olan, evin elektrik hesabat sayğacına baxış keçirərkən məlum olmuşdur ki, abonentə məxsus elektrik hesabat sayğacı axan yükü hiss etmədiyi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli. 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları'nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, 293068 saylı akt tərtib edilərək 261,67 manat dəyərindəitirilmiş elektrik enerjisi bərpa edilmişdir Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - İş materiallarında olan Abunə haqqında çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan 7 saylı mənzildə (Abunə **********00315) 261,67 manat borc hesablanmışdır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, abonentə məxsus elektrik hesablama sayğacının axan yükü hiss etmədiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən ona məxsus evdə elektrik sayğacına kənar müdaxilənin olduğunu təsdiq edən heç bir əsas yoxdur. Buna görə də cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunsuz və əsassız hesab olunur. Həmin aktın əsasında İddiaçı akt hesabında hesablanmış 261,67 manat borc silinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq,həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış 971,81 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 899,22 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 261,67 manatdır ona görədə, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan 7 saylı mənzilə hesablanmış (Abunə **********00315) 261,67 manat borcun silinməli və iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan 7 saylı mənzilə hesablanmış (Abunə **********00315) 261,67 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar