Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5658/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı (digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi) İddiaçı1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 oğlunun iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdehna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X12 oğlunu cəlb etməklə “miras əmlakın qəbul müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdehna qarşı “miras əmlakın qəbul müddətinin uzadılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 49A ünvanında yerləşən 8 saylı mənzil iddiaçının atası Məmmədov Hilal Behbud oğlunun mülkiyyətindədir. İddiaçının atası Məmmədov Hilal Behbud oğlu 04 may 2021-ci ildə vəfat etmişdir. X2 atası rəhmətə gedəndən sonra 02 iyul 2024-cü il tarixədək həmin ünvanda, yəni ünvan 1 2024-cü il tarixdə X2 rəhmətə getmişdir. X13 Behbud oğlu Sumqayıt şəhər notariusu X1 notariat kontorunda xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 49A-da yerləşən 8 saylı mənzili oğlu İddiaçı1, oğlu İddiaçı3, qızı İddiaçı4 və qızı İddiaçı2 vəsiyyət etmişdir. Belə ki, tərəflər mirası qəbul etmək üçün 6 ay müddətin olduğundan xəbərsiz idi. Mərhumdan qalmış miras əmlakının qəbulu ilə əlaqədar iddiaçı ünvan 3 müraciət etsə də, müddət ötürüldüyünə görə iddiaçıya imtina verilmişdir. Göstərilənlərə əsasən iddiaçıların mərhum atası Məmmədov Hilal Behbud oğlundan miras qalmış ünvan 2 ünvanında miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçı (digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi) İddiaçı1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 izahat verərək iddia tələbini müdafiə etdiyini və iddia ərizəsində yazınlanların izahatı olaraq qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı3 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı4 izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 oğlu izahat verərək iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.
10. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə iddiaçıların və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda istifadədə olan 0,03 ha torpaq sahəsində yerləşən 49A nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 46,37 kv.m ümumi, 27,43 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Məmmədov Hilal Behbud oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır.
13. İş materiallarında olan xx.xx.1958-ci il tarixdə verilmiş İ-ИЕ № 457500 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1958-ci il tarixdə Laçın rayonu, Dəyirmanyanı kəndində anadan olmuş, atası Məmmədov Hilal Behbud oğlu, anası isə X3r.
14. İş materiallarında olan xx.xx.1961-cı il tarixdə verilmiş İ-ИЕ № 116259 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxx 1961-ci il tarixdə Laçın rayonu, Dəyirmanyanı kəndində anadan olmuş, atası Məmmədov Hilal Behbud oğlu, anası isə X3r.
15. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 713626 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxx 1964-cü il tarixdə Laçın rayonu, Dəyirmanyanı kəndində anadan olmuş, atası Mamedov Hilal Behbud oğlu, anası isə X4r.
16. İş materiallarında olan xx.xx.1966-cı il tarixdə verilmiş AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1966-cı il tarixdə Laçın rayonunda anadan olmuş, atası Məmmədov Hilal Behbud oğlu, anası isə X3r.
17. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 176516 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Hilal Behbud oğlu xx.xx.2021-ci il tarixdə ürəyin hipertenziv xəstəliyi səbəbindən ölmüşdür.
18. İş materiallarında olan İddiaçı3 ünvan 3 ünvanladığı **********77 saylı, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ünvan 2 ünvanında yaşamış xx.xx.2021-ci ildə vəfat etmiş atası- Məmmədov Hilal Behbud oğlundan irs qalmış miras əmlakı qəbul edir. Miras əmlak: Sumqayıt şəhəri, 10-cu mikrorayonda 49 A saylı binada yerləşən 8 nömrəli mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyinin zəruruliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı2- qızı, İddiaçı4- qızı, İddiaçı1- oğlu, X12 oğlu- oğlu. Göstərilən əmlakdan ona çatası paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.
19. İş materiallarında olan İddiaçı4 ünvan 3 ünvanladığı **********278 saylı, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ünvan 2 ünvanında yaşamış xx.xx.2021-ci ildə vəfat etmiş atası- Məmmədov Hilal Behbud oğlundan irs qalmış miras əmlakı qəbul edir. Miras əmlak: Sumqayıt şəhəri, 10-cu mikrorayonda 49 A saylı binada yerləşən 8 nömrəli mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyinin zəruruliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı2- qızı, İddiaçı3 - oğlu, İddiaçı1- oğlu, X12 oğlu- oğlu. Göstərilən əmlakdan ona çatası paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.
20. İş materiallarında olan İddiaçı1 ünvan 3 ünvanladığı **********276 saylı, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ünvan 2 ünvanında yaşamış xx.xx.2021-ci ildə vəfat etmiş atası- Məmmədov Hilal Behbud oğlundan irs qalmış miras əmlakı qəbul edir. Miras əmlak: Sumqayıt şəhəri, 10-cu mikrorayonda 49 A saylı binada yerləşən 8 nömrəli mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyinin zəruruliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı2- qızı, İddiaçı4- qızı, İddiaçı3 - oğlu, X12 oğlu- oğlu. Göstərilən əmlakdan ona çatası paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.
21. İş materiallarında olan İddiaçı2 ünvan 3 ünvanladığı **********279 saylı, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ünvan 2 ünvanında yaşamış xx.xx.2021-ci ildə vəfat etmiş atası- Məmmədov Hilal Behbud oğlundan irs qalmış miras əmlakı qəbul edir. Miras əmlak: Sumqayıt şəhəri, 10-cu mikrorayonda 49 A saylı binada yerləşən 8 nömrəli mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyinin zəruruliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı3 - oğlu, İddiaçı4- qızı,İddiaçı1- oğlu, X12 oğlu- oğlu. Göstərilən əmlakdan ona çatası paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.
22. İş materiallarında olan X12 oğlunun ünvan 3 ünvanladığı **********654 saylı, xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ünvan 2 ünvanında yaşamış xx.xx.2021-ci ildə vəfat etmiş atası- Məmmədov Hilal Behbud oğlundan irs qalmış miras əmlakı qəbul edir. Miras əmlak: Sumqayıt şəhəri, 10-cu mikrorayonda 49 A saylı binada yerləşən 8 nömrəli mənzildən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruruliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı2- qızı, İddiaçı4- qızı, İddiaçı1- oğlu, İddiaçı3 - oğlu,. Göstərilən əmlakdan ona çatası paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.
23. İş materialalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1757 saylı arayışından görünür ki, icraatda olan xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədov Hilal Behbud oğlunun vərəsəlik işi ilə əlaqədar Sumqayt şəhəri 1 saylı notariat ofisi tərəfindən qızı- İddiaçı2, oğlu-İddiaçı1, qızı-İddiaçı4, oğlu-İddiaçı3 müraciətləri əsasında vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Təqdim olunan sənədlərdən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədov Hilal Behbud oğlundan miras qalmış əmlaka: Sumqayıt şəhəri, 10 m/rn, ev 49A, mənzil 8-ə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdikləri barədə ərizə verməmiş və miras əmlakı faktiki qəbul etməmişdirlər. Bu səbəbdən Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıların atası Məmmədov Hilal Behbud 04 may 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçılar mirasın qəbulu ilə bağlı ünvan 3 müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı onlara imtina cavabı verilmişdir. Hazırda iddiaçılar ünvan 2 ünvanında yerləşən mənzilin atalarından miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını tələb edirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
28. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
29. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
30. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
32. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
33. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
34. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
35. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
36. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
37. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Məmmədov Hilal Behbud oğlu öldükdən sonra övladları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsələr də, miras əmlaka faktiki sahiblik və idarə etmişlər, əmlakın saxlanılması üçün hərəkətlər etmişlər.
38. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.
39. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasının açıldığı məqamda miras əmlak onun istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının atasının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir.
40. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mərhum Məmmədov Hilal Behbud oğlundan miras qalmış əmlak- ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədov Hilal Behbud oğlundan miras qalmış əmlak- ünvan 2-in iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva