Məhkəmə qərarları › İş №2(060)-5663/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5663/2021

30.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5663/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, X4 qızı onun bibisidir. X5 04 dekabr 2019-cu ildə “Qulaqcıqların fibrilyasiyası və titrəməsi” xəstəliyindən vəfat etmişdir. Bunu mərhum bibisinin adına 19 dekabr 2019-cu ildə verilmiş AZ-İİ № 052849 saylı “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. Bibisi X4 qızının ondan savayı heç bir vərəsəsi yoxdur. Bibisinin vəfatı tarixində istifadəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 43 saylı evin, 40-cı mənzili olmuşdur. Həmin mənzildən bibisinin vəfatından sonra o, onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Mərhum bibisi 06.12.2012-ci ildə vəsiyyətnamə əsasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilini vəsiyyət etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mərhum bibisi 12 dekabr 1985-ci ildə X3 ilə rəsmi nikaha girmiş, rəsmi nikahlarından övladları olmamışdır. Bibisinin həyat yoldaşı X3 06 may 2003-cü ildə vəfat etmişdir.Ona görə də o, məcburiyyət qarşısında qalaraq bu barədə məhkəməyə müraciət etməklə bibisi X4 qızından ona miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilini miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək , bibisi X4 qızından ona miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilini miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə və sənədləri təqdim etməklə iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış 11.06.2021-ci il tarixli, №1636nömrəli məktubdan görünür ki, İddiaçı 04.12.1019-cu il tarixində vəfat etmiş bibisi X4 qızından miras qalmış əmlakının qəbulu ilə əlaqədar notariat ofisinə 11.06.2021-ci il tarixində yazdığı ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (Vərəsə vərəsəliyə çağrıldığı 3 (üç) ay müddətində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilinin mülkiyyətçisi X4 qızıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 qızı 04.12.2019-cu ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 29.04.2003-cü ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan 06.12.2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X4 qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilini İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan 02.10.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən X2 36 ay müddətinə 25 faizlə 1100 USD kredit verilmişdir. İş materiallarında olan 02.10.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 02.10.2015-ci il tarixli kredit müqaviləsininin təminatı olaraq X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 02.10.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı 02.10.2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq X2 zamin olmuşdur. İş materiallarında olan 15.04.2021-ci il və 01.03.2021-ci il tarixli qəbzlərdən görünür ki, X1 02.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcundan 2200 manat İddiaçı tərəfindən banka ödənilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, 2019-cu ildə vəfat etmiş X4 qızının vəfatından sonra İddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar bibisinə məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilinin miras qismində verilməsi prosesinə həmin ərəfədə gedə bilməmişdir. Bu səbəbdən mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüş, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilində hal-hazırki dövrdə ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı bibisi X4 qızından miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilinə dair mirasın qəbul edilmə müddəti uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı bibisi X4 qızından miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 43 saylı evin, 40-cı mənzilinə dair mirasın qəbul edilmə müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar