Məhkəmə qərarları › İş №2(060)-568/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-568/2022

22.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-568/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC tərəfindən elektrik enerjisinə görə hesablanmış 488,16 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt Şimal REİS tərəfindən verilmiş 01,06.2020-ci il tarixli Abonent saldosuna görə faktiki istifadəsində olan ünvan 1 ünvanında elektrik enerjisinə görə 488,16 manat borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən sayğaca müdaxiləyə görə R №-li 22366 saylı Akt tərtib olunmuş, sözügedən aktda qeyd edilmişdir ki, guya faz ardıcıllığı pozmaqla kənardan “0” xətti götürməklə elektrik sayğacı sxemdən kənarlaşdırılmışdır. İddiaçı tərtib olunmuş aktla razılaşmır. Bildirir ki, tərəfindən sözügedən elektrik sayğacına heç bir müdaxilə edilməmiş, kənar xəttən istifadə edilməmişdir. Tərtib edilmiş aktı iddiaçı imzalamamışdır. Sayğac fərdi evdən kənarda, fərdi evib bayır divarında yerləşir. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Aktın tərtibində iştirak etməmişdir. Akt cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmişdir. İddiaçı məişətdə istifadə etdiyi elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmişdir və hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 488,16 manat borc məbləği əsassız olduğundan silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. Bildirdi ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib olunmuş aktla razı deyil, hesablanmış məbləği əsassız hesab edir. Sayğaca müdaxilə olunduğunu öyrənmək üçün sayğacı ayırıb yoxlaya bilərdilər ki, evə işıq gəlir yoxsa yox. Aktın tərtibində iştirak etməmişdir. Bildiriş gəldikdən sonra xəbər tutulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 etiraz təqdim etmişdir. Etiraz onla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək X1 qaydalarının pozduğuna görə tərtib edilmiş akta əsasən hesablanmış 488,16 manat borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC- nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 17.08.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən mənzilə məxsus elektrik hesabat sayğacının faz ardıcılığı pozulmaqla kənardan "O" xətti götürülməklə elektrik sayğacı sxemdən kənarlaşdırılması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 17.08.2021-ci il tarixli, R № 223666 saylı akt əsasında 489,42 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən istifadə olunmasını bir daha sübut edir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı təstiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla} tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ysa qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla akt əsasında 489,42 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - etirazdan görünür ki, 0717.08.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən mənzilə məxsus elektrik hesabat sayğacının faz ardıcılığı pozulmaqla kənardan "O" xətti götürülməklə elektrik sayğacı sxemdən kənarlaşdırılması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 17.08.2021-ci il tarixli, R № 223666 saylı akt əsasında 489,42 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla akt əsasında 489,42 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. - Abunə haqqında arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nə 488,16 manat məbləğində borcu vardır. - 17 avqust 2021-ci il tarixli, R 223666 saylı aktdan görünür ki, elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilə məxsus elektrik sayğacının faz ardıcıllığı pozmaqla kənardan “0” xətti götürməklə elektrik sayğacının sxemdən kənarlaşdırılması halı aşkar edilmişdir. - video materialdan görünür ki, xüsusi cihazla müəyyən edilir ki, sayğacış giriş xəttində yüksək amper qeydə alınmasına baxmayaraq çıxış xəttindən bir nəçə dəfə aşağı amper qeyd edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşadığı ünvan 1də (Abonent: **********00872) elektrik enerjisindən sayğacdan kənar istifadə edilmiş, bununla bağlı hazırda abonentin 488,16 manat borcu yaranmışdır. Buna görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. Buna görə də Enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən ünvan 1ə (Abonent: **********00872) X1yə görə akt əsasında hesablanmış 488,16 manat məbləğində borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən ünvan 1ə (Abonent: **********00872) X1yə görə akt əsasında hesablanmış 488,16 manat məbləğində borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar