Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5691/2024 12.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçılar İddiaçı3 və İddiaçı2 vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X9 və X6 qarşı miras əmlakın qəbulu müddətinin bərpası tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X9 və X6 qarşı miras əmlakın qəbulu müddətinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən X7 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən imtinasının qanunsuz sayılması və X1 miras qalmış əmlakın - Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən, sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evinin və sahəsi 987 kvadrat metr torpaq sahəsinin tərəflərindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri,Corat qəsəbəsi, ünvanında yerləşən,sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evi sahəsi 987 kvadrat metr torpaq sahəsi ilə bilikdə mərhum ataları X10 məxsus olmuşdur. Ataları 03 noyabr 1984-cü il tarixdə vəfat etmişdir. Lakin adı çəkilən fərdi yaşayış evinin və torpağın hüquq müəyyənedici sənədləri olmadığından,həmin əmlaklar atalarınını ölümündən sonra vərəsəlik qaydasında mərhumun övladları olaraq adlarına sənədləşdirilməmişdir. Bir müddət əvvəl sözügedən miras əmlaklara hüquqi sənədlərin əldə edilməsi məqsədi ilə tərəflərindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərilək qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun ataları X10 məxsus olması barədə arayışın verilməsi xahiş olunmuşdur. Həmin müraciət əsasında Sumqayıt şəhəri,Corat qəsəbəsi, ünvanında yerləşən,sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evi və sahəsi 987 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum ataları X10 məxsus olması barədə qeydiyyat tarixi 22 iyul 2024-cü il olan “Hüququn ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən Arayış” təqdim olunmuşdur. Qeyd edilən arayış əsasında üzərində hüququn mərhum atalarına məxsus olduğu müəyyən edilmiş miras əmlaka dair vərəsəlik hüququ barədə şəhadətnamələri almaq məqsədi ilə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdikdə, onlara vərəsəlik hüququ barədə şəhadətnamələrin verilməsindən imtina olunmuşdur. Belə ki, etdikləri müraciətlərə cavab olaraq sözügedən qurumun notariusu R.İsmayılovun imzası ilə verilmiş 06 avqust 2024-cü il tarixli müvafiq olaraq 1867, 1868, 1877 və 1878 saylı arayışlarda tərəflərindən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü, mirasın faktiki qəbul edilmədiyi, bu səbəbdən vərəsəlik hüququ barədə şəhadətnamələrin verilə bilinmədiyi bildirilmiş və mirasın qəbulu üzrə qanunvericiliklə müəyyənləşdirilmiş müddətinin uzadılması üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Onlar verilmiş bu cavabları tamamilə əsassız və qanunsuz sayırlar. Belə ki, mərhum atalarının ölümündən sonra onun dəfnində, onun yas mərasimlərinin xərcinin çəkilməsində iştirak etmiş, miras əmlak kimi qalmış ev və torpaqla əlaqələrini kəsməmişdirlər. Mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət buraxılmışdırsa da, bu hal üzrlü səbəblərdən baş vermişdir, çünki onlar həmin evə gedib-gəlirdilər və mirası faktiki qəbul edərək ondan istifadə etdikləri üçün hesab etmişdirlər ki, miras tərəflərindən artıq qəbul edilmişdir və bununla bağlı notariat ofisinə yazılı şəkildə müraciət etməmələri vərəsə olaraq hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, sözügedən miras əmlakın mərhum atalarının adına hüquq müəyyənedici sənədi mövcud olmamışdır və yalnız 22 iyul 2024-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsində atamız X7 adına qeydiyyatdan keçirilərək hüququn ona məxsus olması barədə arayış verilmişdir. Belə olan halda hüquq müəyyənedici sənədi olmayan miras əmlakla bağlı notariat orqanına mirasın qəbul edilməsi üçün ərizənin yazılması da mümkün deyildi. Həmçinin, onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçılardan X22 23 iyul 1989-cu il tarixdə ailə quraraq həmin evdən gəlin köçmüşdür və qeyd edilən tarixədək miras əmlak olan fərdi yaşayış evində yaşamışdır. Nəzərə alınsa ki, mərhum ataları X17 03 noyabr 1984-cü il tarixdə vəfat etmişdir, 23 iyul 1989-cu il tarixədək həmin evdə yaşamış X11 miras əmlakı faktiki olaraq qəbul etməklə mirasın qəbulu müddətini, ümumiyyətlə ötürmədiyi aydın olur. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, onlar sözüügedən miras əmlaklardan imtina etməyiblər və həmin əmlakların hüquq müəyyənedici sənədləri olmadığı üçün notariat orqanına vaxtında müraciət etməmişdirlər. Ancaq həmin miras əmlaklardan imtina etmədikləri üçün hesab edirlər ki, onların vərəsə olaraq mərhum atalarından qalan evə və torpaq sahəsinə hüquqları vardır və notariat ofisinin notariusunun onlara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinası qanuni olmamaqla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına da ziddir. Belə ki, həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçıiddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3 və İddiaçı2 vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçılara mərhum atalarından Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçılar Daşınmaz əmlakın reyestri xidmətinə müraciət edərək qeyd edilən fərdi yaşayış evinin ataları X10 mənsub olması barədə arayış verilməsini xahiş etmişlər. 22 iyul 2024-cü il tarixdə “Hüququn ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən Arayış” təqdim edilmişdir. Qeyd edilən arayışa əsasən vərəsəlik hüququ barədə şəhadətnamə almaq məqsədilə 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edilsə də mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi əsas gətirilməklə şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Hazırda məhkəmədən xahişləri sözügedən əmlakın miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılmasıdır. Bir halı məhkəmənin nəzərinə çatdırır ki, bacı qardaşların iddia ilə bağlı etirazı yoxdur, etiraz edən yalnız vəfat edən qardaşın arvadıdır. 5-ci bacının adı X18r. Sağ olan qardaş X19, mərhum qardaş X20, mərhumun qardaşın həyat yoldaşı isə X8r. Lətafət varis kimi tanınıb. Çünki, Lətafət ata evində qeydiyyatda olub. Bu da Lətafətin miras əmlakı faktiki olaraq qəbul etməsi kimi qəbul edilir. Lətafətin atası vəfat etdikdən 4 il sonra Lətafət ailə həyatı quraraq evdən çıxıb. Natilənin isə evdə qeydiyyatda olmasına dair sübut qismində notariusa arayış təqdim etmişlər. Notarius isə işin artıq məhkəmədə olması səbəbilə arayışı qəbul etməmişdir. Mətanət tərəfindən də bəzi əşyalar qəbul edilib ki, bu da miras əmlakın qəbulu kimi qiymətləndirilə bilər. Ev özbaşına tikili olmuşdur. Yalnız 2024-cü ildə Daşınmaz Əmlakdan mərhumun adına çıxarış alınması mümkün olmuşdur. Notariat orqanı tərəfindən Natilənin hüquqları pozulmuşdur. Hesab edir ki, ən azından Natiləyə münasibətdə müddət bərpa olunmalıdır. 1980-1990-cı illərdə Coratda heç bir evin çıxarışı olmamışdır. Bu illərdə əmlak məsələlərinin hüquqi cəhətdən tənzimlənməsi mümkün deyildi. Yəni evin sənədi olmadığından vərəsələr istəsə də mirası rəsmi şəkildə qəbul edə bilməzdilər. Faktiki olaraq Nüşabənin mülkiyyətində olan torpaq sahəsi daha çoxdur. Vəfat edən qardaşa torpaqdan daha çox pay verilmişdir. Hər iki qardaşın da uşaqları vardır. Sağ olan qardaşa daha az torpaq düşdüyü üçün hazırda mübahisə yaranmışdır. Notarius qeydiyyatda olanları faktiki olaraq mirası qəbul etmiş kimi hesab edir. Lakin həqiqətən mirası faktiki olaraq qəbul edən şəxsi vərəsə kimi tanımamışdır. Nümayəndə qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ata və anasına lap əvvəldən o, qulluq edib. Atası rəhmətə gedərkən də o subay olub və mübahisəli evdə ailəsi ilə birlikdə yaşayıb. Bundan başqa atasının 10 sot bağ sahəsi var idi. Qardaşının oğlan övladlarının hərəsinə 6 sot və 4 sot olmaqla torpaq sahəsi verdilər ki, ev tikib orada yaşasınlar. Məhkəmənin nəzərinə çatdırır ki, atası vəfat edəndə mübahisə edilən evdə o, iki qardaşı və onların ailələri yaşayıb. Kiçik bacısı isə bu evdə qeydiyyatda olmuşdur. O, 1988-ci ildə ailə həyatı qurduqdan sonra atasının evindən çıxıb. Atasından qalan bağları da var idi. Atası vəfat edəndən sonra həmin bağa qulluq etməyə həmişə o getmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 iddia tələbinə dair izahat verərək bildirdi ki, qardaşı torpağın bir hissəsini özünə istəmişdir və o, da narazılıq etmədən həmin torpağın başqa hissəsində evini tikmişdir. Sonra o, Nüşabədən pay istəyəndə Nüşabə ona “verməzdin torpağını” sözlərini demişdir. O, yenə də torpağın qardaşının uşağına qalmasına etiraz etmir. Lakin, Nüşabə qızının ərini həmin torpaqdakı evinə gətirib. O isə bu halı qəbul etmir. O, oğlu üçün ev tikmək istəyirdi. Sonradan sənədləşmə ilə bağlı problemləri ortaya çıxmış və hazırkı mübahisə yaranmışdır. Hazırda bacılarının mirası qəbul etməsinə etiraz etmir. S.İbrahimov qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddia tələbinə dair izahat verərək bildirdi ki, ev qanunsuz tikili deyildi. Evin texniki pasportu var idi. Onun həyat yoldaşı qayınatası və qayınanası sağ olanda evi sənədləşdirmək istəyirdi. Qaynı isə buna icazə verməmişdir. Qayınatası rəhmətə gedəndən sonra əri əlavə olaraq 18 metr torpaqda ev tikdirmişdir. O, torpağın ümumi toplanıb və bölünməsinə etiraz etmir. Bu təkliflə o da hazırda razıdır. Yoldaşı vəfat edib. Ev vaxtilə qayınanası tərəfindən yoldaşı və yoldaşının qardaşı arasında bölünmüşdür. Dadaş onun qayınatası olub və 1984-cü ildə vəfat edib. Torpaq Dadaşın adınadır. O, gəlin gedəndə evdə Mətanət, Lətafət və Natilə yaşayırdı. Sonradan Mətanət və Lətafət ailə qurub getdilər. Evdə onun və qaynının ailəsi yaşayırdı. Evin giriş-çıxışı ayrı idi. Sonralar həmin evdə onun heç bir baldızı yaşamayıb. Baldızları heç vaxt torpağı əkib becərməyib. Qayınatası rəhmətə gedən vaxt Natilə də həmin evdə yaşayırdı və rəhmətə getdikdən sonra da bir müddət yaşadı. Sonradan dövlət ona ev verdi və o da getdi. N.İbrahimova qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə bildirişinə imza etməklər) məlumatlandırılmasına baxmayaraq, İddiaçı4, cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 məhkəmə iclasına gəlməmiş, cavabdeh məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, miras əmlakın bacıları tərəfindən qəbul edilməsinə etiraz etmir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 58 və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İşdə olan İE 918645 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1953-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. atası X17, anası Minaxanım Dövlət qızıdır. İşdə olan İE 997457 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. atası X17, anası Minaxanım Dövlət qızıdır. İşdə olan İE 578840 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1951-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. atası X17, anası Minaxanım Dövlət qızıdır. İşdə olan İJ 434591 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1955-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. atası X17, anası Minaxanım Dövlət qızıdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1867 nömrəli, xx.xx.2024-cü il tarixli 1868 nömrəli, xx.xx.2024-cü il tarixli 1878 nömrəli və xx.xx.2024-cü il tarixli 1877 arayışlardan görünür ki, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Abbasova Zərniba dadaş qızına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.. İş materiallarında olan İV JQ 493886 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X31 xx.xx.1989-cu il tarixdə Sumqayıt Nikah Evində nikaha girərək ailə qurmuşlar və bu nikah 853 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Gülməmmədova soyadı verilmişdir. İş materiallarında olan İ-JQ 290476 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X27 xx.xx.1976-cı il tarixdə Sumqayıt Corat Nikah Bürosunda nikaha girərək ailə qurmuşlar və bu nikah 46 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əbilova soyadı verilmişdir. İşdə olan AZ-İİ 347523 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 1092 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 347523 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1984-cü ildə 18 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X17 xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Ondan Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evi və sahəsi 987 kvadrat metr torpaq sahəsi miras əmlak kimi qalmışdır. Dadaş İbrahimovun vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X23, X19 və X13r (hazırda onun vərəsəsi arvadı X14). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında vərəsəlik hüquq münasibətləri 1984-cü ildə yarandığından mübahisəyə xx.xx.1964-cü il tarixli qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməli, mübahisəyə 2000-ci il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi və həmin Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı tətbiq edilməməlidir. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən isə vərəsəlik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmık barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərərəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçan qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün həmin Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Məhkəmə hesab edir ki, miras qoyanın miras əmlakına daxil olan fərdi yaşayış evinin həm miras qoyan ölməzdən əvvəl, həm də öldükdən sonra İddiaçı3 istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Belə ki, miras əmlakla bağlı aralarında əsas mübahisə olan digər vərəsə - müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 da İddiaçı3 atası ölən vaxt həmin evdə yaşamasını etiraf etmiş, bu halı mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, miras əmlak iddiaçılardan yalnız İddiaçı3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 nə mirası faktiki olaraq qəbul etmələri, nə də miras açıldıqdan sonra notariat orqanına müraciət etmələrinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırki mübahisəyə tətbiq edilən 1964-cü il tarixli Mülki Məcəlləsinin tələblərinə görə həmin Məcəllə mirasdan imtina edilmədiyi halda, mirasın qəbul edilməsi prezumpsiyasını nəzərdə tutmurdu. Ümumiyyətlə, həmin Məcəllə mirası əldə etmək üçün yalnız mirasın qəbulu institutunu tanıyırdı, vərəsənin susmasını mirasın qəbul edilməsi prezumpsiyası kimi qəbul etmirdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 münasibətdə iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə iddiaçıların vəkilinin həmin vaxt miras əmlakın sənədləri olmadığından mirasın notariat yolu ilə qəbul edilməsinin mümkün olmaması barədə dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, bu hal iddiaçıların mirası qəbul etmək üçün notariat orqanına müraciət etməsinə mane olmurdu. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən iddiaçılara X7 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən imtinasının qanunsuz sayılması hissəsində təmin edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, “Notariat haqqında” qanunun müddəalarına görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür (55-ci maddə). Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər (59-cu maddə). Məhkəmə hesab edir ki, iddia tələbi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən iddiaçılara X7 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən imtinasının qanunsuz sayılması hissəsində kifayət qədər əsaslandırılmamış, notariusun hərəkətlərində hansı qanunsuzluğa yol verildiyi ümumiyyətlə qeyd edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı3 tərəfindən X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən,sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evi və sahəsi 987 kvadrat metr torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X1 miras qalmış əmlakın (Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evi və sahəsi 987 kvadrat metr olan torpaq sahəsi) İddiaçı3 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və müddət uzadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5691/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5691/2024
12.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver