Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5708/2020 07.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və himayəçilik orqanının nümayəndəsi Mövsümov Emin Nazim oğlunun iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.1987-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.1987-ci il təvəllüdlü X7 onun doğma oğludur. Oğlu, İİ qrup əlildir. Oğlu X1 şəhər 1 nömrəli poliklinikada uzun sürən paranoid şızofreniya fasiləsiz gedişli diaqnozla qeydiyyatdadır. Kənar şəxsin qulluğuna ehtiyacı var. Ona görə də ona daimi qulluq və nəzarət lazımdır. O, özü hal-hazırda heç yerdə işləmir, heç bir yerdən yardım almır, başqa bir yerdən də gəliri yoxdur. X3 şizofreniya paranoid forma fasiləsiz gedişli vəziyyətdədir. Bu səbəbdən X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun himayəsinə verilməsi daha məqsədə uyğundur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi Mövsümov Emin Nazim oğlu məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirdi və ekspert rəyini əsas götürərək, rəyə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında AZE 13588387 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1987-ci ildə ünvan 1 ünvanında rəsmi olaraq qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər 1 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 685 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 1 nömrəli Sumqayıt şəhər poliklinikasının psixiatriya kabinetində şizofreniya, paranoid forma fasiləsiz gedisişi, davamlı haleuziuafor paranoid sindirom diaqnozu ilə xx.xx.2011-ci ildən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2160 saylı rəydən görünür ki, X5 Şizofreniya paranoid forma, paranoid psixi qüsur halı formasında xroniki ruhi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə 2004-cü ildən başlayaraq yoxlanılan şəxsin psixi vəziyyətində dəyişikliklər meydana gəlməsi, ilk dövrdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları biruzə verməsi, müayinələrdə olması, psixiatrik qeydiyyata düşməsi dəfələrlə X2 stasionar müalicələrdə olması, xx.xx.2011-ci il tarixdən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, davamlı hallüsinator paranoid sindirom” diaqnozu ilə Sumqayıt 1 saylı şəhər poliklinikasının psixiatriya kabientində dispanser müşahidəsində olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, anasına qarşı ayrı-ayrı münasibət və təsir sayıqlama ideyalarının biruzə verməsi, hallüsinator təsirə məruz qalması, maraq dairəsinin məhdudluğu, emosional- iradi sferasının xeyli enməsi, şəxsiyyətin qüsur əlamətləri qeyd olunması, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X7 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən xx.xx.1987-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-5708/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5708/2020
07.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver