Məhkəmə qərarları › İş №2(060)-5715/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5715/2020

26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5715/2020 26.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Azərbaucan Respublikasının Qaçqımların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə qarşı öhdədə olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1988-ci ildən xx xxxxxx 1993-cü il tarixə kimi Füzuli rayonunun Pirəhmədli kəndində ana babası X4 və ana nənəsi X9 öhdələrində olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş və 1993-cü ilə kimi Füzuli rayonunun Pirəhmədli kəndində yaşamışdır. Hazırda ünvan 1 yataqxana 2 ünvanında məcburi köçkün kimi məskunlaşmışlar. X3 1985-ci ildə, atası X12 isə 1988-ci ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra o və X2 ana babaları X4 və ana nənələri X9 himayəsində qalmışlar. Onların himayəsində qalaraq xx xxxxxx 1993-cü ilə kimi Füzuli rayonunun Pirəhmədli kəndində yaşamışlar. 1993-cü ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Füzuli rayonundakı yaşadıqları evi tərk edərək, Sumqayıt şəhərinə gəlmiş və hal-hazıradək burada yaşayırlar. O da, qardaşı da nənəsinin və babasının himayəsində qaldıqlarından, məcburi köçkün sayılırlar. Hazırda Füzuli rayonu Pirəhmədli kəndində qeydiyyatdadırlar. X2 nənəsinin və babasının himayəsində qaldığı üçün artıq məcburi köçkün hesab olunmuşdur. Himayələrində olduqları nənəsi X22 2006-cı ildə, babası X4 isə 2011-ci ildə rəhmətə getmişlər. Hal-hazırda onun da bu statusu almağına ehtiyac yaranmışdır. Bu faktın təsdiqi qaçqınlıq statusunun alınması və digər hüquq və mənafelərinin qorunması üçün vacibdir. Maraqlı şəxs Qaçqınların və Məcburi Köçkünlərin işləri Dövlət Komitəsi Füzuli rayon İcra Hakimiyyəti və Pirəhmədli kənd inzibati Ərazi Dairəsi nümayəndəliyinin verdiyi akt və arayışları ilə bu faktın təsdiqini tapmasına baxmayaraq, bu sənədlər hüquqi sənəd kimi tanınmamışdır. Bu faktın məhkəmədə təsdiq olunmalı olmasını ona bildirmişlər. Hazırki faktı təsdiq edəcək sənədi başqa şəkildə ala bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Qaçqımların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, Ərizəçi onun həm kəndçisi, həm də qohumudur. Ruslan və Sabir iki qardaş olublar. Ruslanın valideynləri o çox kiçik olan vaxt öldükləri üçün, o körpəlikdə Füzuli rayonunun Pirəhmədli kəndində ana babası X4 və ana nənəsi X9 himayəsində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, o, Ruslanın xalasıdır. Bacısı 1985-ci ildə rəhmətə getdiyindən, Ruslana anası və atası, yəni Ruslanın nənəsi və babası baxmışdır. Ərizəçi bugünədək məcburi köçkün statusu almaması və belə bir faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etməməsi onun savadsızlığından irəli gəlmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: X11 xx.xx.1985-ci il tarixdə, X12 isə xx.xx.1988-ci ildə vəfat etmişlər. (işdə olan İ-DP seriyalı 329840 və 356268 nömrəli ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən) X22 xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində, X4 isə xx.xx.2011-ci il tarixdə Beyləqən şəhərində ölmüşdür. (iş materiallarna əlavə olunmuş AZ-İ seriyalı 213251 və 468013 nömrəli ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən) İş materiallarına əlavə olunmuş Füzuli rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01/964 nömrəli məktubuna əsasən, Füzuli rayon Pirəhmədli kənd sakini Ərizəçi həqiqətən xx xxxxxx 1993-cü il tarixədək Füzuli rayonun Pirəhmədli kəndində yaşamış və babasının himayəsində məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb yaşayır və Rusiya Federasiyasına getdiyi üçün vahid aylıq müavinəti almır. Atası: X13-1988-ci ildə, Anası: X14-1985-ci ildə vəfat etmişdir. Babası: X4 xx xxxxxx 1993-cü il tarixədək Füzuli rayonun Pirəhmədli kəndində yaşamış, məcburi köçkün olmuş və 2011-ci ildə vəfat etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 3264 nömrəli arayışdan görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçkün kimi, ünvan 1 yataqxana 2 ünvanında məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, 38/5746 nömrəli arayışından görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuşdur və xx.xx.2006-cı il tarixdən Füzuli rayon Pirəhmədli kəndində qeydiyyatdadır. İşdə olan Pirəhmədli kənd sakinləri X5, X24, X7, X8 və X6 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həmin şəxslər Pirəhmədli kənd sakinləri 1982-ci ildə anadan olmuş X19 və 1985-ci ildə doğulmuş Ərizəçi, anaları X11 1985-ci ildə vəfat etdikdən sonra ana babası X16 və ana nənəsi X9 himayəsində qalaraq xx xxxxxx 1993-cü il tarixə kimi Pirəhmədli kəndində yaşadığını, işğaldan sonra onların (baba, nənə və hər iki nəvə Sabir və Ruslan) Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşdığını, nənə X9 2006cı ildə, baba X1 isə 2011-ci ildə vəfat etməsini imzaları ilə təsdiq etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (1.3). Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür (1.4). Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur (3). Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir (3.1). Məhkəmə qeyd edir ki, Ərizəçi 1988-ci ildən xx xxxxxx 1993-cü il tarixə kimi Füzuli rayonunun Pirəhmədli kəndində ana babası X4 və ana nənəsi X9 öhdələrində olması faktının müəyyən edilməsi hüquqi nəticə yaradır. Belə ki, bu faktın təsdiq olunması ərizəçiyə məcburi köçkün statusunun alınması üçün əhəmiyyətlidir. Eyni zamanda bu faktın məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün deyil. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi 1988-ci ildən xx xxxxxx 1993-cü il tarixə kimi Füzuli rayonunun Pirəhmədli kəndində ana babası X4 və ana nənəsi X9 öhdəsində olması məhkəməyə təqdim edilmiş sübutlar, o cümlədən şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1988-ci ildən xx xxxxxx 1993-cü il tarixə kimi Füzuli rayonunun Pirəhmədli kəndində ana babası X4 və ana nənəsi X9 öhdəsində olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə görə məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1988-ci ildən xx xxxxxx 1993-cü il tarixə kimi Füzuli rayonunun Pirəhmədli kəndində ana babası X4 və ana nənəsi X9 öhdəsində olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar