Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5719/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 23 saylı ev (köhnə 38 saylı ev) AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışına əsasən onun mülkiyyətində və istifadəsindədir. Evlərə verilən yeni nömrələr ucbatından evin sənədi və sayğacı qeydiyyata alınarkən rəsmi sənədində qeydə alınmış ünvanlar arasında ziddiyət vardır. Belə ki, qaz sayğacı qeydiyyata alınarkən rəsmi sənədində qeydə alınmış ünvanla yaşadığı ünvan eynidir. Həmin evə dair qaz sayğacının **********00000 nömrəli abonent kodu onun adına qeydiyyata alınmışdır. Heç vaxt kommunal ödənişləri ilə bağlı heç bir problem yaranmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "Azəriqaz" İB -nin əməkdaşları yaşadığı evə gələrək ******* nömrəli, xx.xx.2022ci il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılmış G-4 markalı, **********7 nömrəli sayğaca baxış keçirilərkən sayğacın çıxış plasmas borusunun çatlaması, sayğacın minimal sərfıyyatda 100 % nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfıyyatdan keçən qazın qeyd etməməsi qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, həmin akt əsasında 1111 manat məbləğində borc yaranmışdır. Qeyd edir ki, yararsız olan sayğac ailə üzvlərinin iştriakı ilə digər sayğacla əvəzlənmişdir. Sayğac çıxarılarkən üzərində olan plomb cavabdeh təşkilatın əməkdaşları tərəfindən açılmışdır. Həmin plomb açılarkən plombun qırılması kimi hal müşahidə olunmamışdır. Belə ki, bildikləri məlumatlara əsasən, qaz sayğacları qaz xətləri üzərində quraşdırılıb kipliyə yoxlanıldıqdan sonra xüsusi nömrəli plombla plomblanır. Plombun toxunulmazlığı barədə abonentin cavabdehliyi göstərilməklə müvafiq sənədlə rəsmiləşdirilir. Plomb onun şəbəkədən ayrılmasının və təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısını alır. Plombun sayğacın üzərində olan mövcudluğu quraşdırılmış sayğacın toxunulmazlığı deməkdir. O cümlədən sayğacın üzərinə vurulmuş zavod plombuna müdaxilə olunarsa, qaz sayğacı dərhal şəbəkədən çıxarılaraq aktlaşdırılır və dövlət yoxlamasına göndərilir. Göründüyü kimi sayğaca, həmçinin plomba onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmiş və ödənişləri vaxtlı-vaxtında etmişdir. Bu səbəbdən də yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, akt tərtib olunarkən belə o aktda qeyd olunanlarla razılaşmayaraq akta imza etməkdən imtina etmişdir. Bundan başqa məhkəmə nəzərə almalıdır ki, sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını pozur. Bu borc reallığı əks etdirmir. Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarının 6.5-ci bəndinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsi qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb olunmalıdır. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aktın əsassızlığı barədə cavabdeh təşkilata bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət etməmişdir. Yazılmış borcun yalnız məhkəmə mübahisəsindən sonra silinməsinin mümkün olduğunu bildirmişlər. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Bildirir ki, onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olunmamış, digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə, belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Digər tərəfdən həmin qaz sayğacı cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən götürülərək onun iştirakı olmadan texniki baxışdan keçirilmiş və ancan bundan sonra ona həmin sayğaca müdaxilə olunması barədə məlumat verilmişdir. Göründüyü kimi, mülkiyyətində olan evə aid qaz sayğacına müdaxilə edilməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş akt və onun əsasında hesablanmış borc əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 23 saylı ev (köhnə 38 saylı ev) istifadədə olan qaza görə quraşdırılmış qaz sayğacına tərtib edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında qanunsuz hesablanmış 1111 (bir min yüz on bir) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Onun ünvanına hesablanmış cəriməni qanunsuz hesab edir. Aktda qeyd olunmuşdur ki, sayğaca müdaxilə olunmuşdur. Sayğac çöl hissədə, qutunun içərisində yerləşir. İcazəsiz şəkildə sayğacı açmış və aparmışlar. Üzərində də plomb olmuşdur. Sayğacın üzərində plomb olan vəziyyətdə dəmir sayğaca müdaxilə edə bilməyəcəyini qeyd edir. Aylıq ödənişlərin hər birini vaxtlı-vaxtında ödəmişdir. Qış aylarında qaza 50 manat məbləğində sərfiyyat etmişdir. Yay aylarında isə bu məbləğ 5-6 manat olmuşdur. Mənzildə kombidən istifadə edir. Mənzildə tək olduğu hallar da olur. Yoldaşı ağır xəstədir. Ona görə də çox hallar da xəstəxanada olur. Özü də ağır xəstədir. Evdən çıxdıqda belə kombini söndürmür. Sentyabr ayından başlayaraq qış fəsli ərzində kombi yanır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar qaz-istismar sayğacının nümayəndələri ünvan 1 ünvanında olmuşlar və sayğaca baxış keçirilmiş, köhnə sayğac laboratoriyaya göndərilmiş və laboratoriya rəyinə əsasən sayğacın çıxış plastmas borusunun çatlaması müəyyən edilmişdir. Yivli birləşmələrində isə korroziya izi mövcuddur. Yaddaş arxivi oxunmuş və xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xəta ilə işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac isə istismara yararsızdır. İtirilmiş qazın bərpası üçün 1036.80 manat cərimə hesablanmışdır. İddiaçı isə 1111 manat borcun silinməsini xahiş etmişdir. 8640x0.12= 1036.80 manat edir. Ödənişlərə münasibətdə isə qeyd edir ki, ödənişlər aşağı səviyyədədir. 2022-ci il tarixdə qaz üçün il ərzində cəmi 51 manat ödəniş edilmişdir. Bu isə mümkün deyildir. Sayğac dəyişildikdən sonra isə ödənişlərdə fərq mövcud olmuşdur. Bu il isə 331 manat ödənilmişdir. Yəni sayğac artıq norma ilə işləyir. Kart ilə işləyən sayğaclara üç aydan bir baxış keçirilir. Ona görə də iddianın təmin olunmamasını və yazılmış cərimənin ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 23 ünvanında yerləşən mənzil tam payda İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, metrologiya deparmentinin rəyinə görə G-4 markalı sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun çatlaması, xətaların normadan artıq olması, sayğac minimal sərfiyyatda -100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi kimi hallar aşkar olunmuş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Abonentin saldosuna əsasən müəyyən edilir ki, 2022-ci il üçün qalıq və aktlar əsasında 1036.80 manat məbləğ hesablanmışdır. 25 noyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, 25 noyabr 2022-ci il tarixli akt sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun çatlaması, xətaların normadan artıq olması, sayğac minimal sərfiyyatda - 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi səbəbindən tərtib edilərək, 8640 kubmetr qaz itkisi (1036.80 bir min otuz altı manat səksən qəpik) hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun çatlaması, xətaların normadan artıq olması, sayğac minimal sərfiyyatda - 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi qeyd olunmasına baxmayaraq, həmin hallar məhkəmə iclaslarında iddiaçının təqsirli hərəkəti nəticəsində olması Cavabdeh tərəfindən sübut olunmamışdır. Belə ki, həmin sayğacın istismara yararsız olmasında məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində oluduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında Cavabdeh nümayəndəsi zəruri sübutları məhkəməyə təqdim olunmayaraq, öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 manat borc abonentin hesabından (abonent kodu 01**********000) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi olduğu üçün 1036.80 manat məbləğin silinməsini məqsədə uyğun hesab edir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 30.37 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvan 38 saylı ev) “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc abonentin hesabından (abonent kodu 01**********000) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5719/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5719/2023
18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver