Məhkəmə qərarları › İş №2(060)-5728/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5728/2020

13.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5728/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxxxxxxx ASC tərəfindən ona məxsus olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evinə (Abunə kodu: **********00843) hesablanmış 2634.69 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Qubadlı rayonundan məcburi köçkün düşməklə 5 nəfər ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evində 1993-cü ildən məskunlaşmış, onun bir övladı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, şəhid ailəsi statusuna malikdir. O və ailə üzvləri məcburi köçkün olduğu üçün onlar bir müddət kommunal xidmət haqlarnı o, cümlədən də işıq pulu ödənişlərindən azad edilmişlər, daha sonra limit tətbiq olunmuş və yaşadıqları sənədsiz tikiliyə 2017-ci ilin yanvar ayının 9-dan yeni sayğac quraşdırılmış və quraşdırılmış sayğac göstəriciləri əsasında borcları vaxtlı-vaxtında ödəmişlər. Lakin hazırda onlara məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən 2017-ci ilə kimi əsassız borc hesablanmış və nəticədə guya onların 2634.69 manat borcunun olduğu bildirilmişdir. Bu borc əsassız olaraq hesablanmışdır. Belə ki, tərəfindən qeyd edilən məbləğdə işıq sərfıyyatına yol verilməmiş, onlar əvvəlki dövrlər üçün işıqdan istifadə ilə bağlı limit və güzəşt olmuş və həmin limit daxilində onlar işıqdan istifadə ilə bağlı ödənişlərdən azad edilmişlər. Bundan başqa əgər bu borc həqiqətən də mövcud idisə, onda nə üçün cavabdeh təşkilat bu illər ərzində həmin borcu onlardan istəməmiş, yalnız indi onlara məlum olmayan mənbədən əsassız hesablama aparmaqla guya 2634.69 manat məbləğində borcunun olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı “qaçqın kimi qeyd edilmiş borcu” 2634.69 manat təşkil edir. Lakin iddiaçının sayğac üzrə heç bir borcu yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında arayışdan görünür ki, abunəçi İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evinə X1yə görə hesablanmış 2634.69 manatın qarşısında “Qaçqın borcu silinmə” göstərilmişdir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş 247 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evində məşkunlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış borc silinməlidır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilə yoxdur, eləcə də mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borcun yaranmasına səbəb olan abonentin limitdən artıq sərfiyyatı qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxxxxxx» ASC tərəfindən X1yə görə İddiaçı hesablanmış 2634.69 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxx» ASC tərəfindən X1yə görə İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evinə (Abunə kodu: **********00843) hesablanmış 2634.69 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏRİSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar