Məhkəmə qərarları › İş №2(060)-5737/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5737/2020

14.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5737/2020 14.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxxxx 1989-cu il təvəllüdlü X4 və xx xxxxx 1994-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyətsiz elan edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1987-ci il tarixdə X10 ilə rəsmi nikah qeydiyyatına keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxxxx 1989-cu il təvəllüdlü X4 və xx xxxxx 1994-:cü il təvəllüdlü X11 adlı iki övladları vardır. Hər iki övladı anadangəlmə psixi və fiziki qüsurludurlar. Onlar “F70.1” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Suraxanı rayon 24 nömrəli birləşmiş şəhər xəstəxanasında dispanser qeydiyyatdadırlar. Hazırki vaxta qədər müalicələri davam etdirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş, ərizəsinə əlavə etdiyi arayışlardan da görünür ki, xx xxxxxxxx 1989-cu il təvəllüdlü X4 və xx xxxxx 1994-cü il təvəllüdlü X11 İ qrup əlildir. Həmçinin daima kənar şəxslərin köməyinə ehiyacları vardır. Onlar öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Özlərini idarə edə bilmirlər. Başqasının köməyinə ehtiyacları vardır. Ona görə də məhkəməyə müraciət edərək övladlarının fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün onlara qəyyum təyin edilməsini istəyir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: XVİİİ-JQ seriyalı 371644 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, atası X10, anası Ərizəçidır. Xİİİ-JQ seriyalı 473340 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, atası X10, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 06 saylı Zona TSEK tərəfindən verilmiş SER TSE-01 saylı arayışdan görünür ki, X3 birinci dərəcəli müddətsiz əlillik verilmişdir. Daim kənar şəxsin köməyinə ehtiyacı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 12 saylı Zona TSEK tərəfindən verilmiş SER TSE-02 saylı arayışdan görünür ki, X9 birinci dərəcəli müddətsiz əlillik verilmişdir. Daim kənar şəxsin köməyinə ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri X14 rayonu 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx xxxxxxxx 2020-ci il tarixli, 890№li və 889№li arayışlardan görünür ki, X4 və X11 psixiatrik kabinetində 2017-ci ildən “F71.1” və “F70.1” diaqnozları ilə qeydiyyatdadırlar. Məhkəmə tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə xx xxxxxxxx 1989-cu il təvəllüdlü X1 və xx xxxxx 1994-cü il təvəllüdlü X5 psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2143 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Rüstəmova Samirə Xandadaş qızında Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara valideynlərinin qohum olması, doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar məktəbdə oxuya bilməməsi xəstəliyi ilə əlaqədar əvvəl Bakı şəhər Uşaq Nevroloji Xəstəxanasında, sonralar Sumqayıt poliklinikasında müalicələrdə xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, 2017-ci ildən F71.1 diaqnozu ilə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və tək-bir sözlərdən ibarət olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinir ki, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X1 onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2144 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, X6 Ağır dərəcəli kəmağıllıq müəyyən edilir. Bunu anamnestik təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin (anamnestik məlumatlara görə valideynlərinin qohum olması, anasının deməsinə görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqinin inkişaf etməməsi, əqli geriliklə əlaqədar nəzərən psixiatrtik qeydiyyata düşməsi, əqli geriliklə əlaqədar məktəbdə formal olaraq təhsil alması, hərbi xidmətdən azad edilməsi, psixi vəziyyəti ilə əlaqədar İ qrup əlil olması, 2017-ci ildən F71.1 diaqnozu ilə 24 nömrəli Birləşmiş Şəhər i Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və tək-bir sözlərdən ibarət olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinir ki, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixo-nevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi X1 və X5 anasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, X4 və X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildirlər. Odur ki, X4 və X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxxxx 1989-cu il təvəllüdlü X4 və xx xxxxx 1994-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər üzərində qəyyum təyin etmək üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar