Məhkəmə qərarları › İş №2(060)-5744/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5744/2022

20.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5744/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1971-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü X5 ərizəçinin qardaşıdır. Uşaqlıqdan bu günə kimi qardaşı X5 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə kənar şəxslərin qulluğuna ehtiyacı olmasına dair diaqnoz qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 206300/1216 saylı arayışından da görünür ki, X5 ömürlük 2-ci qrup əlildir. Ona görə də xx.xx.1971-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 ərizəni müdafiə etdi. Bildirdi ki, valideynləri öldükdən sonra qardaşı Məmmədov Zülfüqar onunla Sumqayıtda yaşayır, onun hərəkətlərini idarə etmək qabiliyyəti olmadığından mütəmadi nəzarətdə olmalıdır. Ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına dəfələrlə məhkəmə bildirişi göndərilməsinə və məhkəmə iclaslarında iştitrakları vacib olması bildirilməsinə baxmayaraq, nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X2 atası X9, anası X4r. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci təvəllüdlü Ərizəçi atası X9, anası X4r. - ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə beyinə qan sızması səbəbilə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). - ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2019-cu ildə kəskin ürək çatışmazlığı səbəbilə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). - 051647 saylı Stasionar (Ambulator) kitabçadan (xəstəlik tarixi) çıxarışdan görünür ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə kənar şəxslərin qulluğuna ehtiyacı vardır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********6 saylı arayışdan görünür ki, 03.1971-ci il tarixdə anadan olmuş X1 rayon Şəhriyar kəndinə qeydiyyatdadır və Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsindən İİ qrup əlil kimi ömürlük ayda 130 manat social müavinət alır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2848 saylı rəydən görünür ki, X3 orta dərəcəli əqli gerilik müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1971-ci il təvəllüdlü X5 ərizəçinin qardaşıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2848 saylı rəyinə əsasən, X3 orta dərəcəli əqli gerilik müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar