Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5746/2023 17.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X22 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi və Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs DƏDKR X23 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs DƏDKR X23 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilin X16 oğluna məxsus olması ilə bağlı xx.xx.1984-cü il tarixli K/00691 nömrəli orderin Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə iddia ərizəsində səhvən ərizəçi qismində yox, iddiaçı qismində qeyd edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə müraciət edərək ərizəyə düzəliş edir, onların ərizəçi qismində işə cəlb edilməsini və qeyd olunan yanlışlığın nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə iddia ərizəsində səhvən ərizəçi qismində yox, iddiaçı qismində qeyd edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə müraciət edərək ərizəyə düzəliş edir, onların ərizəçi ilə əvəz edilməsini və qeyd olunan yanlışlığın nəzərə alınmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi1 xx xxxxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində, iş üzrə digər iddiaçı, qardaşı Ərizəçi2 xx xxxxx 1978-ci il tarixdə anadan olmuşdur. Atası – 01 aprel 1953-cü il təvəllüdlü X4, anaları isə 06 mart 1956-cı il təvəllüdlü X5r. 29 sentyabr 1984-cü il tarixli, K/00691 nömrəli order ilə ünvan 1 ünvanında yerləşən 64 saylı mənzil X1na verilmişdir. Qeyd edir ki, həmin orderdə ailə üzvləri də qeyd edilmiş, lakin soyadları “Xanadanov” olaraq qeyd edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, əvvəllər soyadları “Xanadanov” olmuş, sonradan isə “Allahverdiyev” olaraq dəyişdirilmişdir. Belə ki, atası 18 mart 1987-ci il tarixli şəhadətnamə ilə soyadını “Xanadanov”-dan “Allahverdiyev”-ə dəyişmişdir. Nəticədə anası və ərizəçilərin də soyadı “Xanadanov”-dan “Allahverdiyev”-ə dəyişilmişdir. ünvan 1 ünvanında yerləşən 64 saylı mənzil üzrə onun, Ərizəçi1 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi müraciət etmiş, lakin 29 sentyabr 1984-cü il tarixli K/00691 nömrəli orderdə “X14” və “X15” kimi, doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqələrində isə “X10” və “Ərizəçi2” kimi qeyd edildiyindən ərizənin icrasından imtina edilmişdir. Onlara məxsus olan bütün hüquq müəyyənedici sənədlərdə, eləcə də digər sənədlərdə soyadları “Allahverdiyev” olaraq qeyd edilmişdir. Lakin soyadları dəyişdirildikdən sonra bu barədə orderdə hər hansı qeyd aparılmamışdır. Bu səbəbdən də qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi və Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, order aldıqdan sonra soyadda dəyişiklik olmuşdur. Ona görə də hazırda evi onun adına rəsmiləşdirilməsi zamanı problem yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs DƏDKR X23 2 saylı Sumqayıt Ərazi İdarəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, mənzilin orderi onun adınadır. Özü xəstədir. Mənzili isə oğlunun adına rəsmiləşdirmək istəyir. Order verildikdən sonra isə soyadları dəyişilmişdir. Təxminən 1992-ci ildə soyadları dəyişilmişdir. Ona görə də oğlu məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, ərizəçilərin hər ikisi oğludur. Order isə yoldaşının adınadır. Elçin və Vaqif ayrı yaşayırlar. Mənzildə isə yoldaşı, özü və oğlu Vahid yaşayır. Ərizəçilərin soyadları order verildikdən sonra dəyişilmişdir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 020144 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X2 “Xanadanova”-dan “Allahverdiyeva”-ya dəyişdirilmişdir. Bu barədə soyadın, adın, ata adının, dəyişdirilməsi haqqında akt qeydləri kitabında 1987-ci ilin fevral ayının 10-cu günündə 03 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 3-16- 5/7-1705/69 nömrəli çıxarışdan görünür ki, Ərizəçi2 xx xxxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə 15 aprel 1978-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 1388 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası isə X5r. Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 3-16- 5/7-1706/69 nömrəli çıxarışdan görünür ki, Ərizəçi1 xx xxxxxx 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə 26 noyabr 1980-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 4788 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası isə X5r. Azərbaycan SSR Sumqayıt şəhəri xalq deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 sentyabr 1984-cü il tarixli, K/00691 nömrəli orderindən görünür ki, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzil X6 verilmişdir. Həmin bu order yaşayış mənzilini tutmaq üçün vahid sənəddir. Orderi qeyri şəxsə vermək qadağandır. Sahəni tutmaq üçün order verildiyi gündən beş günə kimi etibarlıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pulbik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 avqust 2023-cü il tarixli 3-21-3-31/2-2677/2023 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı orderdə qeyd edilən ailə üzvlərindən ikisinin soyadında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, xx.xx.1984-cü il tarixli, K/00691 nömrəli orderdə “X14” və “X15” kimi, doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqələrində isə “Ərizəçi1” və “Ərizəçi2” kimi qeyd edilmişdir. Soyadlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. İV-ЖГ seriyalı, 345342 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X12 arasında xx.xx.1977-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 iyun 1977-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada isə Allahverdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur (qərarın 6.2-ci bəndi). Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir (qərarın 6.3-cü bəndi). “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:1) həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); 2) həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); 3) hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi, ərizəçilərin adı, soyadı və ata adı onlara məxsus şəxsiyyət vəsiqələrində “Ərizəçi1 və Ərizəçi2” kimi olmasına baxmayaraq, SSR Sumqayıt şəhəri xalq deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 sentyabr 1984-cü il tarixli, K/00691 nömrəli orderdə “X14” və “X15” kimi qeyd olunmuş, sənədin eyni şəxsə məxsus olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən aktda ərizəçilərin adı, ata adı səhv göstərildiyindən (soyadlar order verildikdən sonra dəyişdirilmişdir), həmin akt hüquqmüəyyənedici sənəd olduğundan, yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin sənədlərin eyni şəxsə məxsus olmasının məhkəmədən kənar həllinin mümkün olmadığı işin araşdırılan hallarına əsasən öz təsdiqini tapdığından ərizə təmin edilməli, SSR Sumqayıt şəhəri xalq deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 sentyabr 1984-cü il tarixli, K/00691 nömrəli orderdə evə köçən şəxslərin siyahısında “X14” və “X15” yazılmış şəxslərin müvafiq olaraq xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi2 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. SSR Sumqayıt şəhəri xalq deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 sentyabr 1984-cü il tarixli, K/00691 nömrəli orderdə evə köçən şəxslərin siyahısında “X14” və “X15” yazılmış şəxslərin müvafiq olaraq xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi2 ilə eyni şəxs olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5746/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5746/2023
17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver