Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5747/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə və həmin ərizəyə dəqiqləşmə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barədə Sumqayıt şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14.266 nömrəli qərarının və xx.xx.1991ci il tarixli, 92 nömrəli ayrıc aktının ərizəçiyə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxx 1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Sumqayıt Şəhəri Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin iclasının 18 iyul 1991-ci il tarixli qərarı ilə ərizəçiyə H.Zeynalabdin qəsəbəsi XDS İK-nin çıxardığı qərarları təsdiq etməklə qəsəbədə fərdi evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14.266 nömrəli qərarında və xx.xx.1991-ci il tarixli 92 nömrəli ayrıc aktında adım “X7 oğlu” olaraq qeyd edilmişdir. Həmin torpaq üzrə hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi müraciət etmiş, lakin yuxarıda qeyd olunan qərarlarda adı və ata adı səhv, yəni, “X7 oğlu” qeyd edildiyindən ərizənin icrasından imtina edilmişdir. Ərizəçiyə məxsus olan bütün hüququ müəyyən edici sənədlərdə, eləcə də digər sənədlərdə ad, soyad və ata adı “Ərizəçi” oğlu olaraq qeyd edilmişdir. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi də iş üzrə maraqlı şəxs kimi cəlb edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, ünvan 2 ünvanı ilə ünvan 3d edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, ünvan 2 ünvanı ilə ünvan 3d edilənlərə əsasən maraqlı şəxs ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahiəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq digər maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndələsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1962-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhəri Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin iclasının 18 iyul 1991ci il tarixli, 14.266 saylı qərarında göstərilmişdir ki, “X7 oğluna” H.Zeynalabdin qəsəbəsi XDS İK-nin çıxardığı qərarları təsdiq etməklə qəsəbədə fərdi evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılsın. Qərarda şəxsin yaşayış yerinin H.Zeynalabdin qəsəbəsi, Kommunist küçəsi, ev 7 olduğu, 2 nəfər ailə üzvü olduğu. Yaşayış sahəsi 72,3 kv.metr olan evdə 12 nəfərdən ibarət 2 ailə yaşadığı qeyd edilmişdir. xx.xx.1991-ci il tarixli ayrıc aktında da həmin torpaq sahəsinin ayırldığı şəxsin adı “X7 oğlu” kimi göstərilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən ərizəçi ilə X2 arasında nikah xx.xx.1991-ci il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qulamov, arvada Qulamova soyadları verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ərizəçinin təqdim etdiyi sənədlərin araşdırılıması zamanı adı və ata adanda uyğunsuzluq aşkar olunmuşdur. Belə ki, təqdim etdiyi Sumqayıt şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14.266 nömrəli qərarında və xx.xx.1991-ci il tarixli, 92 nömrəli ayrıc aktında “X7 oğlu” kimi, şəxsiyyətini təsdiq edən sənəddə isə “Ərizəçi” kimi qeyd edilmişdir. Qeyd edilən adlar arasındakı uyğunsuzluğun məhkəmə qaydasında həll olunması tövsiyə edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi vəkil sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, ünvan 6 ünvanı ilə ünvan 7il edir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəsinin 713 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən Qulamov Mövlan Baxış oğlu ünvan 9 ünvanına qeydiyyatdadır. Mənzilin sahibi Qulamov Mövlan Baxış oğludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə tədqiq olunan sübutları ümumiləşdirərək qeyd edir ki, ünvan 2 ünvanında yerləşən mənzil ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Azadlıq küçəsi, ev 26/7 ünvanı mənzillərin eyni mənzil olması, sonuncu ünvanda ərizəçinin qeydiyyatda olması və qərarda torpaq sahəsinin ayrıldığı şəxsin yaşayış yeri kimi birinci ünvanın göstərilməsi səbəbindən, həmin qərarda adı çəkilən şəxsin ərizəçi olması iş üzrə tədqiq olunmuş sübutlarla təsdiq edilir. Bu səbəbdən ərizə təmin edilməli, H.Zeynalabdin qəsəbəsi XDS İK-nin çıxardığı qərarları təsdiq etməklə ona həmin qəsəbədə fərdi ev tikmək üçün 600 kvadrat metr torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14.266 nömrəli qərarının və xx.xx.1991-ci il tarixli, 92 nömrəli ayrıc aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində fərdi ev tikintisi üçün 600 kvadrat metr torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14.266 nömrəli qərarının və xx.xx.1991-ci il tarixli, 92 nömrəli ayrıc aktının xx xxx 1962-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq sənədləşmənin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5747/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5747/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver