Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-575/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh X1 Firuzə Vaqif qızının iştirakı ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №li akta əsasən ona məxsus abonent saldosunda göstərilən 777.60 (yeddi yüz yetmiş yeddi) manat 60 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev-21a, mən-51 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Qaz sayğacının abonent müqaviləsi də onun adına rəsmiləşdirilmişdir. ”Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış qaz sayğacı 2022-ci ildə yenisi ilə əvəz edilmişdir. Evdən çıxarılan əvvəlki qaz sayğacına İnformasiya texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X2 Kalibrləşmə Labaratoriyasında yoxlama keçirilmiş və xx/xx.2023-cü il tarixli 0245154-li akta əsasən müəyyən edimişdir ki, “Sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır. Həmçinin qeyd edilir ki, sayğac minimal sərfıyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsiz kimi qiymətləndirilmişdir. Bu standart cümlələr abonentlərə akt yazılarkən demək olar ki, hamıya yazılır. Qeyd edilir ki, xətalar normadan artıqdır. Hansı xətalardan söhbət gedir bu, qeyd edilmir. Bildirmək istəyir ki, qaz sayğacı mənzilin balkonunda bayır divarında açıq havada yerləşdiyindən sayğacın düzgün işləməsini adi istehlakçı müəyyən edə bilməz. Əgər belə yoxlamaq mümkün idisə, onda niyə sayğac labaratoriyada yoxlanır? O, balkona aynabənd qoydurduqdan sonra hiss etmişdir ki, balkonda kəskin qaz iyi gəlir və qaz idarəsinə müraciət etmişdir. Sumqayıt qaz idarəsinin əməkdaşları sayğaca baxış keçirdikdən sonra bildirdilər ki, sayğacın istismar müddəti bitib və onu dəyişmək lazımdır. Beləliklə qaz sayğacını dəyişdilər və yenisini qoydular. Sayğac dəyişdirilərkən onun üzərindəki plomda heç bir zədə və ya başqa qüsur aşkar edilməmişdir. Sayğacın plombu bütöv olub, zədələnmə, qırılma aşkar edilməmişdir. Məhkəməyə bildirmək istəyirəm ki, o, bağ evində yaşayır həmin mənzildə demək olar ki, yaşayış yoxdur və onun qaz sayğacına müdaxilə etməyinə heç bir ehtiyac belə yoxdur. İstirahət və bayram günlərində təsadüfdəntəsadüfə həmin mənzilə qızı və nəvələri gedib baş çəkirlər. “Təbii qazdan istifadə qaydalarının pozulması haqında “xx.xx.2023-cü ildə 0245154-li Akt tərtib edilmiş, həmin akta əsasən ona 777,70 (yeddi yüz yetmiş yeddi) manat eərimə hesablanmışdır. Halbuki həmin mənzildə heç yeddi gün yaşayış olmayıb. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla və orada göstərilənlərlə razı deyildir. O, istehlakçı kimi sayğaca heç bir müdaxilə etməmiş və yazılmış cəriməni əsassız və qanunsuz hesab edir, aktın tərtib edilməsinə də etirazını bildirmişdir. Həmin mənzildə kombi qazları olsa da onları yaşayış olmadığı üçün işlətmir. Belə bir aktın tərtib edilməsi istehlakçı hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməli, məhkəmə tərəfindən ləğv edilməlidir. Aktda qaz sərfıyyatı 12 saata hesablanıb, guya ki,qazdan sutka ərzində 12 saat istifadə olunur. Həm də qeyd etdiyi kimi qaz sayğacı evin bayır divarında açıq havada asılıbsa o, onun düzgün işləməsinə, borunun salamat qalmasına nəzarət edə bilməz. Materillar aşınmaya məruz qalır, köhnəlir, buna qaz idarəsi nəzarət etməlidir, öz yükünü istehlakçının üzərinə cərimə tətbiq etməklə işini bitmiş hesab etməməlidir. Qaz sayğacından çıxan borunun deşilməsi qaz sərfıyyatına heç bir təsir edə bilməz, qaz sayğacdan keçdikdən sonra artıq sərfıyyat hesablanmış olur. Qaz təhcizatı haqqında qanunun tələbinə görə görə qaz sayğacının istismar müddətə beş ildir, onun mənzilində isə bu sayğac yeddi il istifadə olunub. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, sayğac istismar müddəti bitdiyinə görə dəyişdirilmişdir. Sayğac laboratoriyada yoxlanılan zaman onun üzərində kənar təsir nəticəsində meydana gəlmiş izlər aşkar olunmuşdur. Cavabdeh dövlət təşkilatıdır, onun nə fiziki nə də hüquqi şəxslərlə heç bir şəxsi qərəzi yoxdur. Onun məqsədi dövlət əmlakını qorumaqdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 31 oktyabr 2023-cü il abonentin saldosundan müəyyən olunur ki, İddiaçı məxsus ünvan 2 ünvanına akt əsasında 777,60 manat borc hesablanmışdır. İşə əlavə olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 6480 m3. İşdə olan Cavabdeh İB-nin əməkdaşları E.Eyvazov, R.Həsənov və Ə.İsayevin iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli "xxxx"ın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2ə aid sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır. Həmçinin qeyd edilir ki, sayğac minimal sərfıyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsiz kimi qiymətləndirilmişdir. Bu standart cümlələr abonentlərə akt yazılarkən demək olar ki, hamıya yazılır. Qeyd edilir ki, xətalar normadan artıqdır. Hansı xətalardan söhbət gedir bu, qeyd edilmir. Sayğac istismara yararsızdır. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanda yerləşən və İddiaçı adına olan 51 saylı mənzildə daimi yaşayış qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21A, mənzil 51 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İddiaçıya məxsus mənzilin sayğacı küçədə, yəni ictimai yerdə yerləşdiyinə görə həmin sayğaca istənilən şəxs tərəfindən medaxilə oluna bilərdi. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş cərimənin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanına aid Cavabdeh İstahsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-575/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-575/2024
05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver