Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5787/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçl İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair 1 saylı Sumqayıt Regional “ASAN 10 aprel 1993-cü ildə vəfat etmiş mərhum atası X2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Hazırki işdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadtənamənin verilməsinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindəki Notariat ofisinə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, hal-hazırda vərəsəlik işində vərəsələr dairəsi müəyyən olunduğundan (yəni əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirildiyindən) müvafiq şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 2-ci maddəsinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Hazırki halda iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etsə də 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan göründüyü kimi 10 aprel 1993-cü ildə vəfat etmiş X1 vərəsələrinin dairəsi müəyyən edilməklə həmin şəxslərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı həmin şəhadətnamə qüvvədə ola-ola ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini məhkəmədən xahiş edir ki, məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə olunması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-5787/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5787/2025
25.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver