Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-58/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı «Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən heç bir qanuni sənədi olmadan özbaşına "xxxx" MMC-nin balansında olan 110 kV-luq 5-ci Sumqayıt HXnin 52-53 №-li dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında qeyri-qanuni ev tikmək məqsədi ilə tikinti işləri aparılmışdır. Sumqayıt şəhəri və səhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik veriliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zolağının pozulması, onların altında yaşayış binalarının tikilməsi halları aiddir. Bütün bunlar xətlərin istismarını və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması zamanı bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq 5-ci Sumqayıt HX-nin 52-53 №-li dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında qeyri-qanuni tikinti işlərinə başlamışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu ildə həmin əraziyə baxış keçirərkən vətəndaş ev tikmək məqsədi ilə özül salınması aşkar olunmuş, lakin vətəndaşın kimliyi müəyyən edə bilmədiyindən naməlum şəxs kimi FHN Tikintidə X2 Agentliyinə 16/01-20/15 №-li, Sumqayıt Polis İdarəsinə 16/01-20/16 №-li və "xxxx" ASC-yə 16/01-20/17 Nə-li, xx.xx.2022-ci il tarixində yazılı müraciətlər edilmiş, lakin 16.01,2022-ci il tarixində növbəti dəfə həmin əraziyə baxış keçirərkən tikinti işlərinin davam etdirildiyi müəyyən olunmuşdur. Bu dəfə yenidən FHN Tikintidə X2 Agentliyinə 16/01-20/165 №-li, Sumqayıt Polis İdarəsinə 16/01-20/166 №-li və "xxxx" ASC-yə 16/01-20/166 №-li, xx.xx.2022-ci il tarixində yazılı müraciətlər edilmişdir. İddiaçının məktublara əsasən FHN Tikintidə X2 Agentliyi tərəfindən xx/xx-00418 saylı, xx.xx.2022-ci il tarixli və xx/xx-02005 saylı, xx.xx.2022-ci il tarixli məktublarla Sumqayıt İH-nə yazılı müraciətlər edilmişdir. Lakin bir müddət tikinti işləri dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən növbəti dəfə həmin əraziyə baxış keçirərkən vətəndaşın yenidən tikintini davam etdirməsi və evini yarımtikili vəziyyətə gətirməsi aşkar edilmişdir. Bu dəfə vətəndaşın adı, soyadını müəyyən etsələr də (Cavabdeh- tel: ***-***-**-**) iddiaçı tərəfindən tərtib edilmiş akt və xəbərdarlığa imza atmaqdan imtina etmişdir. Dəfələrlə vətəndaşa tikinti işlərinin dayandırılması barədə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin buna baxmayaraq vətəndaş tikinti işlərini davam etdirmişdir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC "xxxx" MMC-nin balansında olan 110 kV-luq 5-ci Sumqayıt HX-nin 52-53 №-li dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, onun inşa etdiyi tikili (yarımtikili) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarına əsasən yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasına düşdüyü üçün qanunsuzdur. Qanunsuz zəbt edilmiş ərazi qısa müddətdə boşaldılmalıdır. Əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəkdir.
7. İş materiallarında olan 31 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhərində Cavabdeh yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında qeyri-qanuni tikinti işləri aparır. Vətəndaşa EVHX mühafizə zonasında qeyri-qanuni tikinti işləri apardığı barədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2 maddəsinin pozulması haqqında xəbərdarlıq olunmuşdur. Həmin tikinti işlərinin dərhal dayandırılması və ərazinin boşaldılması barədə vətəndaşa xəbərdarlıq edilmişdir.
8. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, xx.xx.2022-ci il tarixli məktubların surətindən müəyyən olunur ki, Sumqayıt Şəhər Polis İdarəsinə, Sumqayıt şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC-nin vitse-prezidentinə, "xxxx" ASC "xxxx" MMC-nin direktoruna və Azərbaycan Respublikası FHN-nin Tikintidə X2 Agentliyinə müraciətlər edilmişdir. Həmin məktublarda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq Sumqayıt HX-nin 52-53 №-li dayalararası aşırımının altında, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən "xxxx" ASCyə məxsus olan 110 kV-luq hava xəttinin mühafizə zolağında qeyri-qanuni olaraq tikinti aparılması aşkar olunmuşdur.
9. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli, xx/xx-06915 nömrəli müraciətə cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq iki dövrəli 5-ci Sumqayıt HX-nin 52- 53 saylı dayaqlararası aşırımının tam altında, xəttin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılması barədə 07 sentyabr 2022-ci il tarixli 16/01- 20/857 nömrəli müraciətə Agentlikdə baxılmışdır. Məlum olduğu kimi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən yalnız tikintisinə icazə verilmiş obyektlərin və məlumatlandırma icraatı çərçivəsindən fərdi yaşayış evlərinin tikinti layihələrinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun inşa olunmasına dövlət nəzarəti təşkil edilir və həyata keçirilir. Bu zaman, şəhərsalma və tikinti qanunvericiliyinə əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya barəsində məlumatlandırma icraatının tətbiq olunmuş obyektin tikintisi, habelə 1 iş günü müddətində qanunvericiliyin tələblərinə riayət edilmədən tikilən obyektlər barədə məlumatlar Agentliyə təqdim edilməlidir. Şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti orqanları, bu sahədə dövlət nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı həmin ərazilərdə özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na uyğun tədbirlər yerinə yetirilməlidir. Qanunvericilikdə müəyyən olunmuş tələblər və onlara riayət edilməsi ilə bağlı müddətlər və müddəalar səlahiyyətli orqan tərəfindən hər hansı səbəbdən pozulduğu halda həmin obyetlərə dair tərəflərindən lazımi qaydada müvafiq tədbirlərin tətbiqi mümkünsüz olur.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5365 nömrəli rəyinə əsasən, təqdim olunmuş 2 mərtəbəli fərdi yaşayış evinin 110 kv-luq 5-ci HX-ndən 0,54-1,2 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin bütövlükdə yüksək gərginlikli elektrik xəttinin 20 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında özbaşına olaraq yarımtikili inşa etmişdir, bu iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırmaqla yanaşı, cavabdehin bilavasitə özünü, ailə üzvlərini potensial təhlükə altına qoyur. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
13. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
14. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
15. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Belə xüsusi hüquqi rejimi mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.
17. Eyni Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
18. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
19. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
20. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda göstərilmişdir ki, 110 kv.-luq elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 20 metr məsafədə müəyyən edilir (bənd 5 a).
22. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sökülməsi tələb olunan tikilinin qanunvericiliyin tələblərinə zidd olaraq yerüstü elektrik xəttinin mühafizə zonasında inşa edilməsi və özbaşına tikili olması toplanmış sübutlarla tam təsdiq olunmuşdur.
23. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, X5 qəsəbəsində yerləşən "xxxx" MMC-nin balansında olan 110 kv-luq 5-ci Sumqayıt HX-nin 52-53 №-li dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili sökülməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, X5 qəsəbəsində yerləşən "xxxx" ASC "xxxx" MMC-nin balansında olan 110 kv-luq 5-ci Sumqayıt HX-nin 52-53 №-li dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili sökülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva