Məhkəmə qərarları › İş №2(060)-5812/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5812/2020

13.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5812/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi Bəybala oğlunun, Onun vəkili X8 iştirakı ilə, Ərizəçi Bəybala oğlunun «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bəybala oğlu «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Xızı rayonu, Yarımça kəndində olan 0.15 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 008A Kod-30602038 nömrəli şəhadətnamədə olan “Bəyi”yə aid məlumatların mərhum X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Bəybala oğlu məhkəmə iclasında ərizəni onunla əsaslandırdı ki,atası X10 xx.xx.2010-cu ildə vəfat etmişdir. Bu barədə Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən AZ-1 №402950 nömrəli ölüm haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamdə atasının soyadı Əhmədov, adı Bəybala, atasının adı isə Mahmud kimi göstərilmişdir. Halhazırda vərəsəlik işi ilə bağlı sənədləri araşdırdıqda məlum olmuşdur ki, müxtəlif sənədlərdə atasının adı Beybala, Bəybala, Bəyi və s. kimi qeyd edilmişdir. Əslində atasının adı, soyadı və atasının adı X2 qeyd edilməlidir. Torpağın mülkiyyətə verilməsinə dair JN 008A Kod-30602038 saylı şəhadətnamədə mülkiyyətçi Xızı rayonu, Yarımca kənd sakini Bəyi kimi göstərilmişdir. Həmin əmlakla bağlı vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin alınması üçün sənədləri Sumqayıt 1 saylı Notariat Kontoruna təqdim etmişdir. Sumqayıt 1 saylı Notariat Kontorunun notariusu cənab Ə.Bünyatovun xx.xx.2020-ci il, 809 saylı imtina məktubundan görünür ki, mərhum atasının adındakı müxtəliflik vərəsəlik şəhadətnaməsinə verilməsinə imkan vermir. Xızı rayon Altıağac qəsəbə X15 üzrə Nümayəndəliyin verdiyi xx.xx.2020-ci il tarixli, 152 saylı arayışdan görünür ki, “Xızı rayonu Yarımca kəndində AİK zamanı JN-008A (KOD30602038) nömrəli X1 adı səhvən Bəyi kimi yazılmışdır”. Yaranmış vəziyyətdən yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçinin vəkili X12 məhkəmə iclasında ərizəni əsaslı hesab edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi Bəybala oğlu onun qardaşı, mərhum X10 isə onun atasıdır. Şəhadətnamədə qonşularının deməsinə görə atasının adı “Bəyi” yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi Bəybala oğlu onun oğlu, mərhum X10 isə onun həyat yoldaşı olmuşdur. Mərhumun adı qonşuların dediyinə görə “Bəyi” yazılmışdır. Məhkəmə ərizəçini, onun vəkilini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan 152 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Xızı rayonu, Yarımca kəndində AİK zamanı JN-008A (KOD30602038) nömrəli şəhadətnməsində X14 adı səhvən “Bəyi” kimi qeyd edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-008A, KOD30602038 nömrəli şəhadətnamədən görünür ki, Xızı rayonu, Yarımca kənd sakini “Bəyi” adlı şəxsə Xızı rayonu X7 xx.xx.1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0.15 ha torpaq sahəsi kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2010-cu ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 809 nömrəli məktubdan görünür ki, ərizəçinin xx.xx.2020-ci il tarixli, xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X4 qalmış 0.15 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizəsinə baxılmış, lakin ərizəçinin təqdim etdiyi torpağa dair şəhadətnamədə mülkiyyətçinin tam şəkildə soyadı, adı və atasının adı yazılmamışdır. Buna görə də həmin sənədin qəbul edilməsi mümkün deyildir. Miras qoyanın mülkiyyətində olan torpaq sahəsinə dair sənədi tam şəkildə düzgün yazıldıqdan sonra təkrar notariat ofisinə müraciət edilməsi bildirilmişdir. İş materiallarından göründüyü kimi Ərizəçi Bəybala oğlunun atasının adı bütün sənədlərdə X2 qeyd edilmişdir. Lakin iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-008A, KOD30602038 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhadətnamədə ərizəçinin atasının adı “Bəyi” kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 008A, KOD30602038 nömrəli şəhadətnamədə olan məlumatların X6 məxsus olması faktı məyyən edilməlidir. Bundan başqa, işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xızı rayonu, Yarımca kəndində 0.15 ha toropaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-008A, KOD30602038 nömrəli şəhadətnamə olan məlumatların mərhum X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar