Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-582/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 06 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən akta əsasən hesablanmış 807,70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, “Yeni yaşayış massivi”, 8-ci məhəllə ünvanında yerləşən, 351 a saylı fərdi ev faktiki olaraq onun istifadəsindədir. ‘'Azərişıq” ASC-nin Sumqayıt Şimal Regional Elektrik Təchizat-Satış idarəsi tərəfindən xx.xx.2022-ci ildə 262397 nömrəli Akt tərtib olunmuş və sahədən elektrik sayğacı açılıb aparılmışdır. Aktda göstərilmişdir ki, "abonentə məxsus elektrik sayğacı qısaqapanma nəticəsində yanaraq yararsız hala düşmüşdür”. Cavabdeh bunu sayğaca müdaxilə kimi qiymətləndirmiş və ona buna görə 807,70 manat cərimə hesablamışdır. Bildirir ki, tərəfindən sözügedən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Sayğac fərdi evin bayır divarında yerləşir, akt cavabdehin nümayəndələri tərəfindən tərtib edilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək X1 qaydalarını pozduğuna görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 262397 saylı akta əsasən hesablanmış 807,70 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı Aİış oğlu "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. EEİQ-nın 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfındən Sumqayıt şəhəri, Yeni yaşayış massivi” 8-ci məhəllə, ev 351 a ərazisində yerləşən, abunə kodu **********04968 olan, iddiaçıya məxsus evin elektrik hesabat sayğacına baxış keçirərkən sayğacın sıxacları yanması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022 il tarixli, 262397 saylı akt tərtib edilərək 803,52 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 807,70 manat hesablaşma aparıldığı iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onlann öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırddığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yonəldildikdə isə onlarm hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.15-ci bəndinin (Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarşa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respııblikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.") tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, 803,52 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. Azərbaycan Respublikası Nazilər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qəran ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (E.E.İ.Q) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hiiquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlıhğm tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətiərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddiaçı Cəfarov Şamxal Aİış oğlunun cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2019- cu ildə 262397 N-li akta əsasən hesablanmış 807,70 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Azərişıq» ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2022-ci il tarixli, 262397 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, “Yeni yaşayış massivi”, 8-ci məhəllə ünvanında yerləşən, 351 a saylı fərdi evdə olan sayğaca baxış keçirilmiş və baxış zamanı elektrik sayğacının sıxaclarının qısa qapanma nəticəsində yanması halı müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli, 262397 nömrəli akt əsasında 803.52 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı həmin tarixə ümumilikdə 1008,71 manat məbləğində borcu vardır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Sumqayıt şəhəri, “Yeni yaşayış massivi”, 8-ci məhəllə ünvanında yerləşən, 351 a saylı fərdi evdə yaşayır. Həmin ünvan "xxxx" ASC-də ünvan 2 alınmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan qeyd edilən mənzilə gələrək, sözügedən mənzildə elektrik sayğacının qısa qapanma nəticəsində yanaraq yararsız hala düşdüyünü aşkar etmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli, 262397 nömrəli akt tərtib olunmuşdur. “X1 Qaydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 7.11-ci bəndində nəzərdə tutulur ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İşdə olan xx.xx.2022-ci il tarixli, 262397 nömrəli aktdan görünür ki, mübahisəli ünvanda həmin aktın tərtib edilməsinə səbəb sayğacın qısa qapanma nəticəsində yanaraq yararsız hala düşməsi olmuşdur. Məhkəmə hesab edir ki, sayğacın qısa qapanma nəticəsində yanaraq yararsız hala düşməsi iddiaçının günahı və ya müdaxiləsi nəticəsində baş verməmişdir. İstehlakçı elektrik sayğacının zədələnməsinə görə isə o vaxt məsuliyyət daşıyır ki, elektrik paylayıcısı bu zədənin (hazırki halda sayğacın çıxış faza xəttinin əriməsinin) istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğacın qısa qapanma nəticəsində yanaraq yararsız hala düşməsinin iddiaçı tərəfindən edildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, iddiaçı 807.70 manat borcun silinməsini xahiş etsə də, cavabdeh tərəfindən ona sayğacda olan qüsurla əlaqədar 803.52 manat borc hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 262397 nömrəli akt əsasında iddiaçıya hesablanmış 803.52 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, “Yeni yaşayış massivi”, 8-ci məhəllə ünvanında yerləşən, 351 a saylı fərdi ev ünvanına (abunə kodu: **********04968) cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 262397 nömrəli akt əsasında hesablanmış 803,52 (səkkiz yüz üç manat əlli iki qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-582/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-582/2023
06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver