Məhkəmə qərarları › İş №2(060)-5863/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5863/2021

24.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5863/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı cavabdeh “xxxx” ASC-nin X1 Təchizatı və Satış İdarəsinə qarşı elektrik xətti yararsız olduğundan 0 fazanın ayrılması nəticəsində əmlakına dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-nin X1 Təchizatı və Satış İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin X1 Təchizatı və Satış İdarəsindən komissiya təşkil edib ziyanın təsbit edilib qiymətləndirilməsi və dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində “xxxx” ASC-nin X1 Təchizatı və Satış İdarəsindən komissiya təşkil edib ziyanın təsbit edilib qiymətləndirilməsini və dəymiş ziyanın ödənilməsini xahiş etsə də, o cümlədən iddia ərizəsinin məzmununda zədələnmiş əmlakların qiymətini qeyd etsə də, iddia ərizəsinin xahiş hissəsində cavabdehdən tutulmalı olan ziyanın məbləğini qeyd etməmişdir. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Lakin hazırki halda isə iddia tələbi aydın olmamaqla yanaşı, konkret deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-nin X1 Təchizatı və Satış İdarəsinə qarşı elektrik xətti yararsız olduğundan 0 fazanın ayrılması nəticəsində əmlakına dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2 152.2, 263- 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh “xxxx” ASC-nin X1 Təchizatı və Satış İdarəsinə qarşı elektrik xətti yararsız olduğundan 0 fazanın ayrılması nəticəsində əmlakına dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar